CƏMİYYƏT


SAMTSXE-CAVAXETİ BÖLGƏSİNDƏ VƏZİYYƏT GƏRGİNLƏŞMİŞDİR

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Gürcüstanın əsasən ermənilər yaşayan Samtsxe-Cavaxeti bölgəsində vəziyyət yenidən gərginləşmişdir. Martın 12-də ermənilər Tbilisi Dövlət Universitetinin Axalkalaki rayon mərkəzindəki Mesxeti filialının binasına soxulmuş, burada ancaq yerli gənclərin təhsil alması tələbini irəli sürmüşlər. Ermənilər filialda digər bölgələrdən olan gənclərin təhsil almasının əleyhinə çıxır, bundan bölgədə gürcü əhalinin sayının artırılması məqsədi güdüldüyünü iddia edirlər.

Həmin gün ermənilər məhkəmə binasına da soxulmuşlar. Bununla da onlar erməni hakimlərin işdən çıxarılmasına etirazlarını bildirmişlər. Aksiya iştirakçıları bölgəyə milli muxtariyyat verilməsini bir daha tələb etmişlər.

Xalq müdafiəçisi Sozar Subari bu hərəkəti sivil normalara sığmayan əməllər adlandırmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.