Vergilər nazirinin müavinləri İmişli və Ağsuda vətəndaşları qəbul edəcək
Bakı, 10 iyun, AZƏRTAC
İyunun 14-də Vergilər nazirinin müavini Sahib Ələkbərov İmişli rayonunda yerləşən Vergiödəyicilərinə xidmət mərkəzində (ünvan: İmişli şəhəri, 20 Yanvar küçəsi) İmişli, Ağcabədi, Beyləqan, Xocavənd, Füzuli və Laçın rayonlarından olan vətəndaşları qəbul edəcək.
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, Vergilər nazirinin müavini Mətin Eynullayev isə həmin gün Ağsu rayonundakı Vergiödəyicilərinə xidmət mərkəzində (Ünvan: Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsi) Ağsu, Şamaxı və Qobustan rayonlarından olan vətəndaşları qəbul edəcək. Qəbula gəlmək istəyən vətəndaşlar iyunun 11-13-dək Beyləqan rayonunda 8 saylı Ərazi Vergilər İdarəsinə, Şamaxı rayonunda 4 saylı Ərazi Vergilər İdarəsinə, habelə İmişli, Ağcabədi, Ağsu və Qobustan rayon vergiödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin 195-1 Çağrı mərkəzinə zəng etməklə və ya nazirliyin [email protected] elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən qaldırmaq istədikləri məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.02.2026 [19:39]
Şərurun dağlıq ərazisində biotexniki tədbir keçirilib
- 04.02.2026 [18:28]
Şimal bölgəsindən 447 şagird RFO-nun yarımfinal mərhələsinə vəsiqə qazanıb
- 04.02.2026 [17:09]
WUF13-ün Bakıda keçirilməsi Azərbaycana etimadın göstəricisidir
- 04.02.2026 [17:08]
Polis Ağsuda kiberdələduzluq mövzusunda maarifləndirmə tədbirləri keçirib
- 04.02.2026 [16:56]
Salyanda narkomaniya ilə bağlı maarifləndirici tədbir keçirilib
- 04.02.2026 [16:29]