REGİONLAR
Qurban bayramı ilə əlaqədar Qazaxda heyvan kəsimi məntəqəsi yaradılıb
Qazax, 21 avqust, Rauf Hacıyev, AZƏRTAC
Qurban bayramı ilə əlaqədar Qazaxda əhalinin öz qurbanlarını rahat şəkildə kəsmələri üçün rayonda heyvan kəsimi məntəqəsi yaradılıb.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbiri bildirilib ki, bu məqsədlə Qazax rayon bələdiyyəsi tərəfindən lazımi tədbirlər həyata keçirilib.
Məlumat verilib ki, Qazax şəhərində Əliağa Şıxlinski küçəsində yerləşən Təzə Bazarda xüsusi heyvan kəsimi məntəqəsi təşkil olunub. Bütün baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verən hər cür şərait yaradılıb.
Avqustun 22-23-də keçiriləcək Qurban bayramı günlərində rayon əhalisinə məhz, həmin kəsim məntəqəsinin xidmətlərindən istifadə etmələri tövsiyə olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]