Fidan: İranla yenidən münaqişənin başlaması qlobal iqtisadiyyata zərər verəcək
Bakı, 13 may, AZƏRTAC
Atəşkəsə alternativ müharibənin yenidən başlanmasıdır. Heç kim bu ssenarinin təkrarlanmasını istəmir. Çünki belə bir münaqişə qlobal iqtisadiyyata və enerji təhlükəsizliyinə ciddi zərər vurur.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan “Əl-Cəzirə” telekanalına müsahibəsində səsləndirib.
Nazirin sözlərinə görə, ABŞ ilə İran arasında aparılan danışıqlarda əsas prioritet atəşkəsin qorunub saxlanılmasıdır.
“Danışıqlar müəyyən irəliləyişlə davam edir. Proses mürəkkəb olsa da, tərəflər diplomatik təmasları davam etdirmək niyyətindədirlər”, – deyə Hakan Fidan bildirib.
Türkiyəli nazir əlavə edib ki, Ankara ABŞ, İran və region ölkələri, xüsusilə Qətər, Misir və İordaniya ilə sıx təmas saxlayır. Onun sözlərinə görə, tərəflər dialoqun təşviqi və gərginliyin azaldılması istiqamətində qarşılıqlı məsləhətləşmələr aparırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]