Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Şamaxı şəhərinin içməli su təchizatı layihəsinin açılışı olub VİDEO

Şamaxı, 2 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Şamaxı şəhərinin içməli su təchizatı layihəsinin açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov dövlətimizin başçısına “Şamaxı şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi üzrə görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, layihə Azərbaycan Hökuməti və Dünya Bankının birgə maliyyələşdirdiyi “Milli su təchizatı və kanalizasiya xidmətləri layihəsi” çərçivəsində həyata keçirilib. Bu layihə 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Şamaxı şəhərində 41 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Layihənin icrasına 2010-cu ildə başlanılıb. Birinci mərhələdə Şamaxı şəhərini keyfiyyətli və dayanıqlı su ilə təmin etmək üçün Pirsaatçayın məcrasında məhsuldarlığı saniyədə 120 litr olan drenaj tipli suqəbuledici qurğu, xlorlaşdırma binası, həcmi min kubmetr olan iki su anbarı, bir su nasos stansiyası tikilib. Su mənbəyindən anbarlara qədər 3,4 kilometr magistral kəmər çəkilib. Bu mərhələ üzrə işlər 2011-ci ildə yekunlaşıb.

Layihənin 2012-ci ildə başlanan ikinci mərhələsində ümumi tutumu 7 min kubmetr olan 4 anbar inşa edilib. Şəhərdə 8,9 kilometr uzunluğunda magistral su kəməri, 134 kilometrlik içməli su şəbəkəsi yaradılıb. Layihədə nəzərdə tutulan 8300 ünvana birləşmə verilib və sayğaclar quraşdırılıb. Bununla da abonentlərə yeni şəbəkə vasitəsilə suyun verilməsi təmin edilib.

Qeyd edildi ki, layihəyə uyğun olaraq Şamaxı şəhərində 130 kilometr uzunluğunda kanalizasiya şəbəkəsinin və baxış quyularının inşası yekunlaşıb. Şəhərdə yaranan tullantı sularının toplanıb təmizləyici qurğuya ötürülməsi üçün kanalizasiya nasos stansiyası inşa edilib, 11 kilometr uzunluğunda kanalizasiya kollektoru tikilib.

Layihənin sonuncu mərhələsində isə məhsuldarlığı sutkada 10 min kubmetr olan bioloji tipli tullantı sutəmizləyici qurğu inşa edilərək istismara verilib. Qurğunun inşası və bütövlükdə layihə Şamaxı şəhərində əhalinin artımı, sənayenin və turizmin inkişafı perspektivi nəzərə alınmaqla həyata keçirilib. Bundan başqa, layihə çərçivəsində Şamaxı Su-Kanal İdarəsi üçün yeni inzibati bina da inşa edilib. İkimərtəbəli binada işçilərin fəaliyyəti və müştərilərin qəbulu üçün yüksək şərait yaradılıb. Ərazidə abadlıq və yaşıllaşdırma işləri aparılıb.

Bildirildi ki, perspektivdə Şamaxı şəhərinin böyüməsi, turizmin inkişafı nəzərə alınaraq şəhərin sabit və etibarlı su təchizatının aparılması üçün alternativ su mənbəyinin yaradılması da nəzərə alınıb. Bu məqsədlə artıq Ağsuçayın məcrasında suqəbuledici qurğunun, nasos stansiyasının və buradan Şamaxı şəhərinə qədər 22 kilometr uzunluğunda magistral kəmərin inşasına başlanılıb. Yeni mənbədən magistral kəmər boyunca yerləşən kəndlərə suyun verilməsi də nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan Hökuməti və Dünya Bankının birgə maliyyələşdirdiyi “Milli su təchizatı və kanalizasiya xidmətləri layihəsi” çərçivəsində Şamaxı şəhəri ilə yanaşı, Qəbələ, Sabirabad və Saatlı şəhərlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması da nəzərdə tutulub. Sabirabad və Saatlı şəhərlərində su təchizatı sistemlərinin tikintisi başa çatıb, bu şəhərlərə magistral su kəmərindən suyun verilməsi təmin edilib. Qəbələ şəhərində su mənbəyində işlər tam yekunlaşıb, içməli su və kanalizasiya şəbəkələrinin, həmçinin tullantı sutəmizləyici qurğunun inşası davam etdirilir. Ümumilikdə, Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq 45 şəhər və rayon mərkəzində içməli su təchizatı və kanalizasiya layihələri icra olunur. İndiyədək bu şəhərlərin 21-də su və kanalizasiya şəbəkələrinin, 8-də isə su şəbəkəsinin inşası yekunlaşıb.

Prezident İlham Əliyev Şamaxı şəhərinə içməli suyun verilməsini bildirən düyməni basdı.

Sonda xatirə şəkli çəkdirildi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müəlliflə əlaqə

VİDEO

Şamaxı şəhərinin içməli su təchizatı layihəsinin açılışı olub VİDEO

“Bu, Fransa cəmiyyətinin sağalmaz Azərbaycanofobiya, islamofobiya və irqçilik mərəzinə tutulduğunu nümayiş etdirir” - AÇIQLAMA

Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun adı dəyişdirilir

Qax Dövlət Kukla Teatrında yeni tamaşanın məşqlərinə başlanılıb

Akademik Adil Qəribovun monoqrafiyası Rusiyada nəşr olunub

MM Azərbaycan və Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlıq Sazişini təsdiqləyib

Şamaxıda UEFA-nın dəstəyi ilə keçirilən futbol festivalına yekun vurulub

“İnvestisiya səyahəti” layihəsi çərçivəsində Şəmkirdə sahibkarlarla görüş olub

Paytaxt sənayesində qeyri-dövlət sektorunun payı 87,2 faiz olub

Ötən ay İnsan Resursları Mərkəzinə 9767 müraciət daxil olub

Açıq şəkildə satılan turşular hansı hallarda təhlükəli ola bilər? REPORTAJ

İsrailli yazıçı və tarixçi Yuval Noah Harari Bakıda oxucularla görüşüb

Türkiyə Ukraynaya “Bayraktar Akıncı” PUA-ları tədarük edə bilər

Gənc müəllimlərlə adaptasiya proqramına başlanılır

Premyer Liqa: Zirvədə ikihakimiyyətlilik, “Qəbələ”ni son pillədən xilas edən qələbə - ŞƏRH

NASA Administratorunun müavini ADU-nun tələbələri ilə görüşüb

Məktəb psixoloqlarının metodik toplantısı keçirilib

Zəngilan özünün yenidən qurulma və çiçəklənmə dövrünü yaşayır – RƏY

İşğaldan azad edilmiş ərazilərdə radioaktiv sahələr və radon qazı ilə bağlı aparılan tədqiqatlar təqdim olunub

Bakıda Rusiya ali məktəblərinin təhsil sərgisi keçirilib

“Bakı Təşəbbüs Qrupu”nun BMT-də təşkil etdiyi müzakirələr dünya mediasında böyük rezonans doğurub

Xankəndi və Qarabağın yeni azad edilmiş ərazilərində xüsusi təyinatlı rabitə şəbəkəsi fəaliyyətə başlayıb

AQTA qeydiyyatdan keçməyən daşınma şirkətləri ilə bağlı xəbərdarlıq edir

BMT-nin missiyasının 30 ildən sonra Azərbaycanın Qarabağ bölgəsinə gəlməsi müsbət haldır - RƏY

Paytaxt üzrə 21 min 639 uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub

® Veysəloğlu Şirkətlər Qrupu regional fəaliyyətini genişləndirir

Aqrar Sığorta Fondu ilə TARSİM arasında əməkdaşlıq genişləndirilir

Vətən müharibəsinin xronikası: 2 oktyabr

Özbəkistanda beynəlxalq film festivalı çərçivəsində Azərbaycan kinosu günü

Prezident İlham Əliyev Astronavtika Konqresində Azərbaycanın inkişaf göstəriciləri barədə bəzi rəqəmləri açıqlayıb

Audiovizual Şuranın Aparat rəhbəri: Təhlükəsizlik məsələləri ilə bağlı koordinasiyalı iş aparılmalıdır

Rəşad Sadıqov Azərbaycan çempionatlarında yubiley oyununu keçirib

Nazir müavini: Son zamanlar virtual məkanda ziyanlı amillərin təbliğatının sürətlə artması ciddi narahatlıq doğurur

Xırdalanda dövlət dəstəyi ilə yeni məktəbəqədər təhsil müəssisəsi fəaliyyətə başlayıb

Azərbaycan Prezidenti: Bu gün Cənubi Qafqazda sülh dövrünə qədəm qoya bilərik

“Aztelekom” Xankəndi və Xocalıda genişzolaqlı internet şəbəkəsi qurur

Bahar Muradova: Uşaqların zorakılıq hallarından müdafiə edilməsi diqqətdə saxlanılır

Daşkəsəndə yerli sakinlərlə növbəti görüş keçirilib

Prezident İlham Əliyev: Biz şəhidlər verərək BMT-nin qətnamələrinin icrasını təmin etdik VİDEO

Milli Məclisin sədri: Ermənistanla Azərbaycan arasında sülh sazişinin perspektivi indi realdır

Yeni təyin olunan məktəb direktorları ilə görüş keçirilib

Azərbaycanlı tələbələr beynəlxalq film festivalında qalib olublar

Misirdə polis məntəqəsində yanğın zamanı 38 nəfər xəsarət alıb

Bakı Konqres Mərkəzində 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimi keçirilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər YENİLƏNİB-3

İndoneziyalı professor AzMİU-da mühazirə oxuyub

Prezident: Azərbaycan etibarlı təchizatçı olaraq beynəlxalq bazarlara enerji nəql edir

Milli Dram Teatrı oktyabr repertuarını açıqlayıb

Azərbaycanlı voleybolçu Macarıstan klubuna kubok qazandırıb

Tərtərdə pambıq yığımına başlanılıb

Prezident İlham Əliyev: Bizim təbii sərvətlərimiz Azərbaycan xalqının mənafeyi naminə istifadə edilib

“Yeni klinika”da ahıl şəxslərin müayinəsi təşkil olunub

Şahmar Mövsümov: Şəhər mərkəzlərinin yaradılması dayanıqlı, davamlı inkişaf məqsədlərinə nail olmaqda əsasdır

Premyer Liqa: “Qarabağ” “Neftçi”nin rekordunu təkrarlayıb

Prezident: Azərbaycanın əsrlər boyu çoxmillətli, çoxdinli, çoxkonfessiyalı cəmiyyəti olub

Oktyabrın 2-si Beynəlxalq Həkimlər Günüdür

Dələduzluqla vətəndaşların 20 min manata yaxın pulunu mənimsəyən şəxs saxlanılıb VİDEO

“Araz-Naxçıvan” Azərbaycan Premyer Liqasında yubiley oyununu keçirib

Azərbaycanda rəhbər vəzifələrdə çalışan qadın prokurorların sayı açıqlanıb

Azərbaycan Prezidenti: Avropa İnstitutları ilə əməkdaşlığımız uğurla inkişaf edir

Anar Quliyev: Azərbaycanda 56 şəhərin yeni baş planları işlənib

Milli Məclisin payız sessiyasında ilk plenar iclası keçirilir

Prezident: Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uzadılması ölkəmizə geniş beynəlxalq dəstəyin təzahürüdür

“Yuğ” Teatrının yaradıcı heyəti Qazaxıstanda festivalda çıxış edəcək

“Hekken”in hücumçusu: Bizi “Qarabağ”la vacib oyun gözləyir

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Qırğızıstanın iştirakı ilə birgə layihələr həyata keçirir

Prezident İlham Əliyev: 74-cü Beynəlxalq Astronavtika Konqresi Azərbaycanda kosmos sənayesinin və aparıcı texnologiyaların inkişafına töhfə verəcək

Kolleclərin boş qalan yerlərinə qəbul olmaq üçün 1065 nəfər ixtisas seçimi edib

Prezident İlham Əliyev: Azərbaycanda kosmik sahəni inkişaf etdirməyə davam edirik

FHN: Ötən sutka ərzində 21 halda yanğına çıxış və 2 nəfər xilas edilib

BMT-nin Baş katibi: Dayanıqlı urbanizasiyanı dəstəkləyirik

Daşkənddə Ümummilli Lider Heydər Əliyevin 100-illik yubileyinə həsr edilmiş Özbəkistan-Azərbaycan səhiyyə dekadası keçirilir

Ərzaq təhlükəsizliyi və kənd təsərrüfatı üzrə İƏT-in 9-cu Nazirlər Konfransına hazırlıq iclası keçirilir

Gəncədə Strateji Ekoloji Qiymətləndirmə üzrə məlumatlılığın artırılması məqsədilə maarifləndirmə tədbirləri keçirilib

Muzey Mərkəzində sərgi – “Yurduma sülh”

Baş prokuror: Qərbi Azərbaycanda azərbaycanlılara qarşı cinayət törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsi üçün zəruri tədbirlər görülür - MÜSAHİBƏ

Adı dəyişdirilən basketbol komandasının ev oyunlarını keçirəcəyi məkan dəqiqləşib

Gənc Tamaşaçılar Teatrı ölkəmizi beynəlxalq festivalında təmsil edir

Azərbaycanın futzal millisinin Qazaxıstanla oyunlar üçün heyəti bəlli olub

II Milli Qurama Festivalı Şəkidə

“Sabah” basketbol klubu FIBA Avropa Kubokunda mübarizəyə başlayır

Ahıllara qayğı göstərilməsi ölkəmizdə aparılan sosial siyasətin mühüm tərkib hissəsidir

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Qırğızıstanda gələcək əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıb

“Türk dünyasının mümtaz oğlu Salman Mümtaz” kitabı Bişkekdə nəşr edilib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 7 iyun tarixli 255 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

1993-cü il 3 oktyabr - müstəqilliyin və davamlı inkişafın təməlinin qoyulduğu gün

ICESCO-nun Baş direktoru: Bakı Konqresi Azərbaycan və digər iştirakçı ölkələr üçün irəliyə doğru atılmış böyük addımdır

Baş prokuror: Vaqif Xaçaturyan barəsində cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq Bakı Hərbi Məhkəməsinə göndərilib

Zaqatalada fermerlərin müraciətləri dinləniləcək

Azərbaycan ərazi bütövlüyünü tam bərpa etməklə, bölgədə davamlı sülhün yolunu açmışdır – Bəyanat

Bakının 50 ildən sonra Astronavtika Konqresinə yenidən ev sahibliyi etməsi böyük rəmzi məna daşıyır

Lənkəran sakininin evindən 8 kiloqramdan artıq heroin aşkarlanıb

Paytaxtın bir sıra yollarında sıxlıq müşahidə edilir

Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresi başlayır

Bu gündən “Nobel həftəsi” başlayır

TEKNOFEST-2023 başa çatıb, bu il festivalı 4,6 milyon insan ziyarət edib

İlon Mask Castin Trüdonu Kanadada söz azadlığını pozmağa çalışmaqda ittiham edib

Meksikada kilsənin damının uçması nəticəsində ölənlərin sayı 7-yə çatıb YENİLƏNİB

Rusiyada işlənmiş avtomobillərin qiyməti 40 faizə yaxın artıb

Yaponiyada ərzaq məhsullarındakı qiymət artımı 2022-ci ilin səviyyəsini ötüb

Tramp yenidən seçiləcəyi təqdirdə, ABŞ qoşunlarını bir neçə ölkədən çıxaracağına söz verib

İspaniya La Liqası: “Atletiko Madrid” çətin qələbə qazanaraq liderlərə yaxınlaşıb