® Kiberidman üzrə komandamız “Euro Cup-2021”də plef-off mərhələsinə vəsiqə qazanıb
Bakı, 14 iyul, Nicat Məmmədov, AZƏRTAC
Beynəlxalq Pro Clubun təşkilatçılığı ilə keçirilən kiberidman üzrə “Euro Cup 2021” (Avropa Kuboku 2021) turnirində qrup mərhələsinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan komandasının da iştirak etdiyi yarışda pley-offa vəsiqə qazanan ölkələrin adları məlumdur.
Ölkəmizi təmsil edən FIFA oyunçularımız son turlarda Gürcüstan komandası ilə keçirdiyi hər iki oyunu heç-heçə ilə başa çatdırıb. Yekun nəticədə aktivində bir qələbə, 3 heç-heçə, 2 məğlubiyyət olan təmsilçimiz 6 xalla adını ən yaxşı 16 komanda sırasına yazdırmağı bacarıb.
“Euro Cup-2021”də səkkizdəbir final mərhələsinin püşkatma mərasimi iyulun 15-i baş tutacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:03]
“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub
- 16.10.2026 [11:09]
İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür
- 16.10.2026 [10:35]