İDMAN


“Yuventus” inamlı qələbə sayəsində UEFA Çempionlar Liqasının dörddəbir finalına yüksəlib

Bakı, 13 mart, Nicat Məmmədov, AZƏRTAC

Martın 12-də UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin növbəti cavab qarşılaşmasında “Yuventus” klubu doğma meydanda “Atletiko Madrid”i qəbul edib.

AZƏRTAC xəbər verir ki, Madriddə oynanılan ilk görüşdə İtaliya təmsilçisi 0:2 hesabı ilə məğlub olduğu üçün cavab qarşılaşması “Yuventus”un ardıcıl hücumları şəraitində keçib. Sürətli idman mübarizəsinin yaşandığı görüş Turin təmsilçisinin 3:0 hesablı inamlı qələbəsi ilə başa çatıb. Hər üç qolu oyunun qəhrəmanı olan Kriştiano Ronaldo vurub. Portuqaliyalı hücumçu matçın 27-ci, 48-ci və 86-cı (11 metrlik cərimə zərbəsi) dəqiqələrində adını tabloya yazdırıb.

Beləliklə, ilk görüşdə məğlub olmasına baxmayaraq, inamlı qələbə qazanan “Yuventus” qitənin ən nüfuzlu klub turnirində mübarizəni davam etdirib.

“Atletiko Madrid” isə final qarşılaşmasının doğma arenasında – “Metropolitano” stadionunda keçiriləcək UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.