ELM VƏ TƏHSİL


“UNEC-i tanı” layihəsi çərçivəsində abituriyentlərə dəstək göstərilir

Bakı, 12 iyul, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “UNEC-i tanı” layihəsi çərçivəsində II, III və IV ixtisas qrupu üzrə hazırlaşan abituriyentlərə dəstək göstərilir.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində abituriyentlərə tədris olunan ixtisaslar, fakültələr, UDİD, Minor proqramları, xüsusi təqaüd imkanları, xarici universitetlərlə ikili diplom və mübadilə proqramları, təhsil haqları, keçid balları və s. barədə ətraflı məlumat veriləcək. Eyni zamanda, onlara ixtisas seçimi, seçmək istədikləri ixtisasın üstünlükləri və gələcək karyera imkanları istiqamətində dəstək göstəriləcək.

II, III və IV ixtisas qrupu üzrə hazırlaşan abituriyentlər hər həftənin çərşənbə axşamı saat 10-dan 17-dək UNEC-in əsas tədris binasında (İstiqlaliyyət, 6) Abituriyent məlumat mərkəzinə yaxınlaşa bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.