SİYASƏT


Polşada yaşayan və ya təhsil alan xaricilər üçün kurslar təşkil olunub

Varşava, 22 iyul, AZƏRTAC

İyulun 25-dən başlayaraq Polşada Təhsilin İnkişaf Mərkəzi ölkəyə yeni gələn xaricilər üçün adaptasiya kurslarının növbəti dərslərinə başlayır.

AZƏRTAC xəbər verir ki, 85 saatlıq kursların iştirakçıları seminar, görüşlər və məsləhətləşmələrə qatılacaqlar. Torun və Varşavada keçirilən dərslərdə digər xalqlarla yanaşı azərbaycanlılar da iştirak edəcəklər.

Düşərgə şəklində təşkil olunan kursların məqsədi ailələrə və ya fərdlərə polyak cəmiyyətinə inteqrasiyanı asanlaşdırmaq və dil qabiliyyətlərini təkmilləşdirməkdir. İştirakçılar Polşa əmək bazarına səmərəli girmək, təhsil sistemində davamlı təhsil almaq, yerli icmaların həyatına qoşulmaq və vətəndaş fəallığını inkişaf etdirmək üçün yardım alırlar.

Hər kurs səkkiz günlükdür. Dərslərdən əlavə, iştirakçılar üçün mədəni tədbirlər də hazırlanır. Dərslər Polşa Daxili İşlər Nazirliyi və Administrasiya, Sosial Sığorta İnstitutu, Vergi Administrasiyası Palatası, təhsil şuraları, regional əmək idarələri, sosial təminat mərkəzlərinin dəstəyi ilə keçirilir.

Ötən il kurslarda Azərbaycan, Qazaxıstan, Rusiya, Belarus, Ukrayna və Özbəkistandan olan 135 nəfər, o cümlədən 37 uşaq iştirak edib.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Varşava 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.