SİYASƏT


Peru Respublikasının Konqresi Azərbaycan xalqına Novruz təbriki ünvanlayıb

Vaşinqton, 22 mart, AZƏRTAC 

Peru Konqresinin Beynəlxalq münasibətlər üzrə komissiyasının və Peru-Azərbaycan parlamentlərarası dostluq qrupunun birgə təşəbbüsü ilə bu ölkənin Konqresi adından Azərbaycan xalqına və bütün dünya azərbaycanlılarına Novruz bayramı münasibətilə təbrik bəyanatı qəbul edib.

Sənəddə Novruzun Azərbaycanda ən sevilən bayram olduğu, onun UNESCO-nun qeyri-maddi mədəni sərvətlər siyahısına daxil edildiyi bildirilir. Qeyd edilir ki, Novruz bayramı müxtəlif millətləri və mədəniyyətlər birləşdirir. Həmçinin sənəddə bu bayramın xalqlar arasında qarşılıqlı hörmət, sülh, mehriban qonşuluq idealları əsasında münasibətlərin möhkəmləndirilməsində oynadığı rol qeyd olunur.

Bəyanatda deyilir: “Peru Konqresi ölkələrimiz arasında mövcud dostluq münasibətlərini və əməkdaşlığı nəzərə alaraq Azərbaycan Respublikasına və bütün dünya azərbaycanlılarına Novruz bayramı münasibətilə təbriklərini göndərir və onlara xoşbəxtlik, möhkəm cansağlığı, səadət və rifah arzulayır”.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.