İDMAN


“McLaren” komandasına Daniel Rikkardonu dəvət etmək istəyirlər

Bakı, 21 iyun, AZƏRTAC

Çox ehtimal ki, bu mövsümün sonunda Fernando Alonso Formula 1-də karyerasını başa vuracaq.

AZƏRTAC “F1News.ru” saytına istinadla xəbər verir ki, yayılmış məlumata görə, “McLaren” komandası Daniel Rikkardoya ildə 20 milyon dollar təklif etməyə hazırdır, lakin avstraliyalı mütəxəssis hələ qəti seçim etməyib – onun bir neçə variantı var.

“Red Bull” komandasının məsləhətçisi Helmut Marko deyib: “Bizim Daniel Rikkardo transfer bazarının kralıdır. “McLaren” komandası ona hər həftə daha artıq məbləğ təklif edir, lakin Hemilton öz kontraktını imzalamayınca Daniel hər hansı kontrakt imzalamaq istəmir. Bir qədər qəribə vəziyyət yaranıb, lakin ümid edirəm ki, tezliklə bu məsələ həll ediləcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.