CƏMİYYƏT


Zirə qəsəbəsində avtomobili qaçıran paytaxt sakinləri saxlanılıblar

Bakı, 24 noyabr, AZƏRTAC

Xəzər Rayon Polis İdarəsinin 1-ci polis şöbəsinə noyabrın 21-də Zirə qəsəbəsi ərazisindən qəsəbə sakini Ç.Əzimova məxsus “VAZ-2106” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, avtomobil dərhal başlanılan əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat üç radələrində qəsəbə ərazisində maneəyə dəymiş vəziyyətdə aşkarlanıb.

Nəqliyyat vasitəsini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri E.Cəbrayılov, R.Əliyev və R.Məmmədov polis əməkdaşları tərəfindən müəyyənləşdirilərək saxlanılıblar.

Faktla bağlı rayon polis idarəsində araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.