Riyaziyyat və Mexanika İnstitutunun magistrantları bu gün imtahan veriblər
Bakı, 21 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun magistrantları bu gün imtahan veriblər.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, riyazi analiz, diferensial tənliklər, maye, qaz və plazma mexanikası, deformasiya olunan bərk cisim mexanikası ixtisasları üzrə magistr pilləsində təhsil alan I kurs tələbələri üçün harmonik analizin müasir problemləri, xüsusi törəməli tənliklər üçün koşi və sərhəd məsələsi, örtüklər nəzəriyyəsi fənlərindən, II kurs tələbələri üçün funksiyaların banax fəzaları, daxiletmə teoremləri və onların tətbiqləri, neft və qaz mexanikasının əsas məsələləri fənlərindən imtahanlar keçirilib.
İnstitutda imtahanların keçirilməsi üçün bütün lazımi şərait yaradılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.05.2026 [18:09]
XVI əsrdə dinlərarası dialoq və dini vəhdət təcrübəsi: “Din-i İlahi”
- 14.05.2026 [17:51]
Cənubi Xəzər hövzəsində neft yataqları ilə bağlı araşdırma aparılıb
- 14.05.2026 [17:08]
“Məktəb ictimai müzakirədə” - dialoq mühiti genişləndirilir
- 14.05.2026 [16:46]
Azərbaycanda proqram mühəndisliyi sahəsində elmi fəaliyyət genişlənir
- 14.05.2026 [16:37]