® “AccessBank” 2023-ci ilin 3-cü rübü üzrə maliyyə hesabatını açıqlayır
Mikro, kiçik və orta sahibkarlığın kreditləşməsi bazarının lideri olan “AccessBank” 2023-cü ilin 3-cü rübü üzrə maliyyə nəticələrini açıqlayır.
Ətraflı məlumat əldə etmək üçün: https://www.accessbank.az/az/our-bank/in-figures/
Bank 2023-cü ilin 3-cü rübü ərzində də bütün əsas göstəricilər üzrə dinamik artım nümayiş etdirib, biznesin maliyyələşdirilməsində liderlik mövqeyini qoruyub. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə kredit portfeli 29.7 faiz artaraq 992.4 milyon manata yüksəlib. Kredit portfelinin 75.8 faizini biznesə ayrılmış kreditlər təşkil edir. Biznes portfeli 22.8 faiz və ya 139.8 milyon manat artıb.
“AccessBank”ın mənfəətlilik göstəriciləri də proqressiv artım nümayiş etdirib. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə faiz gəlirləri 41.6 faiz artaraq 142 milyon manata çatıb. Xalis faiz gəlirləri isə 55.2 faiz artıb və 88.7 milyon manata yüksəlib. Qeyri-faiz gəlirləri 57.2 faiz artaraq 13.4 milyon manata çatıb. Xalis əməliyyat mənfəəti 3.1 dəfə artaraq 40.9 milyon manata çatıb.
Xalis mənfəəti də 2022-ci ilin müvafiq dövrünün nəticəsi ilə müqayisədə 5.6 dəfə artaraq 29.3 milyon manat təşkil edib. Bütövlükdə, Bankın aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 32.5 faiz artaraq hesabat dövrünün sonunda 1.4 milyard manata çatır. Eyni zamanda, bankın likvid aktivləri 331.1 milyon manat təşkil edir ki, bu da cəmi aktivlərin 23.7 faizi həcmindədir. Bankın depozit portfeli 27.8 faiz artaraq 1025.6 milyon manat təşkil edir. Əhalinin müddətli əmanətləri 22.7 faiz artaraq 680.6 milyon manata çatıb. Bu isə, əhali arasında “AccessBank”a olan güclü inamın əsas göstəricilərindən biridir.
“AccessBank”ın kapital buferi də böyüyüb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə məcmu kapitalın həcmi 52.4 faiz və ya 46 milyon manat artaraq 133.9 milyon manata çatıb ki, bu da AMB-ın tələb etdiyi minimum normadan 2.7 dəfə artıqdır. Bankın fəaliyyət şəbəkəsi 14-ü Bakıda, 18-i bölgələrdə olmaqla, 32 filial üzərindən təşkil olunub, həmçinin müştərilərə rəqəmsal xidmətlər təqdim olunmaqdadır.