İDMAN


Savatçılarımız Tbilisidəki beynəlxalq turnirdə medallar qazanıb

Bakı, 22 aprel, AZƏRTAC

Gürcüstanın paytaxtı Tbilisidə savat (Fransa boksu) üzrə beynəlxalq turnir keçirilib.

Azərbaycan Savat və Şaolin Döyüş Sənətləri Federasiyasından AZƏRTAC-a bildiriblər ki, turnirdə Gürcüstan, Azərbaycan, Qazaxıstan, İran və Ermənistan idmançıları iştirak edib.

Yarışda qızlar arasında 50 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Selcan Quluzadə bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Digər bir idmançımız Elmir Süleymanov da (48 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Böyüklər arasındakı mübarizədə isə Fuad Həsənəliyev və Kənan Bayramov bürünc və gümüş medallar qazanıblar.

Qeyd edək ki, yarışda milli komandamız Əməkdar məşqçi Taleh Nağızadənin rəhbərliyi altında mübarizə aparıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.