Xəzər Universitetində seminar: Sahibkarlıq sahəsində çalışan qadınların üzləşdiyi çətinliklər və fürsətlər
Bakı, 9 aprel, AZƏRTAC
Xəzər Universiteti İngiltərənin Middlesex Universiteti ilə birlikdə “Creative Spark” ali təhsil müəssisəsi proqramı tərəfindən dəstəklənən silsilə seminarlar təşkil edir.
Universitetdən AZƏRTAC-a bildirilib ki, aprelin 9-da növbəti seminarın qonağı İvane Cavaxişvili adına Tbilisi Dövlət Universiteti Keyfiyyət Təminatı Mərkəzinin rəhbəri, dosent İrma Grdzelidze olub.
Seminarda İ.Grdzelidze sahibkarlıq sahəsində çalışan qadınların üzləşdiyi çətinliklər və fürsətlər barədə məlumat verib.
Qeyd edək ki, İ.Grdzelidzenin ixtisas sahəsi ali təhsildə keyfiyyət təminatıdır. O, 2014-2019-cu illərdə Milli Təhsil Keyfiyyətinin İnkişafı Mərkəzində akkreditasiya və avtorizasiya mütəxəssisi olub. Gürcüstanda və xaricdə akkreditasiya səfərlərində iştirak edib. 2015-ci ildən “Erasmus+” üçün ali təhsil islahatları ekspertidir. Avropa İttifaqının maliyyələşdirdiyi “Gürcüstan universitetlərində 3-cü missiyanın keyfiyyəti və aktuallığının gücləndirilməsi - SQUARE” potensial inkişaf layihəsinin koordinatorudur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.05.2026 [14:03]
Türk dünyasının elmi inteqrasiyası: Ardahanda beynəlxalq tədbir
- 25.05.2026 [14:00]
Özbəkistan universitetinin rektoru AzTU-nun qonağı olub
- 25.05.2026 [13:54]
Hərbi-idman oyununun paytaxt üzrə finalçıları bəlli olub
- 25.05.2026 [13:30]
Rəqəmsal infrastrukturda yeni mərhələ: Milli Superkompüter Mərkəzi
- 25.05.2026 [13:16]
BDU-da Birinci Türkoloji Qurultaya həsr olunmuş elmi seminar
- 25.05.2026 [12:53]
Özbəkistanın tanınmış alim və ədibləri Ədəbiyyat Muzeyinin qonağı olublar
KLİK Proqramı 6 ay davam edəcək
- [13:00]
Əlincə qalasında “Turan marşı”
- [12:37]
Bu saata olan əsas xəbərlər
- [12:00]