® “BirBank” yenə də ölkənin lider mobil tətbiqi oldu
Mərkəzi Bank Azərbaycan Banklar Assosiasiyası ilə birgə keçirdiyi ənənəvi illik müsabiqənin nəticələrini elan edərək qalib bankların adlarını açıqlayıb. 2020-ci ilin “Mobil bankçılıq xidməti üzrə lider bank” nominasiyasının qalibi Kapital Bank (“BirBank” mobil tətbiqi) olub.
Qeyd edək ki, bu müsabiqə çərçivəsində rəqəmsal ödənişlərin genişləndirilməsi, innovativ ödəniş həllərinin tətbiqi, elektron bankçılığın inkişafı istiqamətlərində müxtəlif nominasiyalar üzrə illik əsasda müsabiqə təşkil edilir və fərqlənən bankların mükafatlandırılması həyata keçirilir.
Xatırladaq ki, ölkə üzrə ən məşhur olan “BirBank” tətbiqinin 2 milyondan çox istifadəçisi var. “iOS” və “Android” əməliyyat sistemlərinin istifadəçiləri 1 dəqiqə vaxt sərf edərək onlayn qeydiyyatdan keçməklə xidmətdən yararlana bilərlər. Tətbiqin bir sıra üstünlükləri var: rahat qeydiyyat, tətbiqə istənilən bankların ödəniş kartlarını əlavə etmək imkanı, əməliyyatlara və hesaba bağlı bonuslarını idarə edilməsi və sair.
Daha ətraflı məlumat üçün “www.birbank.az ” və ya 196 Məlumat mərkəzinə müraciət edə bilərsiniz.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]