Teymur Quliyev: Avropaya hidrogen ixrac etmək planımız var
Bakı, 17 mart, AZƏRTAC
Hazırda SOCAR yaşıl enerji ilə bağlı beynəlxalq konsaltinq şirkəti ilə əməkdaşlıq edir. Bu əməkdaşlığa az karbon emissiyası, istixana və qaz tullantılarının azaldılması və sair daxildir. Altı ay ərzində SOCAR öz hədəflərini müəyyənləşdirəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri SOCAR-ın nümayəndəsi Teymur Quliyev “Yaşıl hidrogen - dekarbonizasiyaya gedən yol” adlı seminarda deyib.
O bildirib ki, əsas məqsəd reytinqlərdəki hədəflərə uyğunlaşmaqdır: “Bununla paralel olaraq, SOCAR "Masdar", "ACWA Power", "BP" kimi şirkətlərlə korporativ müqavilələr imzalayıb. Yaşıl hidrogenlə bağlı Avropanın və ölkəmizin böyük ümidləri var. Bazar təhlilləri göstərir ki, onların hidrogen tələbləri artacaq. 2030-cu ilə qədər bu ehtiyacın 1,5 milyard ABŞ dollarına qədər artacağı gözlənilir. Buna görə də bizim Avropaya hidrogen ixrac etmək planımız var. Biz texniki aspekt yönündə beynəlxalq təcrübədən çox şey öyrənməyə hazırıq”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.06.2026 [11:50]
Alüminium qiymətləri 3 ayın minimumuna enib
- 23.06.2026 [11:46]
Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib
- 23.06.2026 [11:26]
® Silahlı Qüvvələrimiz üçün xüsusi kredit
- 23.06.2026 [10:14]
Dünya bazarında qızıl 65 dollar ucuzlaşıb VİDEO
- 23.06.2026 [10:13]
Dünya birjalarında neft ucuzlaşıb VİDEO
- 23.06.2026 [09:49]