Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xalqa bağışlanmış ömürdən anlar: 1999-cu ilin noyabrı

Bakı, 19 may, AZƏRTAC

AZƏRTAC müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

1-2 noyabr. Prezident Heydər Əliyev Türkiyədə işgüzar səfərdə oldu.

5 noyabr. Rusiyanın Azərbaycandakı səfiri Aleksandr Bloxin ilə görüşdü.

8 noyabr. ABŞ-ın Azərbaycandakı səfiri Stenli Eskuderonu qəbul etdi.

10 noyabr. Birləşmiş Ərəb Əmirliklərinin limanlar naziri Şeyx Səid bin zoid al-Nəhyan ilə görüşdü.

16 noyabr. Azərbaycandakı dini konfessiyaların başçıları ilə görüşdü.

17-20 noyabr. Türkiyədə səfərdə oldu. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə çıxış etdi. ATƏT-in İstanbul Zirvə görüşündə nitq söylədi.

22 noyabr. Görkəmli violonçel ifaçısı və dirijor Mstislav Rostropoviç ilə görüşdü.

24 noyabr. ATƏT-in İstanbul Zirvə görüşünün yekunlarına həsr olunmuş toplantıda nitq söylədi.

25 noyabr. Gürcüstanın dövlət naziri Vaja Lordkipanidzenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.

27-29 noyabr. Türkiyədə işgüzar səfərdə oldu.

30 noyabr. Ukrayna Prezidentinin andiçmə mərasimində iştirak etmək üçün Kiyevə səfər etdi. Ukrayna Azərbaycanlıları Konqresinin nümayəndə heyəti ilə görüşdü.

X X X

Prezident Heydər Əliyev 1999-cu ilin noyabrında Türkiyədə üç dəfə səfərdə oldu. Noyabrın 1-2-də qardaş ölkəyə işgüzar səfəri çərçivəsində Prezident Süleyman Dəmirəllə birlikdə zəlzələdən zərər çəkmiş Kocaeli şəhərinə getdi. Kocaeli Universitetində yeni dərs ilinin başlanması münasibətilə keçirilən tədbirdə nitq söyləyən Heydər Əliyev zəlzələnin Azərbaycan xalqını da sarsıtdığını dilə gətirdi: “17 avqust Türkiyə üçün, eyni zamanda, Azərbaycan üçün böyük bir fəlakət, faciə gətirdi. Həqiqətən, tarixdə az görünən zəlzələlərdən biri burada - Türkiyədə, Kocaelidə, İzmitdə, bu bölgədə baş verdi. Bu fəlakət, faciə türk xalqını nə qədər iztiraba saldısa, Azərbaycan xalqını da bir o qədər iztiraba saldı. Siz nə qədər dərdə, qəmə, qüssəyə qapandınızsa, o qədər də biz dərdə, qəmə, qüssəyə qapandıq. Çünki bizim xalqlarımız qardaşdır, dostdur, bir kökə, bir mədəniyyətə, bir dilə, bir dinə mənsub olan millətlərdir... Bizim xalqlarımızın dostluğu, qardaşlığı böyük sınaqlardan çıxıbdır, böyük tarixi yol keçibdir. Ancaq bu fəlakətlə əlaqədar son günlərdə Türkiyə və Azərbaycan xalqlarının, dövlətlərinin nə qədər yaxın, dost olduqları bir daha dünyaya nümayiş etdirildi”.

Xatırladaq ki, bu ilin fevralında Türkiyədə dağıdıcı zəlzələ baş verərkən qardaş ölkəyə ilk yardım edən Azərbaycan oldu. Prezident İlham Əliyev fevralın 6-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng vuraraq təbii fəlakətlə bağlı kədərini və dəstəyini ifadə etdi. Elə həmin gün dövlətimizin başçısının tapşırığı ilə 420 nəfərdən ibarət xilasedici heyət qardaş ölkəyə göndərildi. Sonrakı günlərdə Fövqəladə Hallar Nazirliyinin növbəti yardımları və xilasetmə qrupları yola salındı. Fevralın 25-də İstanbulda Azərbaycan və Türkiyə liderlərinin görüşü oldu. Prezident İlham Əliyevin təşəbbüsü ilə martın 15-də Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Ankarada fövqəladə Zirvə görüşü keçirildi. İki ölkənin liderlərinin bu görüşlərdə çıxışları Azərbaycanın və Türkiyənin həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olduğunu bir daha nümayiş etdirdi. Beləliklə, müstəqilliyin ilk illərində Heydər Əliyevin göstərdiyi aramsız səylər nəticəsində daim inkişaf edən Azərbaycan-Türkiyə münasibətləri bu gün özünün ən yüksək zirvəsindədir.

Heydər Əliyevin 1999-cu il noyabrın əvvəlində Türkiyəyə səfəri həm də ona Ankarada Beynəlxalq Atatürk Sülh mükafatının təqdim edilməsi ilə əlamətdar oldu. Bu münasibətlə keçirilən mərasimdə nitq söyləyən Ulu Öndər həmin mükafatın onun üçün xüsusən əziz olduğunu vurğuladı: “Mən 75 yaşımın 60 ili ərzində çalışmışam, işləmişəm. Keçmişdə Sovetlər Birliyinə xidmət etmişəm, son 8 ildə isə müstəqil Azərbaycana xidmət edirəm. Keçmişdə gördüyüm işlərə görə mən Sovetlər Birliyi kimi fövqəldövlətin ən yüksək mükafatlarını, nişanlarını almışam. Mən bir çox digər ölkələrin də mükafatlarını almışam. Ancaq Türkiyə Cümhuriyyətinin mükafatını, Türkiyə Cümhuriyyətinin banisi, böyük öndər Mustafa Kamal Atatürkün adını daşıyan mükafatı almaq və xüsusən sülh adını daşıyan mükafatı almaq mənim üçün böyük şərəfdir. Hesab edirəm ki, bu mükafat mənim indiyə qədər aldığım mükafatların hamısından yüksək, qiymətlidir”.

Mustafa Kamal Atatürkün türk xalqı, Türkiyə, eyni zamanda, Türk dünyası qarşısında böyük xidmətlərindən danışan Ulu Öndər Heydər Əliyev dedi: “Mustafa Kamal Atatürkün ən böyük nailiyyəti bir də ondan ibarətdir ki, onun qurduğu, yaratdığı və ömrünün sonuna qədər başçılıq etdiyi Türkiyə Cümhuriyyəti o, həyatdan gedəndən sonra 60 ildir yaşayır, inkişaf edir və onun vəsiyyətlərini həyata keçirir, işinə sadiqliyini göstərir, onun yolu ilə gedir. Mən hesab edirəm ki, Mustafa Kamal Atatürkün bəşəriyyət üçün böyük irsi, mirası vardır. Onlar çoxdur. Amma bunlardan ən qiymətlisi, ən əzizi onun qurub-yaratdığı və bu günə qədər yaşayan Türkiyə Cümhuriyyətidir”.

Yeri gəlmişkən qeyd edək ki, bu il 100 yaşı tamam olan Türkiyə Cümhuriyyəti özünün iqtisadi, hərbi, elmi potensialı ilə dünyanın qüdrətli, inkişaf etmiş dövlətlərindən birinə çevrilib. Prezident Rəcəb Tayyib Ərdoğanın 2022-ci ilin oktyabrında elan etdiyi “Türkiyənin yüz ili” proqramı ölkənin strateji məqsədlərə inamla və əzmlə addımladığını bir daha təsdiqləyir.

Xronologiyadan göründüyü kimi, Ulu Öndər Heydər Əliyev 1999-cu il noyabrın 17-20-də də Türkiyədə səfərdə oldu. Azərbaycan Prezidenti ATƏT-in İstanbul Zirvə görüşündə iştirak etmək məqsədi daşıyan bu səfər çərçivəsində Avropada adi silahlı qüvvələr haqqında müqaviləni, Avropanın təhlükəsizlik xartiyasını və İstanbul bəyannaməsini imzaladı.

Səfərin proqramı olduqca zəngin idi: Türkiyə, ABŞ, Türkmənistan, Gürcüstan, Fransa, Qazaxıstan, Moldova, Ukrayna prezidentləri, İsrailin Baş naziri, Avropa Komissiyasının sədri, Almaniya kansleri, ATƏT-in Parlament Assambleyasının sədri ilə görüşlər və digər yüksək səviyyəli tədbirlərdə iştirak.

Noyabrın 18-də ATƏT-in İstanbul Zirvə görüşündə nitq söyləyən Heydər Əliyev təşkilatın vaxtilə Helsinkidə elan edilmiş məqsəd və prinsiplərinin tam həyata keçirilmədiyini qeyd edərək, beynəlxalq birliyin diqqətini Azərbaycanın düşdüyü dözülməz vəziyyətə, ərazisinin beşdəbirinin erməni silahlı qüvvələrinin işğalı altında olmasına yönəltdi.

Sitat: Biz təxminən iyirmi beş il bundan əvvəl Helsinkidə elan edilmiş məqsəd və prinsiplərin tam həyata keçirilməsinə, təəssüf ki, hələ də nail olmamışıq. ATƏT-in üzvü olan dövlətlərin suverenliyi, ərazi bütövlüyü və ümumiyyətlə təhlükəsizliyi üçün yaranmış qorxu amansız reallığa çevrilmişdir, milyonlarla insana fəlakət və iztirab gətirmişdir. Mən bir daha beynəlxalq birliyin diqqətini Azərbaycanın düşdüyü dözülməz vəziyyətə cəlb edirəm. Altı ildən çoxdur ki, suveren Azərbaycanın ərazisinin beşdəbir hissəsi erməni silahlı qüvvələrinin işğalı altındadır. Həyata keçirilmiş etnik təmizləmələr nəticəsində bir milyon azərbaycanlı öz doğma yurd-yuvalarından qovulmuşdur.

Təəssüf ki, sonuncu Zirvə görüşümüzdən sonra sülh prosesi arzu etdiyimiz nəticəni verməmişdir, Minsk qrupunun həmsədrləri Lissabon Zirvə görüşündə qəbul edilmiş prinsiplərin həyata keçirilməsi üçün lazımi fəallıq və ardıcıllıq göstərməmişlər. Minsk prosesi passivləşmişdir.

Ulu Öndər öz mülahizələrində yanılmamışdı. 28 illik fəaliyyəti sıfra bərabər olan Minsk qrupu artıq tarixin arxivinə verilib.

Noyabrın 18-də İstanbulun “Çırağan Sarayı”nda tarixi sənəd - “Xam neftin Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikasının əraziləri ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə nəql edilməsinə dair Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikası arasında saziş” imzalandı. Mərasimdə nitq söyləyən Ulu Öndər “Əsrin müqaviləsi”nin imzalanması zamanı, habelə Bakı-Ceyhan neft kəmərinin çəkilməsi ilə bağlı qarşıya çıxmış çətinlikləri xatırlatdı. “Bizim qarşımızda çox böyük çətinliklər var idi. “Əsrin müqaviləsi”ni imzalayanda da biz böyük çətinliklərlə rastlaşdıq. Sonra da Bakı-Ceyhan neft kəmərini çəkmək üçün bizim qarşımızda çox böyük maneçiliklər, əleyhimizə çıxanlar var idi. Ancaq biz öz iradəmizi itirmədik, başladığımız işi axıra çatdırdıq. Bu barədə Türkiyə Cümhuriyyəti ilə Azərbaycan arasında olan əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir”, - deyən Ulu Öndər ABŞ Prezidenti Bill Klintonun dəstəyini də vurğuladı.

Bu məqamda Bill Klintonla noyabrın 19-da keçirilən görüş zamanı ABŞ liderinin Ulu Öndərə müraciətlə söylədiyi fikirləri xatırlamaq yerinə düşər: “Mən Bakı-Ceyhan əsas ixrac boru kəməri barəsində sənədlərin imzalanmasını böyük tarixi hadisə kimi dəyərləndirir və bu münasibətlə Sizi ürəkdən təbrik edirəm. Azərbaycan Prezidenti kimi, Sizin uzaqgörən, ardıcıl siyasətiniz sayəsində 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” Xəzər dənizinin enerji ehtiyatlarının bütün dünyaya açılmasının əsasını qoydu. Bakı-Ceyhan kəmərinin reallığa çevrilməsində Sizin misilsiz xidmətlərinizi yüksək qiymətləndirirəm. Transxəzər qaz kəmərinin çəkilişinə dair imzalanmış sənədi də yüksək dəyərləndirirəm. Əmin olduğumu bildirirəm ki, bu kəmərlər region dövlətlərinin suverenliyinin və müstəqilliyinin daha da möhkəmləndirilməsində mühüm rol oynayacaq və onların iqtisadi tərəqqisinə böyük töhfə verəcəkdir”.

Ulu Öndər noyabrın 27-29-da da Türkiyədə işgüzar səfərdə oldu. Qardaş ölkədə “Eroziya ilə mübarizə” həftəsinin açılış mərasimində nitq söyləyən Heydər Əliyev bu gün də aktual olan problemə diqqət çəkdi: “Azərbaycana sular əsasən Araz və Kür çaylarından gəlir. Həmin çaylar öz mənbəyini, başlanğıcını Türkiyənin dağlarından götürür. Ancaq təəssüflər olsun ki, bu sular Azərbaycana çatana qədər Gürcüstanın və Ermənistanın ərazisindən keçir. İndi həm Gürcüstanda, həm Ermənistanda bu çaylara atılan zəhərli tullantılar, kirlər, çirkablar şübhəsiz ki, bu suyu zəhərləndirir. Bu çaylar - Kür və Araz birləşərək gəlib Xəzər dənizinə tökülür. Bu da bizim üçün çox ağır, çətin bir problemdir. Xəzər dənizi təkcə Azərbaycana məxsus deyildir - Rusiyaya, Qazaxıstana, Türkmənistana, İrana, Azərbaycana məxsusdur. Amma Xəzər dənizi də çox zəhərlənir, kirlənir. Xəzər dənizinə ən çox zəhərli suları, maddələri həm Volqa çayından, həm də Xəzərin ətrafında olan sənaye müəssisələrindən tökən Rusiyadır. Bunlar da bizim üçün problemdir. Çünki Azərbaycan üçün Xəzər torpaq qədər əhəmiyyətlidir, dəyərlidir”.

Göründüyü kimi, Ulu Öndər Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması naminə bütün vasitələrdən və tribunalardan istifadə edir, müstəqil xarici siyasət yürütməklə milli mənafelərin nəzərə alındığı sənədlərə imza atırdı. Azərbaycanın gələcək inkişafına yönəlmiş bu düşünülmüş siyasətin müsbət nəticələri zaman keçdikcə daha aydın görünməkdədir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Əlamətdar gündə Oğuzda ağacəkmə aksiyası keçirilib

Suverenliyin təntənəsi - ŞƏRH

Azərbaycanda Neftçilər Günü qeyd edilir

Dövlət suverenliyi hər bir xalqın azad yaşamaq hüququnun ən ali ifadəsidir - ŞƏRH

Premyer Liqa: “Şamaxı” “Araz-Naxçıvan”ı, “Kəpəz” “Sumqayıt”ı qəbul edir

Akademik Rəfiqə Əliyeva - Ömrünü elmə, qəlbini insanlara həsr edən alim qadın

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

XİN: Azərbaycanın dövlət suverenliyinin bərpası regionda davamlı sülhün təmin olunması üçün yeni imkanlar açıb

İran danışıqlara başlamaq üçün yeddi şərt irəli sürüb

Dövlət Suverenliyi Günü: Hüquqi əsaslardan tarixi zəfərə

ABŞ hərbçiləri Karib dənizində gəmiyə hücum edib

Dövlət Departamenti ABŞ vətəndaşlarına xəbərdarlıq edib

ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb

Argentinada “Qəzəb yürüşü”

Danimarka Ukraynaya hərbi xərclər üçün təxminən 275 milyon dollar ayırıb

İran ABŞ Mərkəzi Komandanlığının məlumatını təkzib edib

Admiral Draqone: NATO-nun şərq cinahında mümkün münaqişəyə hazırıq

Kiyevdə hava hücumu xəbərdarlığı elan edilib

NATO-nun Hərbi Komitəsinə alman general rəhbərlik edəcək

Haaqada etirazçılarla polis arasında toqquşma: saxlanılanlar var

Media: 18 yaşı tamam olan almanlar məcburi tibbi müayinələrə çağırılır

Yeliseydə təcili toplantı: Fransa hibrid hücumlara qarşı hazırlığı gücləndirir

Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb VİDEO

Hakan Fidan: Türkiyə Qara dənizdə təhlükəsizliklə bağlı təklif irəli sürüb

Aktotı Raimkulova: Bəstəkarlar İttifaqı Türk dünyası musiqisinin təbliği üçün yeni imkanlar yaradacaq

Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar

Trabzonda “Qara dəniz fırtınası”- “Qalatasaray” böyük hesabla məğlub olub

Parisdə Azərbaycan kinosu nümayiş olunub

Mahaçqala hava limanında məhdudiyyətlər tətbiq olunub

Media: Husilər Səudiyyə Ərəbistanına hücumlar təşkil ediblər

Naxçıvanda “Velo Fest” velosiped festivalı

Donald Tramp: Süni İntellekt Qüvvələri yaradıram

Astarada yol qəzasında 4 nəfər xəsarət alıb, ata və oğulun vəziyyəti ağırdır

Ukraynalı alim müasir Ermənistan ərazisində əsrlər boyu yaşamış azərbaycanlıların tarixini araşdırıb

Azərbaycanın xarici siyasətində Türk dünyası prioritet təşkil edir – ŞƏRH

“Mançester Yunayted”in milyarder sahibi: Böyük Britaniyaya inamımı itirmişəm

Sankt-Peterburq qubernatoru MDB PA-nın beynəlxalq müşahidəçiləri ilə görüşüb

Ankarada “Türkiyənin Mədəniyyət Yolu” festivalının növbəti mərhələsi başlayıb

Rüfət Mahmud: Məqsədimiz milli geyim geyinməyi günümüzün bir hissəsinə çevirməkdir

Gülcahan Salamova: Üzeyir Hacıbəylinin əsərləri teatr mövsümünün açılışının xoş ənənəsinə çevrilib

Leysan yağışları Batumidə həyatı iflic edib

Gürcüstanın dövlət xarici borcu 9 milyard dolları ötüb

Gülnarə Xəlilova: Hər bir evdə azı bir dəst milli geyim olmalıdır

Sürücülərin nəzərinə

Birinci vitse-prezident Mehriban Əliyeva 20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib

“Yeni tədris ili: məktəbdə keyfiyyətli başlanğıc” konfransı keçirilib

ADA Universitetinin müəllim və tələbələri “O olmasın, bu olsun” operettası ilə Gəncədə çıxış ediblər

“Yeni Asır” qəzeti: Türkiyə və Azərbaycanın müttəfiqliyi regionda sabitliyin qalxanıdır

Hərbi ekspert: Antiterror tədbirləri separatizmin tabutuna vurulan son mismar oldu

Badri Naçkebiya: Azərbaycanın ərazi bütövlüyünün bərpası Cənubi Qafqaza daimi sabitlik gətirəcək

Dörd müntəzəm marşrutun hərəkəti müvəqqəti dəyişdirilir

İçərişəhərdə “Milli Geyimlər Günü” qeyd olunub

Azərbaycan boksçuları Qazaxıstanda 3 medal qazanıblar

Ağdamda Milli Qəhrəmana həsr edilmiş qısametrajlı filmin təqdimatı olub

Hərbi ekspert: Antiterror tədbirləri dünya hərb tarixində unikallığı ilə seçilir

Bu saata olan əsas xəbərlər

Bədii rəhbər: Torpaqlarımız azad olunandan sonra ansamblımızın fəaliyyətini bərpa etdik

Gülzadə Abdulova: Nümayiş etdirdiyimiz geyimlər tarixi fotoşəkillər əsasında hazırlanıb

Həsən Həsənov: Atropatena Makedoniyalı İsgəndərin imperiyasının parçalanması nəticəsində yaranmayıb

Şamaxıda Üzüm və Şərab Festivalının açılış mərasimi keçirilib

“Turan Tovuz” son dəqiqə qolu ilə “Zirə”yə qalib gəlib

Abdullah Akat: Türk Dünyası Bəstəkarlar Birliyi ortaq musiqi dilinin formalaşmasına töhfə verəcək VİDEO

Abdullah Akat: Türk Dünyası Bəstəkarlar Birliyi ortaq musiqi dilinin formalaşmasına töhfə verəcək VİDEO

Tengiz Txilava: Cənubi Qafqazda formalaşan yeni reallıqlar Azərbaycanın düzgün siyasətinin nəticəsidir VİDEO

Tengiz Txilava: Cənubi Qafqazda formalaşan yeni reallıqlar Azərbaycanın düzgün siyasətinin nəticəsidir VİDEO

Ellada Bəkirova: Alban xristianlığından qalan müqəddəs yerlər xalqımızın tarixi yaddaşında yaşayıb

Prezident İlham Əliyevin sosial media hesablarında 20 Sentyabr – Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Türk Dünyası Bəstəkarlar Birliyinin yaradılması haqqında Bakı Bəyannaməsi imzalanıb VİDEO

Türk Dünyası Bəstəkarlar Birliyinin yaradılması haqqında Bakı Bəyannaməsi imzalanıb VİDEO

Deputat: 28 Maydan 20 Sentyabra uzanan yol Azərbaycanın dövlətçilik iradəsinin tarixidir

Şamaxıda Üzüm və Şərab Festivalı başlayıb

Göygölə dolu düşüb - FAKTİKİ HAVA

Heydər Əliyev Beynəlxalq Aeroportu Formula 1 ərəfəsində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Antiterror əməliyyatının ən mühüm cəhətlərindən biri mülki əhaliyə və sosial infrastruktura zərər verilməməsi oldu – RƏY

Qubada Milli Qəhrəman Rafiq Nəsrəddinovun 65 illik yubileyi qeyd olunub

Münxendə 191-ci Oktoberfest start götürüb

Şair Ramaldanov: Antiterror tədbirləri Azərbaycanın bütün ərazilərində dövlət suverenliyini tam bərpa edib

Qaxda yol qəzasında xəsarət alan qadın xəstəxanada vəfat edib YENİLƏNİB VİDEO

Qaxda yol qəzasında xəsarət alan qadın xəstəxanada vəfat edib YENİLƏNİB VİDEO

Türkiyədə “Prezident Administrasiyasının arxivindən fotolarla. Demokratiyaya vurulan zərbə: 27 May” kitabı nəşr olunub

Türk dövlətləri ilə əlaqələrin dərinləşdirilməsi prioriteti olaraq qalır – ŞƏRH

Əmək münasibətlərində gender bərabərliyi necə təmin edilməlidir?

“Qədim daşlar arasında” klassik musiqi

Həkəri çayında batan şəxsin meyiti tapılıb

Azərbaycan veteranları Türkiyədə Veteranlar Günü tədbirinə qatılıblar VİDEO

Azərbaycan veteranları Türkiyədə Veteranlar Günü tədbirinə qatılıblar VİDEO

Antiterror əməliyyatının iştirakçısı: Yaralandığımızı heç birimiz hiss etmədik VİDEO

Antiterror əməliyyatının iştirakçısı: Yaralandığımızı heç birimiz hiss etmədik VİDEO

“Sanki 24 günü 24 saata sığdırdıq” - Xüsusi Təyinatlı Qüvvələrin baş giziri antiterror döyüşlərindən danışır

Türkiyədə “Ağıllı Şəhərlər Fəaliyyət Planı” qüvvəyə minib

Ülviyyə Əliyeva: Artıq 18 ildir “Arşın mal alan”da Telli rolunu ifa edirəm

“Suverenlik və milli güc amili” - Elçin Mirzəbəyli yazır

Emin Bağırov: 20 Sentyabr Azərbaycan dövlətinin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasını təsdiqləyən tarixi gündür

Azərbaycan türk dövlətləri arasında inteqrasiyanın dərinləşməsinə töhfə verir – ŞƏRH

AMEA rəhbərliyi və Şərqşünaslıq İnstitutunun kollektivi Aida İmanquliyevanın məzarını ziyarət edib

“Formula 1 Azərbaycan Qran-Prisi” ilə əlaqədar bir sıra marşrutların hərəkət sxemi dəyişdirilir

ASELSAN yeni “SMASH 300” silah sistemini təqdim edib

Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İ.C.Cavadovun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Rumıniya mətbuatı: Azərbaycan qazı qış ərəfəsində ölkənin enerji təhlükəsizliyində mühüm rol oynayır

Prezidentin xüsusi nümayəndəsi Rumıniyada bir sıra görüşlər keçirib

Politoloq: Türk Dövlətləri Təşkilatı əməkdaşlığın yeni mərhələsinə qədəm qoyur

Azərbaycanlı interyer dizaynerin layihəsi Çində qızıl medala layiq görülüb

Eritreyaya qarşı tətbiq olunan ABŞ sanksiyaları ləğv olunub

Ombudsman: Erməniəsilli məhkumların hüquqları ayrı-seçkiliyə yol verilmədən təmin edilir

Donald Tramp “CNN”, “MS NOW” və “Politico”nun Ağ Evə girişini qadağan edir