Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ömrünü ədəbiyyatşünaslıq elminin inkişafına həsr edən alim

Ömrünü ədəbiyyatşünaslıq elminin inkişafına həsr edən alim

Avqustun 21-i akademik Bəkir Nəbiyevin doğum günüdür

Bakı, 21 avqust, AZƏRTAC 

Akademik, “Şöhrət” və “İstiqlal” ordenli, Əməkdar elm xadimi Bəkir Nəbiyevin ədəbiyyatşünaslıq elminin və ədəbi fikrin inkişafındakı xidmətləri əvəzolunmazdır.

AZƏRTAC akademik Bəkir Nəbiyevin doğum günündə onun həyat və fəaliyyətinin bəzi məqamlarına nəzər salır.

Bəkir Nəbiyev 1930-cu il avqustun 21-i Ağdaş rayonunun Üçqovaq kəndində ziyalı ailəsində dünyaya göz açıb. O, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) Məmməd Arif, Əli Sultanlı, Mir Cəlal, Cəfər Xəndan, Məmməd Cəfər, Həmid Araslı, Abbas Zamanov, Feyzulla Qasımzadə kimi böyük ustadlardan dərs alıb. Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirəndə artıq beş ildən çox müəllimlik təcrübəsi olan gənc filoloqun görkəmli ədəbiyyatşünas kimi formalaşmasına mətbuat-publisistika sahəsindəki fəaliyyəti mühüm təsir göstərib. Universitetin aspiranturasına qəbul olan Bəkir Nəbiyev 1960-cı ildə “Firudin bəy Köçərlinin həyat və yaradıcılığı” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. Ədəbi fəaliyyətə “Ədəbiyyat qəzeti”nin 1951-ci il 4 noyabr tarixli nömrəsində dərc edilən “Dama-dama göl olar” rəyi ilə başlayıb. O dövrün nüfuzlu “Azərbaycan gəncləri”, “Kommunist” və digər qəzetlərində ədəbi işçidən şöbə müdirinə qədər yüksələn, Yazıçılar, Jurnalistlər birliklərinə üzv qəbul edilən Bəkir Nəbiyev 60-cı illərin əvvəlində böyük elmə bir neçə sahənin mütəxəssisi kimi gəlmişdi: müəllim, jurnalist, tənqidçi, tədqiqatçı-ədəbiyyatşünas, redaktor, tərcüməçi və s.

Ədəbiyyat elmini özünə həyat kredosu seçən, bir gün belə onsuz yaşamayan, ədəbiyyatımıza, onu yaradanlara alimin dərin məhəbbəti, bitib-tükənməyən enerjisi və buna təkan verən sahilsiz ümmana bənzər arzuları cild-cild kitabların, saysız-hesabsız elmi məqalələrin meydana gəlməsinə münbit şərait yaradıb.

Ədəbi prosesə, klassik ədəbi irsə, ədəbi tənqidə, ədəbi əlaqələrə, poeziyada sənətkarlıq məsələlərinin tədqiqinə 50-dən çox kitab, 900-dən çox məqalə və resenziya həsr edən alim nəinki Azərbaycanda, keçmiş Sovet İttifaqında, eləcə də Türkiyə, İran və İraqda görkəmli ədəbiyyatşünas kimi tanınıb. Bir çox doktorluq dissertasiyaları üzrə elmi məsləhətçi, namizədlik dissertasiyaları üzrə elmi rəhbər olub. Ümumiyyətlə, alimin ədəbiyyatşünaslıq sahəsində yüksək ixtisaslı kadrlar hazırlanmasında xidmətləri böyükdür.

Akademik Bəkir Nəbiyev XX əsrin ortalarından etibarən ədəbi prosesin və ədəbi-nəzəri fikrin daim diqqət mərkəzində olub, ədəbiyyatın əbədiliyinə böyük inamla bədii irsin tədqiqi ilə məşğul olub. İlk professional tənqidçimiz Firudin bəy Köçərli haqqında 1963-cü ildə çap olunmuş sanballı monoqrafiyası ilə Bəkir Nəbiyev alim kimi ədəbi-nəzəri fikir tariximizə daxil ola bilib.

Mərhum akademikin “Görkəmli tənqidçi və ədəbiyyatşünas” (1963), “Süngüyə çevrilmiş qələm” (1970), “Ədəbi düşüncələr” (1971), “Tənqid və ədəbi proses” (1976), “Böyük Vətən müharibəsi və Azərbaycan ədəbiyyatı” (1977), “Kamalın təntənəsi” (1981), “Söz ürəkdən gələndə” (1984), “Roman və müasir qəhrəman” (1987), “Özümüzdən başlayaq” (1990), “Didərgin şair” (1995), “Çətin yollarda” (2000), “İstiqlal şairi” (2001), “Xəzan vurmasın” (2006), “Hərənin öz yolu var” (2007) və s. kitabları tənqid və nəzəri fikir tariximizin yarıməsrlik (1960-2010) dövrünü mərhələli surətdə əks etdirir. Bu əsərlər heç vaxt köhnəlməyən müasir təfəkkürlə, yüksək tarixilik duyğusu, tizfəhm məntiq və mühakimə ilə yazılıb.

Bəkir Nəbiyev XX əsr Azərbaycan ədəbiyyatşünaslıq elminin görkəmli nümayəndəsi, yorulmaz tədqiqatçı, fədakar alim və tənqidçi kimi ədəbiyyat tariximizdə əbədi qalmaq haqqını qazanmış insanlardandır. Alim ədəbiyyatın elə bir sahəsi yoxdur ki, orada sözünü deməmiş olsun.

Elmi-ictimai fəaliyyətinin birinci mərhələsini hər bir görkəmli elm adamı üçün fəxr sayıla biləcək məhsuldarlıqla, intensiv və çoxşaxəli axtarışlarla başa vuran Bəkir Nəbiyev ikinci mərhələyə Azərbaycan Milli Elmlər Akademiyasından başlayıb. Nizami adına Ədəbiyyat İnstitutuna kiçik elmi işçi qəbul edilən gənc tədqiqatçı çox keçmədən şöbə müdiri vəzifəsinə qədər yüksəlib. 1970-ci ildə doktorluq dissertasiyasını uğurla müdafiə etdikdən sonra Bəkir Nəbiyevə daha məsul vəzifə - Ədəbiyyat Muzeyinin direktorluğu tapşırılıb. Bu vəzifədə 15 ildən çox çalışan Bəkir Nəbiyev muzeyin daha da zənginləşməsində, dövrün tələbləri əsasında yenidən qurulmasında, beynəlxalq aləmdə tanıdılmasında böyük rol oynamaqla yanaşı, elmi-tədqiqat fəaliyyətini də yüksək templə davam etdirib. Yaradıcılıq yolunun ikinci mərhələsində alimin Azərbaycan ədəbiyyatının, mədəniyyətinin müxtəlif məsələlərinə dair 10-dan çox kitabı, 300-dək məqaləsi çap olunub. Bu məhsuldar yaradıcılığın zirvəsi isə doktorluq dissertasiyası kimi müdafiə etdiyi “Böyük Vətən müharibəsi və Azərbaycan ədəbiyyatı” fundamental əsəri olur.

Görkəmli akademik Azərbaycan filologiyasında mükəmməl “Bəkir Nəbiyev məktəbi”nin əsasını qoyub. Vilayət Quliyev, Nizami Cəfərov, Teymur Kərimli, Məhərrəm Qasımlı, Kamran Əliyev, Şirindil Alışanlı, Muxtar İmanov, Tehran Əlişanoğlu onun yetirmələridir. Bu məktəbin nümayəndələri görkəmli Azərbaycan tənqidçisi və ədəbiyyatşünaslarıdır.

Mərhum alim AMEA Rəyasət Heyətinin üzvü olub, uzun illər Azərbaycan Elmlər Akademiyasının Ədəbiyyat, Dil və İncəsənət Bölməsinin akademik-katibi (1987-2001), Azərbaycan Elmlər Akademiyası “Xəbərləri” jurnalının (Ədəbiyyat, dil və incəsənət seriyası üzrə) baş redaktoru və on ilə yaxın AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktoru kimi məsul vəzifələrdə çalışıb. Bundan əlavə, Azərbaycan Mədəniyyət Fondunun sədri (1987-1990), ədəbiyyat üzrə ixtisaslaşdırılmış müdafiə şurasının sədri (1993-cü ildən), “Ədəbiyyat və incəsənət” qəzeti redaksiya heyətinin, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” studiyasının bədii şurasının, Azərbaycan Yazıçılar İttifaqının, “Vətən” cəmiyyəti idarə heyətinin, respublika “Bilik” cəmiyyəti plenumunun üzvü, Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasının məsləhətçisi, Sovet-Pakistan Dostluq Cəmiyyəti Azərbaycan şöbəsinin sədr müavini kimi fəaliyyət göstərib. Çexiya, Slovakiya, Yunanıstan, Danimarka, İran, İraq, Səudiyyə Ərəbistanı, ABŞ, Çin və Yaponiyada beynəlxalq ədəbi-elmi və siyasi məclislərdə məruzə ilə çıxış edib.

Akademik Bəkir Nəbiyev 2012-ci il martın 15-də Bakıda vəfat edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fövqəladə hallar naziri Lökbatanda yanğının baş verdiyi əraziyə gəlib YENİLƏNİB 3

CNN: Tramp İrana qarşı hərbi əməliyyatları bərpa etməyi ciddi şəkildə düşünür

Paytaxtda 14 istiqamət üzrə nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

Bakıda “Qarabağ və Şərqi Zəngəzurda urbisid, mina çirklənməsi və dirçələn həyat” mövzusunda fotosərgi

Media: Hindistan xaricdə saxlanılan qızıl ehtiyatlarını sürətlə ölkəyə qaytarır

Tramp: Vens və Rubio ABŞ-nin növbəti prezident seçkiləri üçün güclü namizədlərdir

DİN: Qaradağda baş vermiş yanğınla bağlı polis əməkdaşları dərhal əraziyə cəlb olunublar

Qalibaf: İranın ABŞ-yə təqdim etdiyi münaqişənin həlli planının alternativi yoxdur

Vaşinqtonda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş şahmat turniri təşkil edilib

WSJ: BƏƏ İran ərazisinə bir neçə hava zərbəsi endirmiş ola bilər

Rodrigez: ABŞ ilə münasibətlər qarşılıqlı hörmət əsasında qurulmalıdır

Kreml ümid edir ki, Ukrayna ilə əsir mübadiləsi tezliklə başa çatacaq

Fransada Luvr muzeyində terror aktı planlaşdırmaqda şübhəli bilinən şəxs saxlanılıb

Vyanada “Avroviziya” təmsilçimizi dəstəkləmək məqsədilə Azərbaycan Günü təşkil olunub

Boliviyanın keçmiş prezidenti barəsində həbs qərarı çıxarılıb

Nitsa şəhərində silahlı hücum nəticəsində azı iki nəfər ölüb

BBC: Beş ölkə İsrailə görə “Avroviziya”nı boykot edib

Sorğu: Fransızların 91 faizi ölkənin iqtisadi gələcəyi ilə bağlı bədbin mövqedədir

Tramp İranla bağlı mümkün hərbi addımları müzakirə edəcək

Bakıda özbək ədəbiyyatına dair mühüm tədqiqat əsəri nəşr olunub

Azərbaycan Ordusunun hərbi qulluqçuları Kəlbəcərdə minaya düşüblər

Livanın Baş naziri: İsrail ordusu ölkənin cənubunda 68 kəndə nəzarət edir

Nigeriyada silahlı hücum nəticəsində 30 nəfər ölüb

Londonda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib

Həmidə Rüstəmova: “Qırxdan sonra…” filmi qadın taleyinə və sənətin görünməyən tərəflərinə işıq salır

Gənc startapçı: Qlobal texnologiya ekosistemində platformaəsaslı yanaşma ön plana çıxıb - MÜSAHİBƏ

Azərbaycanın qadın atıcıları Avropa çempionatında bürünc medal qazanıblar

Azərbaycan güləşçiləri Avropa çempionatının finalında

Azərbaycan Kosta-Rika Prezidentinin andiçmə mərasimində təmsil olunub

Azərbaycan tatarları faşizm üzərində Qələbənin ildönümünü qeyd ediblər

WUF13 öncəsi mühüm tədbir: “Eco-Art” Festivalı

Kayseri şəhərində Ulu Öndərin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib

BMU tələbələri bədii yaradıcılıq müsabiqə-festivalının yekun konsertində çıxış ediblər

Azərbaycan parataekvondoçusu Avropa çempionatında gümüş medal qazanıb

BMT: Sudanda PUA zərbələri nəticəsində azı 880 mülki şəxs həlak olub

Tramp: İrandakı atəşkəs süni nəfəs aparatına bağlıdır

Dünya mediası Prezident İlham Əliyevin Zəngilanda çıxışı zamanı verdiyi mesajlardan yazır

Bu saata olan əsas xəbərlər

Azərbaycan ilə Slovakiya arasında hərbi əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Türkiyəli ekspert WUF13-ün əhəmiyyəti haqqında : Bəşəriyyət şəhərlərin inkişafı yolu ilə öz gələcəyini qurur

Azərbaycan idmançıları “Khan Fight 6” beynəlxalq peşəkar MMA turnirində uğur qazanıblar

Azərbaycan-Aİ münasibətləri: reallıq manipulyasiyadan güclüdür - ŞƏRH

Ukrayna Prezidenti Vladimir Putinlə görüşün formatının ABŞ ilə müzakirə olunduğunu bildirib

Krasnoyarskda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş konsert təşkil edilib

Litva Hərbi Akademiyasının nümayəndə heyəti Bakıdadır

Ulu Öndərin əziz xatirəsi Heydər Əliyev zirvəsində anılıb

Şərqi Zəngəzurda həyata keçirilən bərpa modeli dünya şəhərsalma təcrübəsinə yeni yanaşma gətirir - ŞƏRH

Pakistan mənbələri Tehranın Vaşinqtona cavabının detallarını açıqlayıblar

Zəngilan təkcə bölgənin deyil, böyük bir coğrafiyanın nəqliyyat mərkəzinə çevrilir - ŞƏRH

BNF-in Baş katibi: İnanıram ki, WUF13-də nəqliyyat və mənzil sektorlarına dair maraqlı müzakirələr aparılacaq VİDEO

BNF-in Baş katibi: İnanıram ki, WUF13-də nəqliyyat və mənzil sektorlarına dair maraqlı müzakirələr aparılacaq VİDEO

Rumıniya Aİ-də doğum səviyyəsinin ən çox azaldığı ölkə olub

İsveç cinayətkarlıqla mübarizədə videonəzarəti gücləndirəcək

Makron Fransa və Britaniya hərbçilərinin Hörmüz boğazına yerləşdirilməsi ilə bağlı iddiaları təkzib edib

Xorvatiyada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib

Sahib Ələkbərov: "Bakı–Xankəndi" velosiped yarışı çox cəlbedicidir

Yunanıstan qədim Roma abidələrini bərpa edəcək

"Neftçi" İdman Klubu Türkiyə təmsilçisi ilə əməkdaşlıq imkanlarını nəzərdən keçirir

Azərbaycan atıcılarından Avropa çempionatında iki gümüş medal

Gürcüstan Pravoslav Kilsəsinin yeni Katolikos-Patriarxı seçilib

Qazaxıstandakı Turqay geoglifləri dünyanın ən qədim abidələrindən biri hesab oluna bilər

Aİ ukraynalı uşaqların qanunsuz deportasiyasına qarşı yeni sanksiyalar tətbiq edib

Prezident İlham Əliyevin Şərqi Zəngəzurda müasir şəhərsalma və məskunlaşma siyasəti - ŞƏRH

Parisdə Ümummilli Lider Heydər Əliyevin 103 illiyinə həsr olunmuş konsert keçirilib

İsveçdə saam maralçılığı ətrafında münaqişə kəskin hal alıb

Qazi Universitetinin tələbələrinə Heydər Əliyevin dövlətçilik irsi barədə danışılıb

İzmirdə Heydər Əliyev liseyində Ulu Öndərin xatirəsi anılıb

Vyanada Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edilib

Avropada Azərbaycana münasibətdə formalaşan iki yanaşma ilə bağlı təhlil dərc edilib

İlyas Mirzəyev: Ümidvaram ki, əsərlərim azad olunmuş Qarabağda tezliklə ifa ediləcək

TASS Bakı taksi xidmətindən yazıb

Olimpiya çempionu: "Bakı–Xankəndi" beynəlxalq velosiped yarışının kateqoriyası yüksəldilməlidir

Qazaxıstanlı velosipedçi: Ən çətin hissə üzü yoxuşa qalxmaq idi

Çin XİN: Si və Tramp ikitərəfli münasibətləri, dünya sülhünü və inkişafını müzakirə edəcəklər

İşğaldan azad olunmuş ərazilərin bərpası üçün Azərbaycan dövləti siyasi iradə nümayiş etdirir - ŞƏRH

Azərbaycan Qarabağ və Şərqi Zəngəzuru gələcəyin dayanıqlı inkişaf modeli əsasında qurur - ŞƏRH

"Bakı–Xankəndi" velosiped yarışının II mərhələsinin qalibi mükafatlandırılıb

Media: Yaxın Şərqdəki gərginlik fonunda Azərbaycanın Avropa üçün əhəmiyyəti yaxın illərdə daha da artacaq

"Bakı–Xankəndi" beynəlxalq velosiped yarışının II mərhələsinin qalibi bəlli olub

Zərifə Əliyeva adına uşaq bağçasında Ulu Öndərin xatirəsinə həsr olunmuş rəsm sərgisi - FOTOLAR

Almaniya və Ukrayna yeni silah sistemlərinin birgə istehsalını planlaşdırır

Türkiyə universitetlərində Azərbaycan filmləri nümayiş etdirilir

Tacikistanda buzlaqların əriməsi Mərkəzi Asiyanın su ehtiyatlarını azaldır

Sabah Bakıda 29 dərəcə isti olacaq, bəzi rayonlarda yağış yağacaq

ÜST: Hantavirus epidemiyası riski çox azdır

La-Manş boğazında miqrantlara yardım edən ekipaj üzvləri irqçi davranışlarda ittiham olunur

Azərbaycan Kubokunda son 10 mövsümün rekordu qeydə alınıb

Rumıniya mətbuatında Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu xüsusi vurğulanıb

Aİ vətəndaşlar üçün vahid əmanət və investisiya hesabı təklif edir

BMT ekspertləri Yaxın Şərqdə nüvə enerjisinin riskləri barədə qənaətlərini bölüşüblər

Malayziyada Ulu Öndərin xatirəsinə həsr olunan ənənəvi şahmat turniri

Bu saata olan əsas xəbərlər

Ulu Öndər Heydər Əliyevin xatirəsi Gürcüstanda anılıb - FOTOREPORTAJ

Fransada hantavirusa ilk yoluxma halı qeydə alınıb

Qazaxıstan İndoneziyanın Avropa bazarlarına çıxış platformasına çevrilə bilər

"Bakı–Xankəndi" beynəlxalq velosiped yarışının II mərhələsi start götürüb

Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub VİDEO

Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub VİDEO

WUF13 çərçivəsində konsert proqramı: Azərbaycan milli musiqisinin inciləri beynəlxalq auditoriyaya təqdim olunacaq

Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb

Azərbaycan şahmatçısı beynəlxalq turnirdə gümüş medal qazanıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 83 nəfər saxlanılıb