BMT: Əfqanıstanda 13 milyondan çox insan ərzaq çatışmazlığı ilə üzləşib
Bakı, 12 may, AZƏRTAC
Ümumdünya Ərzaq Proqramı (ÜƏP) bildirir ki, Əfqanıstan ciddi iqtisadi problemlər, iş yerlərinin itirilməsi və iqlim sarsıntıları ilə üzləşməyə davam edir. Eyni zamanda, artan regional gərginlik ərzaq qiymətlərinin artmasına və ölkə daxilində ərzaq təhlükəsizliyi probleminin kəskinləşməsinə səbəb olub.
AZƏRTAC xəbər verir ki, BMT-nin məlumatlarına görə, hazırda Əfqanıstanda 13,8 milyondan çox insan kəskin qida təhlükəsizliyi ilə üzləşib. Təxminən beş milyon uşaq və hamilə və ya əmizdirən qadınlar isə qida çatışmazlığından əziyyət çəkir.
ÜƏP xəbərdarlıq edir ki, artan iqtisadi və humanitar təzyiqlər qida çatışmazlığı ilə üzləşən qadın və uşaqların müalicəsi üçün istifadə olunan ixtisaslaşmış ərzaq məhsullarını ehtiyatının tükənməsinə gətirib çıxarıb.
“TOLOnews” yazır ki, ÜƏP-in Əfqanıstan üzrə nümayəndəliyinin direktoru Con Eyliffe bildirib: “Ərzaq yardımın göstərilməsi kimi proqramlar ikinci dərəcəli deyil, onlar mühüm əhəmiyyət kəsb edir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]