® “Expressbank”da “Sağlamlıq ayı” keçirilir

“Expressbank” korporativ sosial məsuliyyətini ciddi dərk edən maliyyə institutu olaraq əməkdaşları üçün ardıcıl sağlamlıq tədbirləri keçirməyə davam edir.
Aprel ayı Bankda 7 aprel – Ümumdünya Sağlamlıq Günü münasibətilə “Sağlamlıq ayı” elan edilib. Belə ki, “Sağlamlıq ayı” çərçivəsində nəzərdə tutulan silsilə tədbirlərdən birincisi “Expressbank” əməkdaşları üçün keçirilən “Emosional Zəka” mövzusundakı interaktiv seminar olub. Seminar “Psyche” Psixoloji Mərkəzinin peşəkar psixoloqları Lamiyə Miryaqubova və Leyla Sultanova tərəfindən keçirilib.
Tədbir Bankın əməkdaşlarını stresin və neqativ emosiyaların idarə olunması, fiziki və zehni rahatlama texnikaları, daxili və xarici motivasiya, münaqişələrin idarə edilməsi və həll yolları, empatiya və özünüdərk bacarıqları haqqında maarifləndirməklə onların iş mühitindəki rahatlıqlarına dəstək olmaq və sağlamlıqlarının qayğısına qalmaq məqsədi daşıyır. İştirakçıların aktiv sualları və komandalarla iş müşayiəti ilə keçirilən interaktiv seminar, eyni zamanda, əməkdaşlararası kommunikasiya bacarıqlarının möhkəmlənməsinə, ünsiyyət rahatlığına və zehni istirahətinə zaman ayırmasına xidmət edir.
Qeyd edək ki, “Expressbank” daha əvvəl də əməkdaşlarının sağlamlığına yönəlmiş bir sıra tədbirlər keçirib və bu yöndə korporativ məsuliyyət strategiyasına sadiqdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.04.2025 [19:13]
Azərbaycan-Sloveniya biznes-forumu keçirilib
- 17.04.2025 [18:54]
Daha 5 şəhərətrafı müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
- 17.04.2025 [18:14]
Azərbaycanlı və türkiyəli sahibkarlar Türkmənistanda vafli parça alırlar
- 17.04.2025 [16:50]
® “ABB”nin dəstəyi ilə ADA Universitetində “Karyera Həftəsi” başlandı!
- 17.04.2025 [16:46]