MƏDƏNİYYƏT


“XARI BÜLBÜLLƏR” FİLMİ MACARISTANDA GÖSTƏRİLƏCƏK

“Xarı bülbüllər” bədii-musiqili filmi cari ilin sentyabr ayında Macarıstanda keçiriləcək film festivalında nümayış etdiriləcəkdir.

Filmin ssenari müəllifi və quruluşçu rejissoru Arif Qazıyev AZƏRTAC-ın müxbirinə demişdir ki, Qarabağda məşhur olan uşaqların -“Xarı bülbüllər”in həyatı, erməni təcavüzü nəticəsində öz yurdundan köçkün düşəndən sonrakı taleyindən, xan qızı Natəvanın (əməkdar artist Aygün Kazımova) və fransız yazıçısı Aleksandr Dümanın (Belçika vətəndaşı, müğənni və aktyor Yusif Hadi) dostluğundan bəhs edən filmi ölkəmizin hüdudlarından kənarda tanıtmağa başlamışıq. Bu məqsədlə filmi rus, ingilis, ərəb, yapon, alman dillərinə tərcümə etdirmək fikrindəyik. Artıq filmin rus dilinə tərcüməsi başa çatır və sentyabr ayında Macarıstanda nümayiş etdiriləcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.