CƏMİYYƏT


Multikulturalizm Mərkəzi videotreninqlər keçirib

Bakı, 12 fevral, AZƏRTAC

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən “Multikulturalizmə giriş” fənninin tədrisi layihəsi çərçivəsində növbəti treninqlər başa çatıb.

Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, bu fənni tədris edən müəllimlər üçün təşkil olunan treninqlər fevralın 8–12-də keçirilib. Treninqlərdə Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Bakı Avrasiya Universiteti, Xəzər Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Universiteti, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin İnşaat Kolleci, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Lənkəran Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin 30-dan çox müəllimi iştirak edib. Treninqlər çərçivəsində Azərbaycan İlahiyyat İnstitutunun, eləcə də BBMM-in əməkdaşları, alim və mütəxəssislər tərəfindən “Multikulturalizmə liberalizm və kommunitarizm yanaşmaları", "Dinin mahiyyəti və onun təzahür formaları. Müasir dövrdə din", "Qədim Türk İnancları”, "Etnik müxtəliflik və milli ideya", "Multikulturalizm etnik-mədəni müxtəlifliklərin tənzimlənməsinin səmərəli siyasət modeli kimi", “Multikulturalizmin cəmiyyətin siyasi, iqtisadi, sosial və mədəni inkişafına təsiri” və digər mövzularda mühazirələr təqdim olunub. Treninqi uğurla başa vuran müəllimlərə sertifikatlar təqdim ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.