ELM VƏ TƏHSİL


“Səsli dərslik” layihəsinin təqdimatı olub

Bakı, 21 iyun, AZƏRTAC

Kəlbəcər rayon 19 nömrəli tam orta məktəbdə təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsində qalib gəlmiş “Səsli dərslik” layihəsinin təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə məktəb direktorunun təlim-tərbiyə işləri üzrə müavini Nofəl Şirinov rəhbəri olduğu layihə barədə məlumat verib. Bildirilib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulan strateji hədəflərdən biri xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili və sosial adaptasiyası üçün optimal inklüziv təhsil modellərinin tətbiq edilməsidir. “Səsli dərslik” layihəsinin də məqsədi altıncı sinif şagirdləri, eləcə də fiziki imkanları məhdud olan uşaqlar üçün İKT-dən istifadə etməklə ədəbiyyat fənni üzrə elektron resursların hazırlanmasıdır. N.Şirinov deyib: “Qarşıya qoyulan hədəflərə çatmaq üçün layihə çərçivəsində bir sıra işlərin görülməsi artıq planlaşdırılıb. Belə ki, altıncı siniflərə aid ədəbiyyat dərsliyindəki bədii mətnlər professional diktor və qiraətçilər tərəfindən studiya şəraitində səsləndiriləcək. Hazırlanan bütün resurslar hamı tərəfindən əlyetərli olması üçün sesliderslik.az saytında yerləşdiriləcək. Müasir texnologiyalar əsasında hazırlanacaq bu resurs görmə imkanları məhdud olan şagirdlər üçün ədəbiyyat dərsliyini əlyetərli edəcək. Layihə şagirdlərin səlis danışıq, natiqlik bacarıqlarını, yaradıcılıq qabiliyyətlərini inkişaf etdirəcək, zehni fəaliyyətlərini stimullaşdıracaq, tədris imkanlarını genişləndirəcək”.

İyunun 20-dən etibarən həyata keçiriləcək layihə noyabrın 20-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.