İDMAN


Türkiyə Superliqası: turun mərkəzi görüşündə hesab açılmayıb

Bakı, 7 oktyabr, AZƏRTAC

Oktyabrın 7-də futbol üzrə Türkiyə Superliqasının səkkizinci turunun mərkəzi görüşündə turnir cədvəlində son sıralarda qərarlaşan “Fənərbağça” öz meydanında üçüncü pillədəki “Başakşehir”lə qarşılaşıb.

AZƏRTAC xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən matçda hesab açılmayıb. Baş hakim Ali Palabıyık matçda komandaların futbolçularına, ümumilikdə, 9 sarı vərəqə göstərib.

Beləliklə, son 3 oyunda qələbə qazana bilməyən “Fənərbağça” ev oyununda vacib xallar itirib.

Qonaq komanda isə xallarının sayını 15-ə çatdırıb və eyni xala malik “Kasımpaşa”nı top fərqinə görə qabaqlayaraq ikinci sıraya yüksəlib.

Qeyd edək ki, ötən mövsüm “Ülker” stadionunda oynanılan qarşılaşmada “Başakşehir” 3:2 hesabı ilə qələbə qazanmışdı.

Bu gün keçirilən digər oyunlardan “Yeni Malatyaspor” - “Sivasspor” görüşü 4:4 hesabı ilə heç-heçə başa çatıb. Trabzonspor” isə səfərdə “Akhisarspor”u 3:1 hesabı ilə məğlub edib.

Hazırda “Qalatasaray” 18 xalla çempionatın vahid lideridir.

Tura “Konyaspor”-“Beşiktaş” matçı ilə yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.