Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Xalqa bağışlanmış ömürdən anlar: 1994-cü ilin sentyabrı

Bakı, 7 dekabr, AZƏRTAC

AZƏRTAC müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

X X X

3 sentyabr. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev ABŞ Prezidentinin şəxsi nümayəndəsi Madlen Olbraytla görüşdü.

4-7 sentyabr. BMT-nin “Dünya əhalisi və inkişaf” mövzusunda beynəlxalq konfransda iştirak etmək üçün Misirdə səfərdə oldu.

8-9 sentyabr. Moskvada MDB ölkələrinin dövlət və hökumət başçılarının görüşündə iştirak etdi.

10 sentyabr. Türkiyənin xarici işlər nazirini qəbul etdi.

11 sentyabr. Qərb şirkətləri ilə Xəzər dənizində neft yataqlarının birgə işlənməsinə dair danışıqların gedişinə həsr olunmuş müşavirə keçirdi.

14 sentyabr. Respublikanın ali məktəblərinə qəbul olmuş I kurs tələbələri ilə görüşdü.

15 sentyabr. Görkəmli neftçi Qurban Abbasovla vida mərasimində iştirak etdi.

16 sentyabr. Neft müqaviləsinin imzalanması ərəfəsində brifinq keçirdi.

18 sentyabr. Maestro Niyazinin ev-muzeyinin açılış mərasimində çıxış etdi.

19 sentyabr. Beynəlxalq İslam İnkişaf Bankının prezidentini qəbul etdi.

20 sentyabr. Xəzər dənizinin şelfində neft yataqlarının birgə işlənməsi haqqında Azərbaycan Dövlət Neft Şirkəti ilə bir qrup xarici şirkət arasında “Əsrin müqaviləsi” imzalandı.

22 sentyabr. Kənd təsərrüfatı işlərinin gedişinə həsr olunmuş müşavirə keçirdi.

23 sentyabr. Britaniya telekanallarına müsahibə verdi.

25-30 sentyabr. ABŞ-da səfərdə oldu, BMT Baş Məclisinin 49-cu sessiyasında iştirak etdi.

X X X

Dövlət müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan 1994-cü ildə bir tərəfdən Ermənistanla müharibə şəraitində idi, digər tərəfdən isə ölkə iqtisadiyyatı dərin böhran keçirirdi, dövlət xəzinəsi boşalmışdı. Yeganə çıxış yolu ölkəyə xarici sərmayənin cəlb olunması idi. Belə bir vəziyyətdə xarici neft şirkətlərini inandırmaq, onları Azərbaycana cəlb etmək böyük müdriklik, bacarıq və siyasi təcrübə tələb edirdi. Ulu öndər Heydər Əliyevin şəxsi nüfuzu, ona olan inam nəhəng neft şirkətlərinin tərəddüdlərinə son qoydu. O zaman üçün çox riskli bir yer hesab olunan Azərbaycana böyük sərmayə cəlb edən “Əsrin müqaviləsi”nin imzalanması, doğrudan da tarixi nailiyyətdir. Məhz bu müqavilənin imzalanması ilə ölkəmizin gələcək inkişafının əsası qoyuldu.

1994-cü il sentyabrın 14-də “Xəzərin Azərbaycan sektorunda neft yataqlarının birgə işlənilməsi haqqında xarici neft şirkətləri konsorsiumu ilə danışıqların yekunları barəsində” Fərman imzalandı. Müqavilənin imzalanması ərəfəsində Heydər Əliyev brifinq keçirərək Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarından istifadə barədə fikirlərini bölüşdü: “Biz indi də, gələcəkdə də Azərbaycanın təbii sərvətlərindən, xüsusən, ən böyük təbii sərvətimiz olan neft yataqlarından çox ehtiyatlı, səriştəli istifadə olunmasına çalışmalıyıq. Çalışmalıyıq ki, bu sərvətlərdən Azərbaycan xalqının bu günü və gələcəyi üçün maksimum mənfəət götürək”.

Sentyabrın 20-də “Gülüstan” sarayında dünyanın 7 ölkəsinin məşhur neft şirkətləri (BP, “Statoil”, “Amoco”, “Itochu”, “ExxonMobil”, “LUKoil” və başqaları) ilə “Əsrin müqaviləsi” imzalandı.

Bu saziş ölkəmizin dünya xəritəsindəki mövqeyini möhkəmləndirdi. Azərbaycan artıq bütün dünyada neft ölkəsi olaraq tanınmağa başladı. Müqavilə digər sahələrdə çalışan şirkətlərin də ölkəmizə marağını artırdı.

Ulu Öndərin xarici siyasət kursunda Azərbaycanın ikitərəfli əlaqələrlə yanaşı, beynəlxalq təşkilatlarda təmsil olunması da mühüm yer tuturdu. 1994-cü ilin sentyabrında ABŞ-a səfər edən Heydər Əliyev Prezident Bill Klintonla, BMT-nin Baş katibi Butros Butros-Qali ilə görüşdü. BMT Baş Assambleyasının 49-cu sessiyasında çıxış edən dahi rəhbər bu mötəbər kürsüdən Azərbaycan həqiqətlərini, xüsusən Ermənistanın torpaqlarımızı işğal etməsi faktını bir daha dünya ictimaiyyətinə çatdırdı.

Heydər Əliyev səfər çərçivəsində, həmçinin bir çox ölkələrin xarici işlər nazirlərini qəbul etdi. Nyu-Yorkda Türkiyə və Azərbaycan icmasının nümayəndələri, habelə yəhudi təşkilatlarının rəhbərləri ilə görüşlər keçirdi, CNN telekanalına müsahibə verdi.

Beləliklə, Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ikinci dövrünün ilk illərindən başlayaraq atdığı addımlar, həyata keçirdiyi tədbirlər müstəqilliyimizin möhkəmlənməsini təmin edir, ölkəmizin beynəlxalq məkanda layiqli yer tutmasına imkan yaradırdı.

X X X

Heydər Əliyevin “Əsrin müqaviləsi”nin
imzalanması mərasimindəki çıxışından

• Azərbaycan Respublikası müstəqil dövlətdir. Azərbaycan xalqı öz təbii sərvətlərinin sahibidir. Bu sərvətlərdən necə istifadə edilməsini xalqımızın özü sərbəst surətdə müəyyənləşdirir. Neft yataqlarımızın müştərək işlənməsi haqqında Azərbaycan Dövlət Neft Şirkəti ilə xarici ölkələrin aparıcı neft şirkətləri arasında danışıqlar üç il ərzində məhz bu prinsiplər əsasında aparılmışdır.

• Açıq demək istəyirəm, müqavilədə Azərbaycan tərəfinin istək və arzularının heç də hamısı öz əksini tapmamışdır. Lakin biz başa düşürük ki, hər hansı bir müqavilə hər iki tərəfin mənafelərini təmin etməlidir. Qərb neft şirkətlərinin konsorsiumu öz mənafelərini təmin etməyə çalışmış, Azərbaycan Dövlət Neft Şirkəti isə Azərbaycan Respublikasının milli mənafelərini təmin etməyə səy göstərmişdir.

• Görülən böyük və gərgin işin nəticəsində, tərəflərin məsələyə yüksək məsuliyyətlə yanaşması nəticəsində, nəhayət, hər iki tərəfin mənafelərinə cavab verən layihə hazırlanmışdır. Ona görə də mən bu gün imzalanacaq müqaviləni Azərbaycan Respublikasının indisi və gələcəyi üçün iqtisadi baxımdan mənfəətli hesab edirəm və onun imzalanmasına qərar vermişəm.

• Biz müqaviləni imzalamaqla Azərbaycan Respublikası ilə dünyanın inkişaf etmiş dövlətləri, onların ən böyük şirkətləri arasında əlaqələr yaradır, Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına, azad bazar iqtisadiyyatına qoşulması üçün əsas yaradırıq. Biz bu müqaviləni imzalamaqla dünyaya bir daha nümayiş etdiririk ki, müstəqil Azərbaycan Respublikası demokratik və hüquqi dövlətdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib