ELM VƏ TƏHSİL


Vakant direktor vəzifələrinə yerləşdirmə başlanır

Bakı, 5 fevral, AZƏRTAC

Dövlət ümumi təhsil müəssisələrində vakant direktor vəzifələrinin tutulması üçün müsabiqə keçirilib, onun test mərhələsində 1500-dək namizəd iştirak edib. Müsabiqə mərhələsini uğurla başa vurmuş 730 namizədlə müsahibələr 2018-ci il dekabrın 5-dən 2019-cu il yanvarın 26-dək keçirilib. Müsahibənin nəticələrinə əsasən, 228 nəfər namizəd ümumi təhsil müəssisəsinin direktoru vəzifəsinə təyin olunmaq hüququ qazanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin insan resursları şöbəsinin müdiri Eşqi Bağırov jurnalistlərə müsahibəsində deyib. O bildirib ki, hazırda Təhsil Nazirliyi tərəfindən müsabiqənin yekun – yerləşdirmə mərhələsi reallaşdırılır. Müsahibədə uğur qazanan namizədlər fevralın 6-dan etibarən nazirliyə dəvət olunacaq və onlara müvafiq vakant yerlər təklif ediləcək. Vakant yerlər namizədlərə onların bilik və bacarıqlarına uyğun təklif olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.