REGİONLAR


Naxçıvanda sərhədçilərimiz dövlət sərhədinin mühafizəsi üzrə tapşırıqları uğurla yerinə yetirirlər

Naxçıvan, 21 yanvar, AZƏRTAC

Sərhədçilərimiz tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədi çətin hava şəraitində də yüksək peşəkarlıqla mühafizə olunur. “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının xidməti ərazisində müxtəlif şəraitlərdə xidmət aparmanın təhlükəsizliyinin təmin edilməsi ilə dövlət sərhədinin mühafizəsi üzrə tapşırıqlar uğurla yerinə yetirilir.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, sərhəd ləpirçiliyi sərhədçilərin xidməti peşəkarlığının tərkib hissəsi olduğundan sərhəd naryadları qarlı hava şəraitində sərhədin pozulması əlamətlərinin vaxtında aşkar edilməsi məqsədilə xidmətə çıxmazdan əvvəl ləpirçilik məşqlərinə cəlb olunurlar.

Sərhəddə xidmət aparan zaman təhlükəsizlik tədbirlərinə riayət olunması məqsədilə sərhəd naryadları təlimatlandırılarkən mühafizə edilən ərazinin xüsusiyyətləri və havanın təsiri nəticəsində ərazidə əmələ gələ biləcək dəyişikliklər, hərəkət edərkən təhlükəli sahələri keçmə qaydası, ərazidən sərhəd zastavasına və isinmə məntəqəsinə aparan səmtlər və ən qısa yollar barədə təlimat verilir.

Sərhəd pozucularının hərəkətini çətinləşdirmək və yaxalamaq məqsədilə sərhəd naryadlarına əlverişli şəraitin yaradılması üçün xidməti ərazidə mühəndis qurğuları və maneələri quraşdırılır.

Sərhəd naryadları tərəfindən zastava sahəsində quraşdırılan mühəndis qurğuları və maneələr müntəzəm olaraq yoxlanılır, şübhə doğuran əlamətlər aşkar olunduqda dərhal müvafiq qaydada tədbirlər həyata keçirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.