CƏMİYYƏT


Paytaxt sakinindən bir kiloqramdan çox heroin aşkarlanaraq götürülüb

Bakı, 16 oktyabr, AZƏRTAC

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini İ.Babayev Xətai rayonu ərazisində saxlanılıb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, axtarış zamanı onda 800 qram heroin, 27 qram metamfetamin, iki ədəd bankomat kartı aşkarlanıb. Davam etdirilən tədbirlər nəticəsində onun yaşadığı evə baxış zamanı isə oradan əlavə 390 qram heroin, 30 ədəd metadon həbi və elektron tərəzi götürülüb.

Faktla bağlı təhqiqat davam edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.