CƏMİYYƏT


Quşçuluq sahəsi ilə əlaqədar yeni maarifləndirici videoçarx hazırlanıb

Bakı, 29 noyabr, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində sahibkarların və istehlakçıların maarifləndirilməsi, eyni zamanda qida zəncirinin bütün mərhələlərində iştirak edən tərəflərin üzərinə düşən məsuliyyət və öhdəliklərinin diqqətə çatdırılması üçün yeni videoçarx hazırlayıb.

Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, yeni videoçarx son günlər geniş müzakirə mövzusuna çevrilən quşçuluq sahəsi ilə bağlıdır. Quşçuluq sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qida təhlükəsizliyi qeydiyyatından keçməsinin vacibliyi vurğulanan maarifləndirici videoçarxda idxal olunan yem və yem məhsulları üzrə mövcud qanunvericiliyin tələbləri, istehsal şəraitində heyvan sağlamlığına riayət olunması, quşçuluq məhsulların mövcud standartları və keyfiyyət göstəriciləri öz əksini tapıb.

Agentlikdən qida təhlükəsizliyi ilə bağlı əhalinin maarifləndirilməsi sahəsində “Qaraqaşlı Broyler” ASC-nin fəal iştirak etdiyini də bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.