ELM VƏ TƏHSİL


Xəzər Universitetində “Terapevtik ünsiyyətin əsasları” kitabının təqdimatı olub

Bakı, 14 mart, AZƏRTAC

Xəzər Universiteti Psixologiya departamentinin koordinatoru Mələk Kərimovanın “Terapevtik ünsiyyətin əsasları” kitabının təqdimatı keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, bu ali məktəbin rektoru dosent İradə Xəlilova təqdim olunan kitabın ixtisas tələbələri üçün əhəmiyyətli olduğunu vurğulayıb.

Mələk Kərimova “Terapevtik ünsiyyətin əsasları” kitabının məzmunu və fəsilləri haqqında məlumat verib. Rəyçilər - dosentlər Ceyhun Alıyev və Ləman Verdiyeva kitabla bağlı fikirlərini bölüşüblər.

Sonra psixologiya sahəsində dərs vəsaitləri haqqında müzakirələr aparılıb.

Mələk Kərimova, həmçinin psixologiya ixtisasının tələbəsi olmuş şəhid Ataməli Musayev haqqında xatirələrini söyləyib.

Tədbirdə universitetin əməkdaşları, tələbələr, təhsil müəssisəsinin şəhid tələbəsi Ataməli Musayevin valideyni iştirak edib.

Sonda tələbələrə kitablar hədiyyə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.