CƏMİYYƏT


Təzəpir məscidində şəhidlərimizin xatirəsi yad edilib  YENİLƏNİB

Bakı, 4 dekabr, AZƏRTAC 

Dekabrın 4-də Təzəpir məscidində Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib. Şəhidlərin ruhuna dualar oxunub, namaz qılınıb.

AZƏRTAC xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev jurnalistlərə açıqlamasında bu gün Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsinin dərin ehtiramla yad edildiyini bildirib. O deyib ki, 30 il idi torpaqlarımız işğal altında idi. Azad edilmiş ərazilərimizdəki məscidlər bərpa olunacaq, həmin məscidlərdən azan səsləri eşidiləcək. Bu gün bir çox məscidlərdə, kilsələrdə, sinaqoqlarda şəhidlərimizin xatirəsi yad edilir. Müqəddəs Quranın buyurduğu kimi şəhidlər ölməzdir: “Allah-Təala onlara rəhmət eləsin, ruhları şad olsun! Müqəddəs Qurani-Kərimin “əl-Bəqərə” surəsində buyurulur ki, şəhidlərə ölü deməyin. Onlar ölü deyil, onlar diridirlər. Siz onların məqamını dərk edə bilmirsiniz. Onlar Allah yanında ruzi yeyirlər. Həqiqətən də şəhidlərimiz ölməzliyə qovuşublar, xalqla, millətlə yaşayırlar və yaşayacaqlar. Biz onlardan şəfaət, ruhlarından dualar istəyirik. Vətən uğrunda döyüşlərdə yaralanan qazilərimizə Allahdan şəfa diləyir, tezliklə sağ-salamat öz ailələrinə qayıtmalarını arzulayırıq. Allah Vətən keşiyində duran oğulları, ordumuzu, əsgərlərimizi qorusun. Onlar bu müzəffərliyə, Qələbəyə nail olublar. Əlbəttə ki, bu Zəfərin başında Ali Baş Komandan, Prezident İlham Əliyev dayanır. Allah onu və ailəsini qorusun! Onun bu günlərdə apardığı siyasət bizə böyük qürur verdi. Bu Qələbənin əldə olunmasında Prezident İlham Əliyevin rəhbərliyi danılmazdır. Şükürlər olsun ki, ordumuz, xalqımız, Ali Baş Komandanımız birlikdə Qələbə qazandı. Allah xalqımızı, millətimizi, dövlətimizi var eləsin!”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.