REGİONLAR


Nikitin adına kolxozda tikilən karamel fabrikində 70 adda qənnadi məhsulları istehsal olunacaq

İsmayıllı, 23 yanvar, AZƏRTAC

İsmayıllıda rayon icra hakimiyyətinin təşəbbüsü ilə Azərbaycanda yeganə ictimai təsərrüfat olan Nikitin adına kolxozun daha da inkişafı ilə bağlı toplantı keçirilib. Toplantıda rayon rəhbərləri, kolxozun məsul işçiləri, mütəxəssislər iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, məsələ ilə əlaqədar aparılan müzakirələrdə icra başçısı Nahid Bağırov, kolxozun sədri Vasili Novoseltsev, kolxozun müşahidə şurasının sədiri Olqa Javina, kənd ərazi icra dairəsinin nümayəndəsi İvan Prokofyev və başqaları çıxış edib, müzakirələr aparılıb. Müzakirələr zamanı kolxozda mövcud vəziyyət, təsərrüfatın ayrı-ayrı sahələrinin inkişafı, iqtisadiyyatını şaxələndirilməsi ilə bağlı təkliflər səsləndirilib. O cümlədən yeni növ üzüm bağlarının salınması ilə plantasiyaların sahəsinin genişləndirilməsi, məhsuldar taxıl sortlarının əkininə diqqətin artırılması, heyvandarlıqda yeni texnologiyalardan istifadə kimi təkliflər ətrafında geniş müzakirələr aparılıb.

Toplantıda Prezident İlham Əliyevin tövsiyəsi ilə İvanovkada inşa edilən Karamel zavodunun kəndin sosial-iqtisadi inkişafında müsbət rol oynayacağı da vurğulanıb. Qeyd edilib ki, “İvanovka sovqatları” MMC-nin inşa etdiyi, sutkalıq istehsal gücü 15 ton olan zavodda 3 növbədə 180 nəfər işçi çalışacaq və burada 70 adda qənnadi məhsullarının istehsalı nəzərdə tutulub.

Sonda kolxozun potensialından səmərəli istifadə ilə bağlı müvafiq tapşırıqlar verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.