DÜNYA


Şri-Lankada silsilə partlayışlar nəticəsində 185 nəfər ölüb   YENİLƏNİB 2

Bakı, 21 aprel, AZƏRTAC

Şri-Lankada gün ərzində səkkizinci partlayış törədilib.

AZƏRTAC xəbər verir ki, bu barədə yerli polisə istinadən AFP məlumat yayıb.

Qeyd edək ki, paytaxt Kolombo və Neqombo şəhərindəki 3 kilsədə və 3 hoteldə törədilən partlayışlarda azı 185 nəfər ölüb. Yaralıların sayının isə 469-a çatdığı bildirilir.

İlk partlayış yerli vaxtla səhər 8:45-də Kolombo şəhərindəki "Müqəddəs Antoni" kilsəsində insanların Pasxa bayramını qeyd etdikləri vaxt baş verib. İkinci partlayış Neqombo şəhərindəki "Müqəddəs Sebastian" kilsəsində, üçüncü isə Battikaloa şəhərindəki kilsədə törədilib. Bundan başqa, beşulduzlu 3 hoteldə də partlayış olub.

Hələlik məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.

Polis dövlət qurumlarına və əhaliyə mümkün yeni partlayışlarla əlaqədar xəbərdarlıq edib. Orta məktəblərdə dərslər ikigünlük təxirə salınıb. Əhalinin sıx olduğu yerlərdə, o cümlədən hava limanlarında təhlükəsizlik tədbirləri gücləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.