Azərbaycan Dövlət İnformasiya Agentliyi

® “AccessBank” və regionların inkişafı: Renat Hümbətovla müsahibə

“AccessBank” bir çox maliyyə göstəricilərinə görə Azərbaycanın aparıcı maliyyə institutlarından biridir. Fəaliyyətə başladığı gündən etibarən bank mikro və aqrokreditlərin maliyyələşdirilməsi sahəsinə xüsusi diqqət yetirir və hazırda ölkədə mikro, kiçik və orta biznesin maliyyələşdirilməsi sahəsində liderlik mövqeyini qoruyub saxlayır. “AccessBank”ın regional filiallarının sayı artıq 35-ə çatdırılıb və bank öz portfelini genişləndirmək və göstərilən xidmətlərin keyfiyyətini artırmaq məqsədilə filial şəbəkəsinin genişləndirilməsinı davam etdirir.

“AccessBank”ın İdarə Heyətinin üzvü, Mikro və Aqro müştərilərlə iş üzrə icraçı direktor Renat Hümbətovla müsahibə:

- Renat bəy, “AccessBank” 20 ildən artıqdır ki, yerli bank bazarında fəaliyyət göstərir, mikro və aqrokreditlərin maliyyələşdirilməsi sahəsində liderdir. Bu illər ərzində eyni mövqeyi qorumağı necə bacarırsınız?

- Kifayət qədər çətin sualdır. Çünki bu nəticə bir çox mühüm faktorun qarşılıqlı təsiri nəticəsində əldə edilib. Əsas faktorlardan biri – mikrokreditlərin təyin edilməsi metodologiyasıdır ki, bu da 20 il ərzində təkmilləşdirilib. Biz daim bazar tendensiyalarını izləyirik, yeni məhsullar yaradırıq, kredit portfelinın idarə edilməsi sahəsində yeni alətlər tətbiq edirik. Əldə etdiyimiz nailiyyətlərdə proseslərin avtomatlaşdırılması və filial şəbəkəsinin genişləndirilməsi prosesləri də mühüm rol oynayıb. Bizim inkişafımızın ən vacib və dəyişməz səbəbi isə yüksək ixtisaslı komandamızdır. “AccessBank” uzun illər ərzində bankirlər üçün məktəb olub, elə indi də Azərbaycanın bank sektoru üçün ən yaxşı kadrları yetişdirməyə davam edir.

- Filial şəbəkəsinin genişləndirilməsi siyasəti nələri nəzərdə tutur? İlin əvvəlindən “AccessBank” artıq üç regional filial açıb. Yeni filialların açılması hansı bölgələrdə planlaşdırılır və bu tendensiya mikro və aqrokredit portfelinin artımına necə təsir göstərir?

- “AccessBank” filial şəbəkəsini fəal şəkildə genişləndirməkdə davam edir. İlin əvvəlindən Masallı, Goranboy və Qubada yeni filiallarımız açılıb. Ümumiyyətlə, bankımızın kredit portfelinin 60 faizi məhz regional filialların payına düşür, eyni zamanda onların 37 faizini aqrokreditlər təşkil edir. Portfeldə əhəmiyyətli artım aqrar sektorun inkişafı və fermer təsərrüfatlarının dəstəklənməsi üzrə dövlət proqramları ilə bağlıdır. Biz bu sahədə Sahibkarlığın İnkişafı Fondu (SİF) və Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) ilə sıx əməkdaşlıq edirik. Filial şəbəkəsinin genişləndirilməsi maliyyə əlçatanlığının artırılması və etibarlı maliyyə tərəfdaşı imicinin gücləndirməsinə yönəlmiş prioritet planlarımızın tərkib hissəsidir. Biz yeni filiallar açmazdan əvvəl bölgələrdə fərdi sahibkarlığın vəziyyətini, kənd təsərrüfatı potensialını diqqətlə təhlil edirik. Eyni zamanda, biz prosesləri optimallaşdıraraq məsafədən satış kanallarını da tətbiq edirik. Bazar tələbinin təhlilinin nəticələrindən və müxtəlif regionlarda sahibkarlığın vəziyyətini nəzərə alaraq şəbəkəmizi genişləndirməyə davam edəcəyik.

- “AccessBank” Azərbaycanda sahibkarlığın inkişafını dəstəkləyir. Yeni filialların açılması regionlarda məşğulluğun təmin edilməsinə də töhfə verir. “AccessBank”ın regional ofislərində nə qədər işçi çalışır və onların ixtisasını artırmaq üçün hansı tədbirlər görülür?

- “AccessBank” ölkədə filial sayına görə üçüncü yerdədir. Hazırda bankımızın 35 filialı fəaliyyət göstərir, onlardan 15-i Abşeronda, qalan 20-si isə ölkənin müxtəlif regionlarında yerləşir. Regional filiallarda 516 əməkdaş çalışır ki, bu da bankın ümumi əməkdaşlarının 56 faizini təşkil edir. Biz həm daxili, həm də xarici resurslardan istifadə edərək əməkdaşlarımızın bacarıqlarının inkişafına böyük əhəmiyyət veririk. Məsələn, bu yaxınlarda Beynəlxalq Ticarət Palatasının (İCC) mütəxəssisləri tərəfindən kredit risklərinin idarə edilməsi mövzusunda mikrokredit qruplarının menecerləri üçün təlim keçirilib. Biz müştəri xidmətlərinin daim yüksək səviyyədə saxlanılması və bazar tələbinə uyğun məhsul çeşidlərinin təqdim edilməsi məqsədilə mütəmadi olaraq belə təlimlər təşkil edirik.

- Aqrokreditlərin maliyyələşdirilməsi sahəsi üçün hansı şərtləri təklif edirsiniz? Spesifik tələblər və kənd təsərrüfatının mövsümiliyinə görə dəyişən ödəniş cədvəlinin tətbiqi imkanları mümkündürmü?

- Biz kənd təsərrüfatı sahibkarlarının ehtiyaclarını nəzərə alaraq xüsusi hazırlanmış aqrokredit məhsulları təklif edirik. Məhsulların əsas məqsədi resursların vaxtında əldə edilməsinin və rahat ödəniş planının təmin edilməsidir. Kənd təsərrüfatında mövsümiliyinin vacibliyini anlayırıq və bu xüsusiyyətləri nəzərə alaraq çevik ödəniş qrafikləri təklif edirik. Aqrar portfelimizin dinamikası müştərilərimiz üçün şərtlərimizin uyğun olmasını təsdiq edir. Aqrar sektordakı tendensiyaları və artan tələbatı daim izləyirik ki, müştərilərimizin gözləntilərinə və tələblərinə uyğun məhsullar təklif edə bilək.

- Bankınız hansı həcmdə mikro kreditlər təqdim edir? Mikro, kiçik və orta müəssisələr üçün hansı məbləğlər əlçatandır?

- Mikro kreditlərin maliyyələşdirilməsi sahəsində əldə edilən nəticələrimizi məmnuniyyətlə paylaşmaq istərdim. “AccessBank”ın ölkənin bank sektorunda ümumi mikro kredit portfelindəki payı 25 faizdən artıqdır, bu da 700 milyon manatdan artıq vəsait deməkdir. Bu seqmentdə aktiv müştərilərin sayı 70 minə yaxındır və “AccessBank” hər ay orta hesabla 5,5 min mikro kredit verir. Biz müştərilərin ehtiyaclarına uyğun müxtəlif məbləğlərdə mikrokreditlər təqdim edirik. Mikro, kiçik və orta müəssisələr üçün fərqli məbləğlər mövcuddur ki, bu da bizə onların geniş maliyyə ehtiyaclarının ödənilməsinə imkan verir. Əsas məqsədimiz müştərilərimizin maliyyə ehtiyaclarını tam təmin etmək və onların biznesinin inkişafını bütün mərhələlərdə dəstəkləməkdir.

- Yaxın gələcəkdə mikrosahibkarlar üçün yeni məhsul və ya xidmətlərin istifadəyə verilməsi planlaşdırılırmı?

- “AccessBank” məhsulların keyfiyyətinin artırılması və müasir informasiya texnologiyalarını tətbiq etməklə bazarda maliyyə xidmətlərinin əlçatanlığını genişləndirmək üzərində daim çalışır. Hazırda mikro sahibkarlar üçün xüsusi mobil tətbiqinin hazırlanması işləri bitmək üzrədir və bu ilin avqust ayında istifadəyə verilməsi planlaşdırılır. Bu proqramın müştərilərimiz tərəfindən yüksək qiymətləndiriləcəyinə əminik, çünki tətbiq vasitəsilə əlavə olaraq xidmətdə rahatlıq və çeviklik təmin ediləcək. Müştərilərimizin tələblərini təmin etmək və onların bizneslərinin yüksək səviyyədə saxlanılması üçün biz təkmilləşməyi və yeni həllərin inkişaf etdirilməsini davam edəcəyik.

- “AccessBank” müştərilərinə vəsaitlərin idarə edilməsi və risklərin minimallaşdırılması məsələləri ilə bağlı məsləhət xidmətləri göstərirmi?

- Fəaliyyətinin ilk günlərindən “AccessBank” müştərilərilə tərəfdaşlıq əlaqələri qurur və bütün əməkdaşlıq dövrü ərzində müştərilərimizə maliyyə sabitliyinin qorunub saxlanılmasına yönəldilmiş məsləhət xidmətləri göstəririk. Müştərilərin bizə etibar etməsi, planlaşdırılan və mövcud olan bizneslərinin inkişafında onlara dəstək olacağımıza əmin olmaları bizim üçün vacibdir. Təkcə bu il USAID-in təşkil etdiyi aqro kreditlərin maliyyələşdirilməsi üzrə təlimdə 50-dən çox sahibkar iştirak edib. Bundan əlavə, “AccessBank”ın dəstəyi ilə ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən maliyyələşdirilən və Beynəlxalq Özəl Sahibkarlıq Mərkəzi (CIPE) tərəfindən həyata keçirilən “Azərbaycanda qadın səlahiyyətləndirilməsi mərkəzləri” layihəsi çərçivəsində “AccessBank”ın dəstəyi ilə 200-dən çox qadın sahibkar biznesin keyfiyyətli idarə edilməsi mövzusunda müxtəlif təlimlərdə iştirak edib. Biz ilin sonuna qədər təlimlərə dəstək tədbirlərini davam etmək, növbəti ildə isə onların sayını artırmağı planlaşdırırıq.

- “AccessBank” üçün yaxın üç-beş il üçün hansı perspektivlər və məqsədlər görürsünüz?

- Hazırda üç illik strateji planın icrası mərhələsindəyik və deyə bilərəm ki, bank artıq əksər sahələrdə qarşıya qoyduğu məqsədləri üstələyir. Qarşıdakı illərdə “AccessBank” mikrobiznesləri intensiv şəkildə dəstəkləmək və bazarda liderlik mövqeyini inamla qoruyub saxlamaq niyyətindədir. Texnologiyalar sürətlə inkişaf etdiyi üçün rəqəmsal bankçılığın inkişafına xüsusi diqqət yetiriləcək, çünki bu dəyişikliklərə vaxtında uyğunlaşmaq vacibdir. Biz artıq rəqəmsal həllər tətbiq etmişik və müştərilərimizə xidmət keyfiyyətini artırmaq üçün onları daim təkmilləşdirəcəyik.

- “AccessBank” yaxın gələcəkdə Azərbaycanda yeni başlayan sahibkarların dəstəklənməsi istiqamətində hansı təşəbbüsləri dəstəkləməyi planlaşdırır?

- “AccessBank” Azərbaycanın bank sektorunda ilk dəfə olaraq sahibkar olmaq istəyən şəxslər üçün “Bizdən Biznesə” qrant layihəsinə start verir. Biz perspektivli ideyaları olan, lakin onları həyata keçirmək üçün kifayət qədər resurs və özgüvəni olmayan iddialı insanları dəstəkləmək niyyətindəyik. Bu layihə daha çox sosial xarakter daşıyır və bu bizim Azərbaycanda sahibkarlığın inkişafına əlavə töhfəmiz olacaq. Məsləhət xidmətləri və ilkin kapital təqdim etməklə, sahibkar olmaq istəyənlərə öz bizneslərini yaratmağa köməklik edəcəyik. Layihə tezliklə istifadəyə veriləcək.

Ətraflı müsahibə üçün təşəkkür edirik. Azərbaycanda sahibkarlığın dəstəklənməsi missiyanızda uğurlar arzu edirik.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“El-Ninyo” əvvəlcədən proqnozlaşdırıla bilən fəlakətlərə səbəb olacaq

ABŞ-də ibtidai məktəbdə baş verən atışmada 5 nəfər ölüb

Britaniya “Skynet” peyklərinə nəzarətin ABŞ-yə verilməsinin risklərini qiymətləndirəcək

ABŞ-nin “George Bush” təyyarədaşıyan gəmisi Yaxın Şərqə qayıdıb

UEFA Konfrans Liqası: “Trabzonspor” səfərdə “KuPS” komandasını məğlub edib

UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a böyük hesabla qalib gəlib

Fransada etiraz aksiyalarında 140 minə qədər insanın iştirakı gözlənilir

Uqandada “Ebola” virusuna qarşı yeni peyvəndin klinik sınaqlarına başlanılıb

Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub

La-Manş tunelinin girişində avtobusla qatar toqquşub, 19 nəfər xəsarət alıb

Şimali İrlandiyada keçmiş partiya lideri 15 il müddətinə azadlıqdan məhrum edilib

“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır

Ədalət gecikdirildikdə münaqişə dərinləşir, cəzasızlıq isə yeni müharibələrə zəmin yaradır – ŞƏRH

ABŞ İrana qarşı sanksiyaları genişləndirib

“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır

Prezidentin AQEM-də çıxışı: Ermənistanın keçmiş rəhbərliyinin məsuliyyəti və cəzasızlıq problemi - ŞƏRH

Paytaxtda, eləcə də regionlarda yol tikintisi, yenidənqurma və təmir işlərinin vaxtında icrasının vacibliyi vurğulanıb

Ələt qəsəbəsində Vətən müharibəsi şəhidinin xatirəsi anılıb

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib: xəsarət alan var

Pirallahıda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair müzakirələr aparılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Milli Təhlükəsizlik Şurasının “Terrorsuz Türkiyə” prosesi ilə bağlı qərarı ilin sonunadək qəbul edilə bilər

Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər

Kəlbəcərdə qarşıya qoyulan vəzifələrin ardıcıl və vaxtında icrası vacibdir

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək

Prezident: Türkiyə beynəlxalq təhsil konsepsiyasının həyata keçirilməsi baxımından keyfiyyətcə yeni mərhələyə qədəm qoyub

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

® Peşəkar fəaliyyəti və zəngin təcrübəsi ilə seçilən həkim

Beynəlxalq Enerji Agentliyi neft ehtiyatlarının bazara çıxarılmasını sürətləndirməyə çağırıb

Gürcüstanda müəllim də, valideyn də vahid məktəbli formasından razıdır

Bu saata olan əsas xəbərlər

Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB-2 VİDEO

İdeoloji təhlükəsizlikdən təhsilə: Milli dəyərlər, məktəb mühiti və gələcək nəsillərin formalaşdırılması – ŞƏRH

Şərurda müşavirə keçirilib

AQEM-in Bakı Görüşü: Beynəlxalq ictimaiyyət Azərbaycanın qlobal əməkdaşlığa töhfəsini və liderlik təcrübəsini bir daha təsdiqlədi

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

MDB Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Siyasi müstəqilliyin möhkəm dayaqlarından biri dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatdır

İdeoloji təhlükəsizliyin qorunmasına və gənclərin milli ruhda yetişməsinə xüsusi önəm verilməlidir

Fyodor Şukin Dağıstanın rəhbəri seçilib

İngiltərənin cənubunda güclü quraqlıq elan edilib

Rusiyanın baş konsulluğu müğənni Nəvai Bəkirovun həbsi ilə əlaqədar Qazaxıstan XİN-ə nota göndərib

Ağstafada YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Dövlətçilik ənənələrinin yaşadılması və milli həmrəyliyin möhkəmləndirilməsi hər kəsin üzərinə mühüm vəzifələr qoyur

Rumiyyə Ağayeva: 5D dünyasında immersiv tamaşalar getdikcə daha çox populyarlaşacaq

BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək

Gürcüstanda III Şio Patriarx II İlyanın dəfn xərclərinin auditinin aparılmasını tələb edib

Cəmiyyətin sağlam mənəvi əsaslarının qorunması ölkəmizin gələcək inkişafının başlıca şərtlərindəndir

AQTA sədri Abşeron rayonunda fəaliyyət göstərən müəssisənin fəaliyyəti ilə tanış olub

YAP-ın azərbaycançılıq ideoloji xətti milli həmrəyliyin əsasıdır – ŞƏRH

Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb

Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir

Azərbaycan Avrasiyada təhlükəsizliyin və əməkdaşlığın gücləndirilməsində rolunu artırır TƏHLİL

Valideynlər uşaqlarının internetdəki davranışlarını çox vaxt düzgün qiymətləndirmirlər - Tədqiqat

Nurəddin Mehdixanlı: Vahid məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir

Dövlətçilik ənənələrinin qorunması və milli həmrəyliyin möhkəmləndirilməsi vacib vəzifələrdəndir

AQEM: Asiyada iqtisadi bağlantılardan dayanıqlı inkişafa – Azərbaycanın sədrliyinin strateji əhəmiyyəti ŞƏRH

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Donald Tramp: 13 nəfəri qətlə yetirən keçmiş ABŞ hərbçisinin edamı canlı yayımlanmayacaq

Milli maraqların qorunması və sabitlik dövlət siyasətinin prioritetidir

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

“Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 12 may tarixli 404-VIIQ nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili Qaydaları”nın və “Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsinə və dividend siyasətinin ümumi parametrlərinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 nömrəli Qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb

“Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 4 dekabr tarixli 434 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bərpa olunan enerji mənbələrinin ərazisində günəş elektrik stansiyalarının tikintisinə icazə alınması müddətinin uzadılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Üçqat dünya çempionu Olimpiya Oyunlarında geyindiyi kostyumu muzeyə bağışlayıb

Naxçıvanda yeni tədris ilində 15 icmaəsaslı məktəbəqədər qrup yaradılıb

Autizmli gənclər iş təcrübələrini bölüşüblər

Şərurda “PeşəFest-2026” baş tutub

Gürcüstandakı azərbaycandilli məktəblərə Azərbaycanın göndərdiyi dərsliklər paylanılıb

Çin şirkətləri Azərbaycanın aqrar sektoruna investisiya imkanlarını nəzərdən keçirir

Sabah 8 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Trans-Xəzər fiber-optik kabel xətti Azərbaycanın beynəlxalq rəqəmsal hab kimi mövqeyini gücləndirəcək - ŞƏRH

Fransanın Kan şəhərində terrorizmin və insanlıq əleyhinə cinayətlərin təbliği ilə bağlı araşdırma başlanıb

Fransa beynəlxalq hesabatlarda: Polis zorakılığı, hüquq pozuntuları və artan repressiyalar

Nurjan Marabayev: Mövcud geosiyasi vəziyyət Orta Dəhlizin əhəmiyyətini daha da artırır

Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları ilk yardım barədə məlumatlandırılıblar

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB VİDEO

Milli Kibertəhlükəsizlik Agentliyi maarifləndirmə tədbirlərini 133 məkanda həyata keçirir

Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb

Azərbaycana daimi köçən gənclərin sayı 15 faiz artıb, ölkədən gedənlərin sayı 12 faiz azalıb – QRAFİK

Bakı Sammiti Azərbaycanın Asiyada çoxtərəfli diplomatiyanın inkişafına verdiyi töhfənin göstəricisidir - RƏY

Azərbaycanlı həkim London Kral Həkimlər Kollecinin fəxri adına layiq görülüb

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2013-cü il 4 noyabr tarixli 122/09 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları haqqında” 1-yol №-li illik rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

Azərbaycanın elmi tədqiqatı Vyanada nüvə enerjisi üzrə beynəlxalq konfransda təqdim edilib

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

Hesablama Palatasında struktur dəyişiklikləri ilə bağlı layihə təqdim olunub

“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub