ELM VƏ TƏHSİL


Nigar Talıbova: Macarıstanda doktorantura təhsili almaq mənim arzum idi

Bakı, 21 avqust, AZƏRTAC

Macarıstanın Eötvös Lorand Universitetinin doktoranturasında təhsil alacağam. Bu ölkədə doktorantura təhsili almaq mənim arzum idi. Çox sevinirəm ki, istəyimə nail olmuşam.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində 2019-2020-ci tədris ilində Macarıstanda təhsil almaq hüququ qazanmış Nigar Talıbova söyləyib.

Nigar Talıbova Bakıda anadan olub. 2014-cü ildə Gəncə Dövlət Universitetini bitirib. Sonra Macarıstanda magistratura pilləsində təhsil alıb.

Eötvös Lorand Universitetinin doktoranturasında ətraf mühit elmləri ixtisası üzrə təhsilini davam etdirəcək Nigar Talıbova Macarıstanla müqayisədə Azərbaycanda bərpa olunan enerji siyasəti və onun tətbiqi üzrə araşdırma aparacaq.

Ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətinin əhəmiyyətindən danışan Nigar Talıbova gənclərə xüsusi diqqət və qayğı göstərildiyini, onların təhsilinə geniş imkanlar yaradıldığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.