Prezidentin Mətbuat Xidmətinin məlumatı
Fransa Respublikasının Prezidenti Emmanuel Makron sentyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Telefon danışığı zamanı Fransa Prezidenti Ermənistan-Azərbaycan sərhədində baş vermiş insidentlə əlaqədar narahatlığını ifadə etdi.
Dövlətimizin başçısı bu genişmiqyaslı təxribatlara görə məsuliyyətin bilavasitə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü və Azərbaycan tərəfindən cavab tədbirlərinin görüldüyünü diqqətə çatdırdı.
Həmçinin telefon danışığı əsnasında regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunmasının, sülh gündəliyinin davam etdirilməsinin vacibliyi vurğulandı.
Dövlətimizin başçısı Fransanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasının gündəliyinə Ermənistanla Azərbaycan arasında sərhəddə yaranmış gərginlik məsələsinin çıxarılacağına toxunaraq, bu müstəvidə müzakirələrin obyektiv əsaslarla aparılmasının vacibliyini bir daha diqqətə çatdırdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.07.2026 [12:37]
Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul başlayır
- 02.07.2026 [10:59]
İtkin düşmüş şəxslərlə bağlı yeni rəqəmsal platforma istifadəyə verilib
- 02.07.2026 [10:18]
Prezident İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib VİDEO
- 02.07.2026 [10:00]
Polisin sabahını formalaşdıran məkan - POLİS AKADEMİYASINDAN REPORTAJ VİDEO
- 02.07.2026 [09:09]
Avropa Komissiyasının Prezidentinin Azərbaycana səfəri başa çatıb
- 02.07.2026 [09:00]