Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nazir Şahin Mustafayev: Azərbaycanın artan potensialı istehsalın və ixracın genişləndirilməsinə böyük imkanlar açır

Nazir Şahin Mustafayev: Azərbaycanın artan potensialı istehsalın və ixracın genişləndirilməsinə böyük imkanlar açır

Bakı, 5 avqust, AZƏRTAC

İndiyədək Azərbaycanda fəaliyyət göstərən sənaye parklarında 40-dan çox rezident qeydiyyata alınıb. Bu rezidentlərin 24-ü artıq istehsal fəaliyyətinə başlayıb. Bu il daha 10 rezident istehsala başlayacaq. İstehlak səbətini təşkil edən məhsulların istehsalında əhəmiyyətli irəliləyiş əldə olunub, özünü təminetmə səviyyəsi yüksəlib, idxaldan asılılıq azalıb. Bu ilin birinci yarısında qida məhsullarının istehsalı 20 faiz artıb. İlin sonunadək növbəti 4 beynəlxalq sərgidə vahid ölkə stendi ilə iştirak nəzərdə tutulur. Bununla yanaşı, 6 ay ərzində ixracatçıların 17 beynəlxalq sərgidə fərdi qaydada iştirakına dəstək göstərilib. Azərbaycanın artan potensialı istehsalın və ixracın genişləndirilməsinə, xarici ticarətin strukturunun şaxələndirilməsinə, rəqabətqabiliyyətli və ixracyönümlü qeyri-neft sektorunun inkişafına böyük imkanlar açır. İqtisadiyyatın bütün sahələrində olduğu kimi, xarici ticarət seqmentində də inkişaf kursu bu imkanların daha dolğun reallaşmasına yönəldilir.

Bu faktları AZƏRTAC-a məxsusi müsahibəsində İqtisadiyyat naziri Şahin Mustafayev deyib. Müsahibəni təqdim edirik.

- Cənab nazir, son illərdə qeyri-neft sektorunun inkişafı ilə bağlı hansı islahatlar həyata keçirilir. Azərbaycanın iqtisadiyyatına bu islahatlar necə təsir göstərir?

- Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın şaxələndirilməsi, rəqabətqabiliyyətli qeyri-neft məhsulları istehsalının və ixracının stimullaşdırılması, daxili tələbatın yerli istehsal hesabına təmin edilməsi istiqamətində kompleks və ardıcıl işlər görülür. Bu baxımdan, iqtisadiyyatın neftdən asılılığının azaldılması, qeyri-neft sektorunun davamlı inkişafı iqtisadi siyasətin mərkəzində duran əsas hədəflərdəndir.

Bu hədəflərə nail olunmasında özəl sektorun rolu xüsusilə qeyd edilməlidir. Dövlətimizin başçısının “Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır” strateji xəttinə uyğun olaraq biznes və investisiya mühitinin davamlı surətdə yaxşılaşdırılması, biznesə yeni dəstək mexanizmlərinin tətbiqi və digər istiqamətlərdə mühüm tədbirlər həyata keçirilir, sahibkarlığa dövlət dəstəyinin sferası və coğrafiyası genişləndirilir. Bu kursa uyğun olaraq lisenziyalaşdırmanın sadələşdirilməsi, sahibkarlıq sahəsində yoxlamaların dayandırılması, investisiyaların və ixracın təşviqi mexanizmlərinin tətbiqi, güzəştli kreditləşmə faizinin aşağı salınması, kiçik və orta sahibkarlığın inkişafı tədbirləri, elektron xidmətlər şəbəkəsinin genişləndirilməsi, vergi, gömrük, sosial ödənişlər sisteminin təkmilləşdirilməsi özəl sektorun iqtisadiyyatda payını daha da artırıb. 2018-ci ildə sənayedə özəl sektorun payı 83,2 faiz, 2019-cu ilin birinci yarısında isə 82,5 faiz olub. Bütün bunlar isə qeyri-neft sektorunun inkişafında mühüm önəm kəsb edir. Bu sektorun əsas sahələrindən olan sənayenin inkişafı istiqamətində aparılan sistemli işlərin nəticəsi olaraq ölkədə yeni sənaye müəssisələri açılır, mövcud müəssisələrin istehsal gücü artırılır, hazırda bir sıra sənaye obyektlərinin tikintisi davam etdirilir. Azərbaycan sənayesi həm texnoloji, həm də innovativ baxımdan inkişaf edir, yeni sənaye sahələri yaradılır.

Sənayedə yeni modellərin tətbiqi, sənaye parkları və məhəllələri, aqroparklar kimi mütərəqqi mexanizmlər innovativ müəssisələrin yaradılmasına, ixracyönümlü məhsulların istehsalının genişləndirilməsinə böyük imkanlar açır. Qeyd edək ki, hazırda Azərbaycanda 5 sənaye parkı - Sumqayıt Kimya, Balaxanı, Mingəçevir, Qaradağ və Pirallahı sənaye parkları fəaliyyət göstərir. İndiyədək sənaye parklarında 40-dan çox rezident qeydiyyata alınıb. Bu rezidentlərin 24-ü artıq istehsal fəaliyyətinə başlayıb. Bu il daha 10 rezident istehsala başlayacaq.

Sənaye parklarında rezidentlər üçün vergi və gömrük sahəsində stimullaşdırıcı tədbirlər tətbiq edilir. Belə ki, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən 7 il müddətinə əmlak, torpaq, gəlir və ya mənfəət vergilərindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından azad olunurlar. Bundan başqa, sənaye parklarında dövlət vəsaitləri hesabına müasir infrastruktur yaradılır, sahibkarların vəsaitlərini investisiya qoyuluşuna yönəltmələri stimullaşdırılır.

Qeyd edək ki, indiyədək sənaye parklarında 1,5 milyard manatlıq məhsul istehsal edilib. Bu məhsulların 300 milyon manatlıq hissəsi xarici ölkələrə ixrac olunub. Sevindirici haldır ki, bu günlərdə Balaxanı Sənaye Parkının rezidenti istehsal etdiyi mebel məhsullarının ABŞ-a ixracına başlayıb.

Sənayedə kiçik və orta sahibkarlığın rolunun artırılmasında əlverişli mexanizmlərdən biri də sənaye məhəllələridir. Artıq regionlarda dövlət tərəfindən sahibkarlar üçün bütün zəruri infrastrukturla təmin olunmuş 4 sənaye məhəlləsi yaradılıb və 38 iştirakçı qeydiyyatdan keçib. Bu rezidentlərdən hazırda 21-i fəaliyyət göstərir. Belə məhəllələrin digər rayonlarda yaradılması istiqamətində işlər davam etdirilir. Fəaliyyətdə olan 2 sənaye məhəlləsinin iştirakçıları tərəfindən 41 milyon manatlıqdan çox, o cümlədən bu ilin birinci yarısında 14,5 milyon manatlıq məhsul istehsal olunub.

Ümumilikdə ölkəmizdə yaradılmış sənaye parklarında və məhəllələrində 11 mindən çox iş yeri açılıb və daha 3 minə yaxın iş yerinin açılması nəzərdə tutulur.

Bunlarla yanaşı, aqroparkların yaradılması istiqamətində tədbirlər görülür ki, bu da regionlarda iş yerlərinin açılması və məşğulluğun təmin olunması ilə yanaşı, ixracyönümlü məhsulların istehsalında əhəmiyyətli rol oynayır. Ölkəmizdə 51 aqroparkın yaradılması ilə bağlı ciddi addımlar atılır. Artıq 22 aqropark fəaliyyətdədir, bu ilin sonuna qədər 11 aqroparkın fəaliyyətə başlaması gözlənilir. Bu layihələrin icrası nəticəsində 4 mindən çox yeni iş yerinin yaradılması proqnozlaşdırılır.

Bunlarla yanaşı, mütərəqqi metod kimi investisiya təşviqi mexanizminin tətbiqi də qeyd edilməlidir. Ölkədə idxalı əvəzedən və ixracyönümlü sənayenin inkişafı, bu sahəyə investisiyaların cəlb edilməsinin stimullaşdırılması məqsədilə bu günədək 400-ə yaxın layihəyə investisiya təşviqi sənədi verilib, bu layihələr çərçivəsində ölkə iqtisadiyyatına 3,4 milyard manat investisiya yatırılıb və 16 mindən çox iş yeri yaradılıb.

Həyata keçirilən ardıcıl tədbirlər nəticəsində ölkə iqtisadiyyatında sənayeləşmə sürətlənir, davamlı olaraq artan ÜDM-də sənayenin payı yüksəlir. Son 3 illik tendensiyaya nəzər salsaq, ÜDM-də sənayenin payının 2016-cı ildə təxminən 37,1 faiz, 2017-ci ildə 40,1 faiz, 2018-ci ildə 44 faiz, 2019-cu ilin yanvar-iyun aylarında isə 44,6 faiz olduğunu görərik. Qeyri-neft sənayesində isə bu ilin birinci yarısında 15,7 faizlik artıma nail olunub.

Ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsi istiqamətində görülən işlərin nəticəsi olaraq, istehlak səbətini təşkil edən məhsulların istehsalında əhəmiyyətli irəliləyiş əldə edilib, özünü təminetmə səviyyəsi yüksəlib, idxaldan asılılıq azalıb. Bu ilin birinci yarısında qida məhsullarının istehsalı 20 faiz artıb.

Artan sənaye istehsalı konkret sahələrdə də əksini tapır. Bu ilin altı ayında bir sıra məhsulların istehsalında əhəmiyyətli artım müşahidə olunub. Belə ki, Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərən “Xəzər” avtomobil zavodunda bu ilin altı ayı ərzində 816 minik avtomobili istehsal edilib və bu sektor üzrə 83,6 faiz artım qeydə alınıb. Yeni zavod və fabriklərin istismara verilməsi nəticəsində azot gübrələri, inşaat qatqıları və digər kimyəvi məhsulların istehsalına başlanıb və kimya sənayesi sahəsində istehsal artımı 30 faizdən çox olub.

Bununla yanaşı, rezin və plastik kütlə məmulatlarının istehsalında bu ilin yanvar-iyun ayları üzrə 31 faizlik artım müşahidə olunub.

Mingəçevir Sənaye Parkında investisiya dəyəri 85 milyon ABŞ dolları olan 2 iplik fabriki fəaliyyət göstərir. Bu ilin birinci yarısında müəssisə tərəfindən məhsul istehsalı 23 milyon manat, ixrac isə 20 milyon manat təşkil edib. Ümumilikdə, 2019-cu ilin birinci yarısında toxuculuq sənayesində artım 50 faizdən çox olub.

Sumqayıt Kimya Sənaye Parkında reallaşdırılan “SOCAR Polymer” layihəsi çərçivəsində tikilən zavodlarda bu ilin birinci yarısında 90 milyon manatlıq polipropilen və yüksəksıxlıqlı polietilen məhsulları istehsal olunub və artıq 70 milyon manatlıq məhsul ixrac edilib.

Bundan başqa, bu ilin altı ayı ərzində ağac emalı və istehsalı sahəsində 2,2 dəfə, mebellərin istehsalında isə 28 faizə yaxın artım qeydə alınıb.

Məlum olduğu kimi, Azərbaycanda şərabçılıq sənayesi qədim tarixə və ənənəyə malikdir və bu sahənin inkişafına böyük diqqət göstərilir. Şərabçılıq müəssisələrinin istehsal potensialının tam reallaşdırılması məqsədilə bu məhsulların istehsalı və ixracı dövlət dəstəyi tədbirləri və mexanizmləri ilə stimullaşdırılır, təşviq edilir, xarici ölkələrdə şərab evləri yaradılır, beynəlxalq sərgilərdə məhsullarımız nümayiş olunur. Ümumilikdə 2019-cu ilin ilk yarısında spirtli və spirtsiz içki istehsalında artım 65,2 faiz təşkil edib.

- Qeyri-neft sənayesində istehsalın artımı ixracda özünü necə göstərir?

- Bütün sahələrdə olduğu kimi, ölkə iqtisadiyyatında da müəyyənləşdirilmiş hədəflərə çatmaq üçün islahatlar bir-biri ilə sıx əlaqələndirilir. Qeyd edildiyi kimi, islahatlar daxili tələbatın ödənilməsini, idxaldan asılılığı azaltmaqla yanaşı, ixrac imkanlarının genişlənməsini də şərtləndirir.

Qeyri-neft məhsulları ixracının stimullaşdırılması məqsədilə “Made in Azerbaijan” brendinin təbliği ilə bağlı dəstək tədbirləri həyata keçirilir, dövlət vəsaiti hesabına sahibkarlar ixrac missiyalarında, beynəlxalq sərgilərdə iştirak edirlər. Bu il ərzində ixracatçıların Almaniyada keçirilən “Beynəlxalq Yaşıl Həftə”, “Fruit Logistika” və “Prowein”, Rusiyada “Prodexpo” və “Mosbuild”, Birləşmiş Ərəb Əmirliklərində “Qulfood”, Çində “Sial China” dünya miqyaslı beynəlxalq sərgilərində sahibkarlarımız vahid ölkə stendi ilə iştirak ediblər. İlin sonuna kimi növbəti 4 beynəlxalq sərgidə vahid ölkə stendi ilə iştirak nəzərdə tutulur. Bununla yanaşı, altı ay ərzində ixracatçıların 17 beynəlxalq sərgidə fərdi qaydada iştirakına dəstək göstərilib.

Həmçinin ixracatçıların potensial müştərilərlə, xüsusilə idxalçı və distribüterlərlə əlaqələrinin qurulması məqsədilə bu dövr ərzində Çin, Polşa, Latviya, Qətər, İsveçrə və Rusiyaya ixrac missiyaları təşkil olunub. Bu tədbirlər çərçivəsində Azərbaycan məhsullarının ixracına dair razılaşmalar və sifarişlər əldə edilib, müqavilələr imzalanıb. Eyni zamanda, bir sıra məhsulların ixracatçılarına ixrac təşviqi ödənilir. Qeyd edək ki, 2019-cu ilin yanvar-iyun ayları ərzində ixracatçılara 5 milyon manatdan artıq, ümumilikdə isə 2016-cı ilin mart ayından bu günədək 14 milyon manatdan çox ixrac təşviqi ödənilib. Bu mexanizm çərçivəsində Almaniya, Rusiya, Çin, Polşa, İtaliya, Qazaxıstan, Litva, Cənubi Koreya, Yunanıstan, Kanada, Avstraliya, Malayziya, ABŞ, Yaponiya, Səudiyyə Ərəbistanı və digər ölkələrə 210 milyon ABŞ dollarından çox qeyri-neft məhsulunun ixracı stimullaşdırılıb.

İxracın stimullaşdırılması tədbirləri çərçivəsində prosedurlar sadələşdirilir, yerli məhsullarımızın ixrac potensialı yüksək olan ölkələrdə ticarət nümayəndələri fəaliyyət göstərir, ticarət evləri və şərab evlərinin yaradılması ilə bağlı işlər davam etdirilir. Azərbaycanın xarici ölkələrdə 10 ticarət və şərab evi açılıb, Rusiya, Qazaxıstan və digər ölkələrdə ticarət evlərinin açılması ilə bağlı işlər görülür. Həmçinin Rusiyanın Moskva şəhərində 15 Azərbaycan şirkəti tərəfindən istehsal olunan 200-dən çox çeşiddə məhsulun təqdim olunduğu “Azərbaycan nemətləri” mağazası fəaliyyətə başlayıb, Sankt-Peterburq, Yekaterinburq və digər şəhərlərində də bu cür mağazaların açılması istiqamətində işlər aparılır.

Görülən işlər qeyri-neft ixracının göstəricilərində də əksini tapır. Belə ki, son 3 il ərzində qeyri-neft ixracı ümumilikdə 36,5 faiz artaraq 1,7 milyard ABŞ dolları təşkil edib, 167 yeni növ məhsulun ixracına başlanıb, ixrac olunan qeyri-neft məhsullarının çeşidi 3 mini ötüb. Qeyri-neft ixracında 452 milyon dollarlıq artımın 60 milyon dollarlıq hissəsi yeni məhsulların ixracı hesabına formalaşıb. Qeyd edilməlidir ki, ixracın şaxələndirilməsi ilə yanaşı, sahibkarlara yaradılmış imkanlar xarici ticarətlə məşğul olan biznes subyektlərinin sayında əhəmiyyətli artıma gətirib çıxarıb və 79 faizlik artım müşahidə olunub. Bu, artan iqtisadi fəallığın və şəffaflığın əyani göstəricisidir. Eyni tendensiya 2019-cu ilin altı ayında da davam edib, qeyri-neft ixracı 15 faiz səviyyəsində artaraq 980 milyon dollar təşkil edib, ticarət tərəfdaşlarının, mal çeşidlərinin və ticarət iştirakçısı biznes subyektlərinin sayında artım qeydə alınıb.

İstehsalın təşviqi istiqamətində görülmüş işlər ixracın artımı ilə nəticələnir. Belə ki, sahibkarlığın güzəştli kreditləşdirilməsi, istehsalatda müasir texnologiyaların tətbiqi digər sahələrlə yanaşı, aqrar sahədə də ixrac imkanlarını genişləndirir. Yeri gəlmişkən, bu ilin birinci yarısında ümumilikdə 440 milyon dollarlıq meyvə - tərəvəz və onların emalı məhsulları, pambıq, süd məhsulları, ipək, tütün kimi kənd təsərrüfatı məhsulları ixrac edilib.

Sənaye sahəsinə gəlincə isə polimer, polietilen, metanol və gübrə kimi kimyəvi məhsullar, qablaşdırma məhsulları, konteynerlər, toxuculuq məhsulları, tikinti və quraşdırmada istifadə olunan polad laylar, borular, transformatorlar, elektrik naqilləri və digər elektrik avadanlıqları, mis və alüminium məmulatları ixracı artan əsas məhsullar sırasındadırlar.

Ümumilikdə isə bu ilin ilk yarısında qeyri-neft ixracının 51 faizini kənd təsərrüfatı və emalı, 49 faizini isə sənaye məhsulları təşkil edib.

- İdxalda hansı məhsullar üstünlük təşkil edir və bu, nə ilə bağlıdır?

- - İdxalın əvəz edilməsi üçün istehsal artırılır, yeni istehsal sahələri yaradılır. Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin hədəflərindən biri də məhz budur və bu məqsədə nail olunması üçün sistemli və ardıcıl tədbirlər həyata keçirilir. Qeyd olunmalıdır ki, bir sıra məhsullar üzrə Azərbaycan özünü tam təmin edir, digər məhsullar üzrə isə özünütəminetmə səviyyəsi ildən-ilə yüksəlir. Bununla yanaşı, idxalı əvəz edən məhsul istehsalı genişlənir, bir sıra məhsulların idxalda payı azalır. Misal olaraq, son 3 ildə sement istehsalı 17,6 faiz, alüminium çubuqlar, millər və profillər kimi məhsulların istehsalı 52,8 faiz artıb, idxalı isə müvafiq olaraq 89 faiz və 81 faiz azalıb.

2018-ci ilin idxalının strukturuna nəzər salsaq, ümumilikdə idxal olunan məhsulların 70 faizdən çox hissəsinin iqtisadiyyatın inkişafı üçün nəzərdə tutulan tədbirlərə, iri infrastruktur layihələrinin reallaşmasına, investisiya təşviqi mexanizmi çərçivəsində prioritet sahələrə modern texnologiyaların cəlb edilməsinə, ölkəmizdə nəqliyyat və logistika sahəsinin inkişafına, bu sahənin infrastrukturunun və bazasının müasirləşdirilməsinə, yeni tikilmiş müəssisələrin xammal və yarımfabrikat ehtiyaclarının ödənilməsinə, strateji əhəmiyyətli və sosialyönümlü layihələrə, dövlət ehtiyatlarının artırılmasına yönəldiyini görərik. Bu tədbirlər isə iqtisadiyyatın inkişafına və davamlılığının təmin olunmasına xidmət edir.

Ümumilikdə, Azərbaycanın artan potensialı istehsalın və ixracın genişləndirilməsinə, xarici ticarətin strukturunun şaxələndirilməsinə, rəqabətqabiliyyətli və ixracyönümlü qeyri-neft sektorunun inkişafına böyük imkanlar açır. İqtisadiyyatın bütün sahələrində olduğu kimi, xarici ticarət seqmentində də inkişaf kursu bu imkanların daha dolğun reallaşmasına yönəldilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

COP29 irsi, COP30 gündəliyi və COP31 hədəfləri Londonda müzakirə olunub

Naxçıvanda avtomobil mikroavtobusla toqquşub, 3 nəfər xəsarət alıb

Almaniya Müdafiə Nazirliyi F126 freqatlarının inşası layihəsini dayandırmağı planlaşdırır

ABŞ Senatı İranla müharibə ilə bağlı Müharibə Səlahiyyətləri Qanununu dair qətnamə qəbul edib

Almaniyada dəmir yolu nəqliyyatının hərəkəti müvəqqəti dayandırılıb

Dünya çempionatı: İngiltərə-Qana oyununda hesab açılmayıb

Media: Avropa tənzimləyicisi “Airbus” təyyarələrində çatlar səbəbindən yoxlama tələb edib

ABŞ Prezidenti: Venesuela əməliyyatının xərclərini neft gəlirləri ilə dəfələrlə geri qaytarmışıq

Tramp İranla danışıqların gedişatından məmnun olduğunu bildirib

MDU-da elmi nəşr fəaliyyətində yeni mərhələ – beynəlxalq jurnalın rəsmi saytı təqdim edilib

BMT Körfəzdə qalan 11 mindən çox dənizçinin təxliyəsinə başlayacaq

Faiq Əhməd: İncəsənətin əsasında hər zaman fikir dayanır

Əlilliyi olan uşaqların valideynləri üçün təlimlər təşkil edilib

Ronaldu dubl edib, Portuqaliya qələbəyə sevinib

Emin Məmmədov: Faiq Əhməd Azərbaycan xalça sənətini müasir incəsənətin dili ilə dünyaya tanıdır

Azərbaycan Teatr Xadimləri İttifaqında tədbir: “Sənətə həsr olunmuş ömür"

Bundestaqın deputatları Almaniyada hərbi sifarişlərin bahalaşmasından narahatdırlar

Maliyyə Nazirliyində dövlət qulluğuna qəbul edilən əməkdaşların andiçmə mərasimi olub

Azərbaycanın namizədi BMT-nin Uşaq Hüquqları Komitəsinin 2027-2031-ci illər üzrə üzvlüyünə seçilib

Prezident İlham Əliyevin sosial media hesablarında Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb VİDEO

Tramp: İranla bağlı işlər çox yaxşı gedir

ABŞ Dövlət katibi: Livanda baş verənlərlə bağlı birbaşa hökumət ilə danışıqlar aparacağıq

İrkutsk vilayəti Azərbaycanla əməkdaşlığı genişləndirir

Rubio: Heç bir ölkə beynəlxalq su yolunda rüsum tələb edə bilməz

“İrana Qasımova ilə poeziya klassikası” layihəsinin yubiley gecəsi Xurşidbanu Natəvana həsr olunub

“Eskizdən xalçaya”: Azərbaycan xalça sənətinə müasir baxış

Şamaxıda dövlət qulluqçularının peşə bayramı günü qeyd olunub

Rəcəb Tayyib Ərdoğan: NATO çərçivəsində Avropa müttəfiqlərimizdən daha böyük məsuliyyət gözləyirik

Çexiya hökuməti praqmatik xarici iqtisadi siyasət yürüdəcək

Nazir müavini: Mil-Muğanda pambıq və taxıl istehsalında məhsuldarlığın artırılması prioritetdir VİDEO

Nazir müavini: Mil-Muğanda pambıq və taxıl istehsalında məhsuldarlığın artırılması prioritetdir VİDEO

Almaniyada kiçik təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub

Türkiyə Parlamentinin sədri Numan Kurtulmuş TÜRKPA Beynəlxalq Katibliyində olub

Oman Sultanlığı Şura Məclisinin sədri ölkəmizə səfərə gəlib

Əqrəblərin, ilanların və digər zəhərli sürünənlərin aktivliyi yayın əvvəlinə təsadüf edir - mütəxəssislərin rəyləri

Putin Ukrayna ilə danışıqların şərtlərini açıqlayıb

İsmayıllıda kişi traktorun altında qalaraq ölüb

Bu saata olan əsas xəbərlər

Qazaxıstan Prezidenti Avropa İttifaqı ilə qarşılıqlı fəaliyyətin yeni mərhələsinin başlandığını bəyan edib

Milli Məclisdə İran parlamentinin üzvü ilə görüş olub

Sahibə Qafarova Mozambik Respublika Assambleyasının sədri ilə görüşüb

Türkiyə Böyük Millət Məclisinin sədri ölkəmizə səfərə gəlib

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib

Çexiyada hakimiyyət qolları arasında mübahisə: Prezident Petr Pavel məhkəməyə müraciət edib

Azərbaycan Vikipediyası türk dillərində olan vikipediyalar arasında zəngin məzmunlu platformalardan biridir VİDEO

Azərbaycan Vikipediyası türk dillərində olan vikipediyalar arasında zəngin məzmunlu platformalardan biridir VİDEO

Ekspert: Azərbaycan-Türkmənistan münasibətlərinin inkişafı regionun strateji əməkdaşlıq imkanlarını genişləndirir

Şəkidə Gənclər Fondunun “Səyyar Gənclər Xidməti” layihəsinin açılışı olub

Şirkət rəhbəri: Məqsədimiz regionun fermerlərini yüksəkkeyfiyyətli toxumla tam təmin etməkdir VİDEO

Şirkət rəhbəri: Məqsədimiz regionun fermerlərini yüksəkkeyfiyyətli toxumla tam təmin etməkdir VİDEO

Laçında keçirilən əmək yarmarkasında minaaxtaran peşəsi üzrə vakansiyalar təqdim edilib

İƏT Parlament İttifaqının Baş Komitəsi 2026-2027-ci illər üçün büdcə layihələrini təsdiqləyib

SOCAR “Ağıllı şəhərsalma və sənaye həlləri” mövzusunda innovasiya müsabiqəsi elan edir

Anar Eminov: Universitetlərin rəqabəti binaların hündürlüyü ilə deyil, elmi təsirin dərinliyi ilə ölçülür

“Metropolitango Award” layihəsinin final mərhələsi reallaşıb

“Bitcoin”in qiyməti son 2 həftənin minimumuna enib

® “Azercell” və "Samsung”dan yeni kampaniya!

AzTU-nun 4000 məzunu "Baku Crystal Hall"da bir araya gəldi

Azərbaycan Çindən 4 ədəd sərnişin lokomotivi alır

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib

Siyasi şərhçi: Azərbaycan-Türkmənistan əməkdaşlığı enerji təhlükəsizliyi üçün yeni imkanlar yaradır

® “Evrika” liseyinin şagirdləri respublikada və beynəlxalq arenada böyük uğurlara imza atıblar

® “Bakcell” UFC Baku tədbirinin əsas tərəfdaşıdır

Beynəlxalq Enerji Agentliyi: Yaxın Şərq münaqişəsi qlobal enerji sektorunda uzunmüddətli izlər buraxacaq

Milli Məclisin komitələri geniş qanunvericilik paketini nəzərdən keçirib

Qazaxıstanda antiterror təlimləri təşkil olunacaq

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclasında insan hüquqları üzrə müvəkkilin sorğusuna baxılıb

® “PAŞA Bank” “Türk Hava Yolları” ilə eksklüziv əməkdaşlıq müddətini uzadıb

Azərbaycan regional logistika mərkəzinə çevriləcək ŞƏRH

Azərbaycan-Türkmənistan əlaqələrində iqtisadi və strateji tərəfdaşlıq güclənir – ŞƏRH

Azərbaycan nümayəndə heyəti Özbəkistanda beynəlxalq mədəniyyət tədbirlərində iştirak edəcək

“Aqroservis” ASC-nin rəhbəri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib, təsərrüfatlara baş çəkib

AMEA ilə Albaniya Elmlər Akademiyası arasında anlaşma memorandumu imzalanıb

Rafael Hüseynov: Azərbaycana tam dəstək verən ilk ümumdünya qurumu İslam Əməkdaşlıq Təşkilatıdır

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026-cı ilin iyul ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Xaçmazlı təsərrüfat sahibi: Dövlətin fermerlərə dəstəyi aqrar sahənin stimullaşdırılmasında mühüm rol oynayır VİDEO

Xaçmazlı təsərrüfat sahibi: Dövlətin fermerlərə dəstəyi aqrar sahənin stimullaşdırılmasında mühüm rol oynayır VİDEO

"Karvan-Yevlax" köhnə meydançanın bərpasını ilin sonunadək başa çatdırmağı planlaşdırır

Türkmənistan Prezidentinin ölkəmizə səfəri münasibətlərimizin strateji mahiyyətini bir daha təsdiqləyir RƏY

Azərbaycan elminə töhfə: Atropatan florasının 2595 növdən ibarət konspekti tərtib edilib

Türkiyənin Kırıkkale vilayətində sursat anbarında partlayış baş verib, ölənlər var

Vüqar Əsgərli: “İmişli”nin layihəsi mənim üçün maraqlı çağırış idi

Son 5 gündə Hörmüz boğazından 172 gəmi keçib

Qazaxıstanda Senat və Məclis sonuncu birgə iclasını keçirəcək

Xəyyam Məmmədov: Əlimizdə olan mövcud resurslardan səmərəli və rasional şəkildə istifadə etməliyik VİDEO

Xəyyam Məmmədov: Əlimizdə olan mövcud resurslardan səmərəli və rasional şəkildə istifadə etməliyik VİDEO

İslamabadda İran Prezidentinin səfəri ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib

Azərbaycan-Türkmənistan münasibətləri Türk dünyasının birliyinin mühüm dayaqlarından biridir ŞƏRH

“Wood Mackenzie”: “Brent” nefti gələn il 78 dollara ticarət olunacaq

Dənizdə əmək standartlarının tətbiqi ilə bağlı BƏT ilə əməkdaşlıq genişləndirilir

Portuqaliyalı futbolçu “Zirə”də

Beynəlxalq Enerji Agentliyi: Mayda bazara gündəlik 2,5 milyon barel əlavə neft çıxarılıb

Şəxsi inkişaf, insan potensialı və kouçluq: Mahiyyəti, peşə sərhədləri və cəmiyyətdə rolu - Müsahibə

Bitki mənşəli nanohissəciklərin canlı sistemlərə təsirinin biokimyəvi xüsusiyyətləri – elmi seminar

Dövlət qulluqçularının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Metrologiya İnstitutu EURAMET-ə assosiativ üzv qəbul olunub

Azərbaycan ilə Türkmənistan arasında əməkdaşlıq əlaqələrinin perspektivi uğur vəd edir - ŞƏRH

Azərbaycandan Türkmənistana ixracın dəyəri 37 faizədək artıb

İƏT Parlament İttifaqı Konfransının sessiyasında regional qruplarının məsləhətləşmə görüşləri keçirilib

Xəyal Rza: “Namazov” filminin nümayişinin sentyabrda keçirilməsi planlaşdırılıb

Qeyri-sabit hava şəraiti iyunun 29-dək davam edəcək – XƏBƏRDARLIQ

Niger Azərbaycanın enerji sahəsində təcrübəsindən yararlanmaq istəyir

Yaxın Şərqdəki neft istehsalçılarının tədarük itkiləri 1,3 milyard bareli ötüb

Bu gün Vaşinqtonda Livan-İsrail danışıqlarının növbəti mərhələsi təşkil olunacaq

BDU-nun “Azərbaycan hüquq jurnalı” daha bir beynəlxalq elmi indeks bazasına daxil edilib