SİYASƏT


Xaricdə Yaşayan Azərbaycanlıların Koordinasiya şuralarının nümayəndələrinin onlayn görüşü olub

Bakı, 9 iyul, AZƏRTAC

Son illər Diasporla İş üzrə Dövlət Komitəsi açıq platformaya çevrilib, artıq bu müstəvidə çox ciddi fikir mübadiləsi aparmaq mümkündür.

AZƏRTAC xəbər verir ki, bu sözləri Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə Xaricdə Yaşayan Azərbaycanlıların Koordinasiya Şuralarının nümayəndələrinin videokonfransına qoşulan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, siyasi analitik, “The Jerusalem Post” qəzetinin siyasi şərhçisi Arye Qut deyib.

Beynəlxalq videokonfransı giriş sözü ilə açan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov dövlətimizin diaspor siyasətindən, Koordinasiya Şuralarının, Azərbaycan Evlərinin və “Qarabağ” məktəblərinin COVID-19 koronavirus pandemiyası dövrünə qədər və sonra göstərdikləri fəaliyyət, diaspor təşkilatlarının Azərbaycan səfirlikləri ilə əlaqəli şəkildə çalışmaları barədə danışıb. Pandemiya dövründə azərbaycanlıların birləşməsi, fəallıq göstərmələri, qarşılıqlı yardımlaşmaları, Dövlət Komitəsinin diaspor təşkilatlarına maddi və mənəvi dəstək göstərməsi, xaricdə müvəqqəti çətinliklə üzləşmiş 6 mindən çox soydaşımıza yardım edilməsi və sair məsələlər nəzərə çatdırılıb, Koordinasiya Şuralarının fəaliyyəti müsbət qiymətləndirilib.

Müzakirələr zamanı tədbir iştirakçıları komitənin fəaliyyətində dönüşün və yeni dövrün başlaması, maraqlı və müxtəlif layihələrin həyata keçirilməsi, azərbaycanlıların birləşməsi və təşkilatlanması istiqamətində atılan addımlar barədə danışıb və bu sahədə görülən işləri yüksək dəyərləndiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.