Tramp bu il Rusiyaya səfər edə bilər
Bakı, 13 may, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp bu il Rusiyaya səfər edə biləcəyini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, o, bu barədə Çinə səfərə yola düşməzdən əvvəl jurnalistlərə açıqlamasında TASS-ın sualını cavablandırarkən danışıb.
“Bu, mümkündür. Mən Ukraynada nizamlanmaya nail olmaq üçün lazım olan hər şeyi edəcəyəm”, – deyə Tramp Rusiyaya mümkün səfəri ilə bağlı suala cavabında bildirib.
ABŞ Prezidenti əlavə edib ki, Moskva ilə Kiyev arasında razılaşmanın əldə olunacağına inanır.
“Düşünürəm ki, biz Rusiya ilə Ukrayna arasında nizamlanmaya nail olacağıq”, – deyə o vurğulayıb.
Onun sözlərinə görə, Ukrayna münaqişəsinin həlli istiqamətində tərəflər arasında razılaşma “getdikcə daha da yaxınlaşır”.
ABŞ lideri, həmçinin indiyədək “səkkiz münaqişənin həllinə nail olduğunu” iddia edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]