MƏDƏNİYYƏT


Şuşa Dövlət Musiqili Dram Teatrı yeni səhnə əsəri hazırlayır

Bakı, 10 yanvar, AZƏRTAC

Nazirlər Kabinetinin “Xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə” müvafiq qərarı bütün mədəniyyət obyektləri kimi, Şuşa Dövlət Musiqili Dram Teatrında da yenidən böyük canlanmaya səbəb olub.

AZƏRTAC xəbər verir ki, ötən ilin oktyabr ayının 9–da özünün 148–ci teatr mövsümünə start verən sənət ocağı, həmin gün gündüz uşaqlar üçün Xanımana Əlibəylinin “Dovşanın ad günü” tamaşasının premyerası, axşam isə Altay Məmmədovun “Dəli Domrul” tamaşası ilə tamaşaçıların görüşünə gəlib. Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti–vəziri–xani–Lənkəran” və “Müsyö Jordan və dərviş Məstəli şah”, Cəlil Məmmədquluzadənin “Anamın kitabı”, Cəfər Cabbarlının “Solğun çiçəklər”, Altay Məmmədovun “Dəli Domrul”, Abdulla Şaiqin “Danışan gəlincik”, Şərq nağılları əsasında hazırlanmış “Əlibaba və qırx quldur”, Ağəddin Babayevin “Nağıllar aləmində”, o cümlədən 2020–ci ilin birinci rübündə hazırlanmış, lakin məhdudiyyətlər səbəbindən oynanılmamış Xanımana Əlibəylinin “Dovşanın ad günü” tamaşalarını, həmçinin ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə ithaf olunmuş Zəlimxan Yaqubun “Böyük ömrün dastanı” ədəbi–bədii kompozisiyasını bərpa edərək cari repertuarı formalaşdırmaqla yanaşı, yaradıcı heyət, İsgəndər Coşqunun “Çal–oyna” nağıl–tamaşasını və Prezident İlham Əliyevin əzmkarlığı, Azərbaycan ordusunun rəşadəti nəticəsində əldə olunan şanlı qələbəmizin birinci ildönümü ilə əlaqədar “Qarabağ – Azərbaycandır!” adlı konsert proqramını hazırlanaraq repertuara daxil edilib. Dövr ərzində kollektiv Şirvan şəhərində qastrol səfərində olub, bir sıra ali təhsil müəssisələrinin professor, müəllim və tələbə kollektivi ilə görüşlər keçirilib.

Hazırda Hüseyn Cavidin “Ana” tamaşasının son məşqləri gedir. Tamaşanın premyerası yanvar ayının 29–da olacaq. Tamaşa dahi ədibin anadan olmasının 140 illiyinə həsr olunur.

Şuşa Dövlət Musiqili Dram Teatrının kollektivi “Şuşa İli”ndə daha böyük uğurlara imza atılacağına böyük ümidlər bəsləyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.