Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ulu Öndərin elmə, təhsilə, alimlərə diqqət və qayğısı

Ulu Öndərin elmə, təhsilə, alimlərə diqqət və qayğısı

Bakı, 8 may, AZƏRTAC

1960-cı illərin sonlarından başlayaraq elmimizin və təhsilimizin təşəkkülü və inkişafı milli və dövlətçilik tariximizin ən görkəmli siması, müasir müstəqil Azərbaycanın banisi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Prezident İlham Əliyev Ulu Öndərin məqsədyönlü milli dövlətçilik, müstəqillik, elm, təhsil, mədəniyyət və iqtisadi siyasətini uğurla davam etdirir, elm adamlarına daim həssaslıqla yanaşır. Prezident İlham Əliyev elm, təhsil və mədəniyyətin, alim və müəllimlərin böyük himayədarı olmuş Ulu Öndərin Azərbaycanda elmin inkişafının dəstəklənməsi ilə bağlı uzaqgörənliklə verdiyi tövsiyələrini də bütün digər vəsiyyətləri kimi ardıcıl şəkildə həyata keçirməkdə israrlıdır.

Bu fikirlər akademik İradə Hüseynovanın “Ulu Öndərin elmə, təhsilə, alimlərə diqqət və qayğısı” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Bugünkü inkişaf edən müstəqil Azərbaycan dövlətinin elm siyasətinin əsasını Ulu Öndər 52 il bundan öncə ölkəyə rəhbərlik etməyə başlayarkən qoymuş, respublikada elmin bütün sahələrinin inkişaf etdirilməsini öz fəaliyyətinin əsas istiqamətlərindən biri elan etmişdi.

Alimlərə qayğı ilə yanaşması və onlara sıx bağlılığı ilə seçilən ulu öndər Heydər Əliyevin bir tədbirdə “şəxsən mən elm xadimlərinə həmişə böyük hörmətlə yanaşmışam… ona görə ki, elm adamları müstəsna adamlardır”, digər bir toplantıda “Milli Elmlər Akademiyası Azərbaycan xalqının milli sərvətidir. Onu qoruyub saxlamalıyıq,” - deməsi dahi şəxsiyyətin elm siyasətini yaxşı xarakterizə edir.

Böyük rəhbərlik bacarıqları, fitri istedadı, novatorluğu, yüksək intellekti və təşkilatçılığı ilə seçilən Ulu Öndər dövlətin idarə olunmasına, xarici və daxili siyasətə, iqtisadiyyat və sosial sahələrə aid bütün məsələlərin həllinə hər zaman elmi cəhətdən əsaslandırmaqla yanaşmağa üstünlük verirdi.

Ümummilli lider 1970-ci illərdə Azərbaycanı keçmiş SSRİ-nin ən sanballı elm mərkəzlərindən birinə çevirmək məqsədilə elmi-tədqiqat institutlarının, elmi işçilərin sayının artırılmasına çalışır və onlara qayğı göstərirdi. Əgər 1969-cu ildə Azərbaycanda 89 elmi-tədqiqat institutu, 12850 elmi işçi, o cümlədən 55 akademik və müxbir üzv, 329 elmlər doktoru və 3000 elmlər namizədi var idisə, 1980-ci illərin əvvəllərində 123 elmi idarə və 17 ali məktəbdə 22 min elmi əməkdaş, o cümlədən Azərbaycan SSR EA-nın 56 həqiqi və 71 müxbir üzvü, 900-dən çox elmlər doktoru və 8 mindən çox elmlər namizədi çalışırdı. Ümumilikdə 1970-1980-ci illərdə Azərbaycanda 258 elmlər doktoru, 2677 elmlər namizədi hazırlanmışdı.

1970-ci illərdə Ümummilli Liderin məqsədyönlü siyasəti nəticəsində qeyd etdiklərimlə yanaşı, elmin maddi-texniki bazası möhkəmlənib, Azərbaycan elmi ölkədə və dünyada tanıdılıb, tədqiqat işlərinin səviyyəsi yüksəlib, istiqamətləri genişləndirilib, elm adamları hərtərəfli qayğı ilə əhatə edilib. Ulu öndər Heydər Əliyev elmin inkişafına dövlət quruculuğunun ən mühüm bir tərkib hissəsi kimi baxırdı. Yeri gəlmişkən qeyd edim ki, bütün bunlar Ümummilli Liderin və onun layiqli davamçısı Prezident İlham Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdikləri dövrlərdə də dövlətin elm siyasətinin əsası olmuşdur. Azərbaycanda dövlət quruculuğu sahəsində qazanılmış nailiyyətlərinin bir səbəbi də məhz bu siyasət hesab oluna bilər.

Görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə elmin inkişafını ləngidən, onu geri çəkən neqativ halların da vaxtında aradan qaldırılması üçün bir sıra mühüm tədbirlərin həyata keçirilməsinin təşəbbüskarı və təşkilatçısı olub.

Ulu Öndərin hələ Azərbaycana rəhbərlik etdiyi ilk dövrlərdə Elmlər Akademiyası alimlərinin fəaliyyəti keçmiş SSRİ dövləti və dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilirdi. Azərbaycan Elmlər Akademiyasının aldığı ilk yüksək mükafat - “Xalqlar dostluğu” ordeni də Akademiyaya 1975-ci ildə Heydər Əliyevin özü tərəfindən təqdim edilmişdi. Bu dövrdə Elmlər Akademiyasının nailiyyətləri beynəlxalq miqyasda yüksək qiymətləndirilib, alimlərimiz beynəlxalq yarmarkalarda qızıl medallara, dövlət və hökumət mükafatlarına, o cümlədən 5 Lenin, 14 SSRİ Dövlət, onlarla Respublika Dövlət mükafatına layiq görülüb, bir neçə alim Sosialist Əməyi Qəhrəmanı adını alıb.

“Müəllim adı ən yüksək addır. Mən yer üzündə müəllimdən yüksək ad tanımıram”, - deyən ulu öndər Heydər Əliyev hər zaman müəllimlərə və alimlərlə eyni qayğı ilə yanaşıb, onların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı çoxsaylı fərman və sərəncamlar qəbul etmişdir. Bu yanaşma sayəsində 1970-ci illərdə 817 nəfər “Əməkdar müəllim” fəxri adına, 3 müəllim isə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb.

1970-80-ci illərdə Ulu Öndərin elm və təhsilə göstərdiyi diqqətin nəticəsi olaraq geniş diapazonda elmi kadr hazırlığının aparılması, ölkə üçün yeni elm sahələrinin yaranması, elmi istiqamətlərin modernləşdirilməsi respublikada elmin inkişafına çox ciddi təkan verdi. Ümummilli lider Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə 5 yeni ali təhsil müəssisəsi, onlarda kafedra, problem laboratoriyaları, yüzlərlə yeni ixtisaslar açılıb və ali təhsil alanların sayı 70 mindən 100 minə qədər artıb. 1982-ci ildə mövcud olan 21 ali təhsil müəssisəsində 136 fakültə və 530 kafedra fəaliyyət göstərirdi. Bu illərdə ali məktəblərdə təhsil alanların sayı 70 mindən 100 minə yüksəlmişdi.

Burada onu da qeyd etməyi lazım bilirəm ki, Azərbaycanın xilası naminə təkrar hakimiyyətə qayıtdıqdan sonra ali təhsil sisteminə daha da çox diqqət göstərməyə başlayan Ulu Öndərin müvafiq fərman və sərəncamları ilə ali təhsil müəssisələrinin maliyyə problemlərini həll etməyə imkan yaratmaq üçün ödənişli təhsil tətbiq olunmağa başlanılıb, təhsil institutlarına universitet statusu verilib.

Ulu öndər Heydər Əliyevin təşəbbüsü və himayəsi nəticəsində 1970-80-ci illərdə səksəndən yuxarı sahəni əhatə edən 250-dən çox ixtisas üzrə 15 mindən artıq azərbaycanlı gənc (1980-ci illərin əvvəllərindən başlayaraq ildə 1000-1400 nəfər) SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox nüfuzlu ali məktəbində təhsil almağa göndərilib, onlara güclü mütəxəssis kimi yetişmək üçün hər cür şərait yaradılıb.

Ulu Öndərin milli kadr potensialını gücləndirmək siyasətinin ən önəmli istiqamətlərindən biri milli hərbi kadrların hazırlanması hesab edilə bilər. Bu gün müstəqil Azərbaycan dövləti regionda ən güclü orduya malikdirsə, burada həmin uzaqgörən siyasətin böyük təsiri olub. Məlumdur ki, azərbaycanlı gənclərin keçmiş SSRİ-nin nüfuzlu ali hərbi məktəblərinə qəbul olunmasında bir sıra çətinliklər var idi. Bunlardan biri bütün imtahanların rus dilində verilməsinə olan tələb idisə, digərləri daha ciddi maneələri əhatə edirdi. Ümummilli lider Heydər Əliyev bu maneələri böyük səbir və müdrikliklə aşmağı bacarıb, hər il yüzlərlə gənci həmin təhsil ocaqlarına göndərə bilmişdi. Ulu Öndər bununla kifayətlənməyib, respublikada da hərbi orta və ali təhsil sisteminin yaradılmasına nail olub. Təkcə Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin Milli Orduya kadr hazırlığında xidmətlərini xatırlamaq kifayətdir ki, görülən işlərin miqyası təsəvvür edilə bilsin.

Yüksək səviyyəli mütəxəssis və alim hazırlığı ilə bağlı bir məsələyə də diqqət çəkməyi vacib bilirəm. Həmin dövrlərdə və sonrakı müstəqillik illərində biokimya, molekulyar biologiya, biofizika, biotexnologiya, kompüter biologiyası və s. kimi mühüm elmi istiqamətlərin təşəkkülü və inkişafında, müxtəlif elm sahələri üzrə savadlı mütəxəssislərin yaxın və uzaq xaricdə təhsil alaraq biologiya üzrə tədqiqatlara cəlb olunmasında akademik Cəlal Əliyevin də müstəsna xidmətləri olub. Həmin siyasətin nəticələri bu gün Azərbaycan elminə dünya səviyyəsində nüfuz qazandırmaqdadır.

1993-cü ildə Azərbaycan xalqının çağırışı ilə yenidən hakimiyyətə gələn görkəmli dövlət xadimi Heydər Əliyev ilk olaraq alimlərlə görüşüb, onların fikrini və mövqeyini öyrənib. Dahi rəhbər tərəfindən sonrakı dövrdə atılmış ardıcıl addımlar ziyalıya, alimə və elmə hörməti geri qaytara, həmçinin Elmlər Akademiyası ətrafında gedən söz-söhbətlərə də son qoydu. Ulu Öndər 1997-ci ildə Azərbaycan Elmlər Akademiyası rəhbərliyini və aparıcı alimlərin bir qrupunu qəbul edərək elm sahəsində islahatların aparılmasının vacibliyini təsdiqləmiş, Azərbaycanda elmin inkişaf strategiyasının əsas müddəalarını qəti olaraq müəyyənləşdirmişdi. Bu tədbirdə Ümummilli Liderin ortaya qoyduğu mövqe və cəmiyyətə verdiyi mesajlar elmimizin nüfuzunu yenidən artırıb, elmin ölkənin inkişafında rolu və mövqeyi möhkəmlənib.

Alimə, elm adamına qayğı göstərilməsi, alimlərin sosial müdafiəsi, onlar üçün layiqli həyat şəraitinin təmin olunması 1970-ci illərdə - ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk dördə olduğu kimi, müstəqillik illərində də Ulu Öndərin elm siyasətinin əsas prinsip və göstəricilərindən olmuşdur. Məhz Ulu Öndərin təşəbbüsü ilə 2002-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvlərinə aylıq rütbə maaşlarının verilməsinə başlanılıb. Minnətdarlıq hissi ilə qeyd etmək lazımdır ki, ötən illər ərzində AMEA əməkdaşlarının vəzifə maaşları da dəfələrlə artırılıb, onların sosial müdafiəsi üzrə əhəmiyyətli layihələr həyata keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev elmin hüquqi bazasının təkmilləşdirilməsi istiqamətində Ulu Öndərin apardığı siyasəti davam və daha da inkişaf etdirdi. 2016-cı il iyunun 14-də Azərbaycanda elmin inkişafı istiqamətində yeni perspektivlər açan “Elm haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsində yeni dəyişikliklər edildi.

Prezident İlham Əliyevin 2010-cu və 2015-ci illərdə AMEA-da alimlər qarşısında dərin məzmunlu, proqram xarakterli çıxışları, elmin inkişaf perspektivləri ilə bağlı dəyərli tövsiyələri Ulu Öndərin müdrikliklə müəyyən etdiyi və həyata keçirdiyi elm siyasətinin davamı baxımından səciyyəvi olmuşdur.

Bu gün dördüncü sənaye inqilabı ilə ayaqlaşmaq, iqtisadiyyatın dayanıqlılığını təmin etmək, biliklərə və elektronlaşdırmaya əsaslanan cəmiyyətin formalaşdırılması və insan kapitalına investisiyaların qoyuluşu yaxın perspektiv üçün Azərbaycanın dövlətçilik, eləcə də elm və təhsil siyasətinin başlıca strateji istiqamətlərindəndir. Ölkə rəhbəri İlham Əliyevin də dəfələrlə qeyd etdiyi kimi, bütün bunlar yüksəkixtisaslı insan resursları, yeni elmi yanaşmalar və çevik innovasiya fəallığı tələb edir və müasir dünyanın reallıqları Azərbaycan elmi qarşısında tamamilə yeni vəzifələr qoyur. Bu vəzifələrin səmərəli icrasını təmin etmək, o cümlədən pandemiyaya qarşı mübarizəyə, işğaldan azad edilmiş torpaqlarımızda tədqiqatların aparılması ilə “Böyük Qayıdış”a gərəkli töhfələr verilməsində Azərbaycan elminin iştirakını təmin etmək üçün Azərbaycan Milli Elmlər Akademiyasında proqramlar hazırlanıb və bu proqramların səmərəli icrası istiqamətində alimlərimiz səylə çalışırlar.

Ulu Öndərin ruhu qarşısında layiqli hesabat vermək, onun vəsiyyətlərini yerinə yetirməkdə dövlətimizə dəstək olmaq üçün biz alimlər Azərbaycanın iqtisadi və hərbi qüdrətini, ekoloji və bioloji təhlükəsizliyini qorumaq və daha da möhkəmləndirmək istiqamətində bütün imkanlarımızı səfərbərliyə almalıyıq, elmimizin səviyyəsini artırmalı, onun dünyaya inteqrasiyasını gücləndirməliyik. İnanıram ki, ölkə Prezidentinin ətrafında daha sıx birləşərək, ən qısa zamanda bütün vəzifələrin öhdəsindən uğurla gələ biləcəyik.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nizami rayonunda qaz təchizatında fasilə yaranacaq

Bakının iki rayonunda elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ekspert: Süni intellekt kibertəhlükəsizlik mütəxəssislərinin rolunu dəyişir

Panamada 6,4 bal gücündə zəlzələ baş verib

Şimali Koreya taktiki ballistik raketi sınaqdan keçirib

Novak: Hörmüz boğazına görə qlobal bazara gündə 6-7 milyon barel neft çatdırılmır

Rubio və Miliband Böyük Britaniyada ABŞ aktivlərinin qorunmasını müzakirə ediblər

Daimi Nümayəndəlik: Azərbaycan 2032-ci ilədək bərpaolunan enerji gücünü 8 giqavata çatdırmağı planlaşdırır

“Əl-Nəsr” qalib gəlib, Ronaldo karyerasının 981-ci qolunu vurub

ABŞ Prezidenti Asiya səfəri zamanı Kim Çen Inla görüşə biləcəyini açıqlayıb

Tramp: Putin və Zelenski razılaşmaq istəyirlər, lakin bunu necə edəcəklərini bilmirlər

Bolqarıstan Qara dənizdə dron hücumlarının araşdırılması üçün NATO və Aİ-dən kömək istəyib

Husilər Ər-Riyad hava limanına raket zərbəsi endirdiklərini iddia ediblər

Hörmüz boğazında tanker atəşə tutulub

Füzulidə qadınların təşəbbüsü ilə yaradılan cücə-inkubator sexinin açılışı olub

Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb VİDEO

Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır

Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib

Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Pərviz Şahbazov: Neft bazarının sabitliyi üçün resursların təhlükəsiz çatdırılması mühümdür

Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb

Paris Siyasi Elmlər İnstitutunun tələbələri Azərbaycanın xarici siyasəti barədə məlumatlandırılıb

Böyük Britaniya və Avropa İttifaqı arasında keçiriləcək sammitin tarixi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Qəbələyə səfər edənlərin sayında 17,3 faizlik artım qeydə alınıb

ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Estoniya 2035-ci ilədək müddətli hərbi xidmətə çağırılan qadınların sayını dörd dəfə artıracaq

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub

İlham Zəkiyev Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının mükafatına layiq görülüb

Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub

AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar

“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO