CƏMİYYƏT


Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satan şəxs cərimələnib

Bakı, 21 oktyabr, AZƏRTAC 

Polis orqanları yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş İctimai Təhlükəsizlik İdarəsinin və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının şəhər ərazisində keçirdikləri reydlər nəticəsində bir köşkdə satıcının yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması aşkarlanıb.

İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirtli, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) həmin köşkün satıcısı barəsində protokol tərtib olunub.

Bu istiqamətdə reydlər davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.