Azərbaycan Dövlət İnformasiya Agentliyi

® Mərkəzi Gömrük Hospitalı: 17 il inkişaf və peşəkarlıq yolu ilə

®  Mərkəzi Gömrük Hospitalı: 17 il inkişaf və peşəkarlıq yolu ilə

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin nəzdində yaradılmış Mərkəzi Hospitalı 2008-ci il dekabrın 25-də Prezident İlham Əliyevin iştirak etdiyi açılış mərasimindən sonra fəaliyyətə başlayıb və qısa müddət ərzində yüksəksəviyyəli tibbi xidmət göstərən nüfuzlu səhiyyə ocağı kimi tanınaraq ölkənin aparıcı tibb müəssisələrindən birinə çevrilib. Hospital ötən 17 il ərzində davamlı inkişaf yolu keçib, peşəkarlıq, etibarlılıq və yüksək tibbi xidmət baxımından ən qabaqcıl səhiyyə müəssisələri sırasında öz mövqeyini təsdiq edib.

Yarandığı ilk gündən hospitalın əsas məqsədi müasir tibbin uğurlarını tətbiq etməklə xəstələrə keyfiyyətli, təhlükəsiz və əlçatan tibbi xidmətlər göstərməkdən ibarət olub. Ötən illər ərzində Mərkəzi Gömrük Hospitalı maddi-texniki bazası və kadr potensialını da gücləndirərək ölkənin qabaqcıl tibb müəssisələrindən biri olub.

Xüsusi qeyd etməyə dəyər ki, 2025-ci ilin fevralında Azərbaycanda və Cənubi Qafqazda ilk dəfə olaraq Mərkəzi Gömrük Hospitalında Orqan Transplantasiyası şöbəsinin transplantoloqu Mircəlal Kazımi və onun peşəkar komandası meyit donordan sirrozundan əziyyət çəkən xəstəyə uğurla qaraciyər köçürüb. Həmin ildə ilk dəfə Mərkəzi Gömrük Hospitalında Azərbaycanda və Cənubi Qafqazda meyit donordan böyrək çatışmazlığından əziyyət çəkən xəstəyə böyrək transplantasiyası əməliyyatı uğurla yerinə yetirilib.

Hospitalda müxtəlif profilli tibbi xidmətlərin fasiləsiz rejimdə fəaliyyət göstərilməsi pasiyent məmnunluğunun təmin olunmasında mühüm rol oynayır.

Yüksək komfort və müasir tibbi avadanlıqla təmin olunmuş Mərkəzi Gömrük Hospitalında texniki baxımdan ən mürəkkəb olan və cərrahiyyənin zirvəsi sayılan ürək-damar və orqan transplantasiyası əməliyyatları, uroloji rekonstruktiv əməliyyatlar, canlı donordan orqan transplantasiyası, travmatoloji əməliyyatlar, ağır xəstələrdə ürəkdə aorto-koronar şuntlama və digər açıq ürək əməliyyatları, TAVİ, EVAR kimi invaziv müdaxilələr və digər əməliyyatlar icra olunur, yüksək keyfiyyət standartlarına cavab verən diaqnostika, terapevtik və cərrahi müalicə xidmətləri göstərilir. Həmçinin ən son invaziv kardioloji müdaxilələrin köməyi ilə anadangəlmə ürək qüsuru olan uşaqlar müalicə edilir, TAVI üsulu vasitəsilə açıq ürək əməliyyatları aparılmadan zədələnmiş aorta qapağı bioloji qapaqla əvəzlənir, digər invaziv müdaxilələr yerinə yetirilir.

Mərkəzi Gömrük Hospitalının Ümumi Cərrahiyyə, Orqan Transplantasiyası, Anesteziologiya, Əməliyyatxana və Reanimasiya, Urologiya, Uşaq Cərrahiyyəsi, Travmatologiya və Ortopediya, Ürək-damar Cərrahiyyəsi, Kardiologiya, Efferent Terapiya, Mama-ginekologiya, Radiologiya, Fizioterapiya, Neonatologiya və Pediatriya, Təcili Tibbi Yardım, Poliklinika və digər şöbələrinin yüksəkixtisaslı tibb heyəti fədakarlıqla çalışaraq müraciət edən hər bir xəstəyə fərdi yanaşır, onların sağalaraq əvvəlki həyatına qayıtması üçün ən müasir səviyyədə tibbi xidmət göstərir.

Mərkəzi Gömrük Hospitalının uğurunun əsasını yüksəkixtisaslı həkim heyəti, peşəkar orta tibb işçiləri və məsuliyyətli idarəetmə sistemi təşkil edir. Tibb heyətinin davamlı olaraq yerli və beynəlxalq təlimlərə, konfranslara cəlb olunması hospitalın elmi-praktik potensialının artmasına şərait yaradır. Bu il Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi Tədris Mərkəzinin təşkilatçılığı ilə “Qaraciyər transplantasiyasında anesteziyanın və əməliyyatdan sonra intensiv terapiyanın xüsusiyyətləri” mövzusunda respublikanın aparıcı ekspertlərinin görüşü, "Xəstəxanadaxili infeksiyaların idarə olunmasında müasir tendensiyalar və innovativ yanaşmalar" mövzusunda ekspertlərin Zirvə görüşü, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş "Ana və uşaq sağlamlığı: Mövcud problemlərə müasir baxış" mövzusunda Beynəlxalq Elmi Konfrans, “Ortopediya və tibbi reabilitasiyada müasir yanaşmalar” mövzusunda elmi-praktik seminar, “Regionda ilk: Meyitdən orqan nəqli – Uğurlu təcrübədən gələcəyə doğru” mövzusunda Beynəlxalq Elmi Konfrans, Ümummilli Lider Heydər Əliyevin Anım Gününə həsr edilmiş “Zərərli vərdişlərlə mübarizə və sağlam həyat tərzi” üzrə könüllü gömrükçülərin III Forumu keçirilib.

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Türkiyənin Florence Nightingale Hastaneler Qrupu və Türkiyə Cümhuriyyəti Demiroğlu Bilim Universiteti, Azərbaycan Tibb Universiteti, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı, Naxçıvan Dövlət Universiteti, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu və digər qurumlar ilə imzalanmış əməkdaşlıq memorandumları çərçivəsində tərəflər arasında tibbin müxtəlif sahələrini əhatə edən beynəlxalq konfrans, konqres, təkmilləşdirmə kursları, müştərək elmi-tədqiqat və davamlı tibbi təhsil tədbirləri, təcrübə proqramları, ustad dərsləri və digər qarşılıqlı tədbirlər keçirilir.

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi daim beynəlxalq əməkdaşlıqlara xüsusi əhəmiyyət verir, xarici tibb qurumları və peşəkar assosiasiyalarla əlaqələr quraraq bilik və təcrübə mübadiləsini genişləndirir. Qabaqcıl tibb qurumları ilə əməkdaşlıq nəticəsində tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəlməsinə nail olunur. 2025-ci ildə Mərkəzi Gömrük Hospitalı ilə Britaniya-Azərbaycan Həkim və Stomatoloqlar Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb.

Arxada qalan 17 il ərzində keçilən yol Mərkəzi Gömrük Hospitalının səhiyyə sahəsində etibarlı, dinamik və innovativ bir qurum kimi formalaşdığını bir daha təsdiqləyir. Qarşıdakı illərdə hospitalın əsas hədəfi müasir tibbin çağırışlarına cavab verən, insan sağlamlığını prioritet hesab edən xidmətlər təqdim etməkdən ibarətdir.

Fəaliyyətə başlamasının 17 illiyi münasibətilə Mərkəzi Gömrük Hospitalının bütün tibbi heyətini təbrik edir, gələcək fəaliyyətlərində onlara yeni uğurlar arzulayırıq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Filippində 7 mədənçinin qazsızma nəticəsində öldüyü ehtimal olunur

Prezidentin köməkçisi: Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilir YENİLƏNƏCƏK

Prezident: Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi

Bələdiyyə sədri: Şanlıurfa Türkiyə-Azərbaycan əməkdaşlığına daha çox töhfə verməyə hazırdır

Azərbaycanlı alim Qazaxıstanda keçirilən beynəlxalq konfransda məruzə edib

YAP-ın Sədri: İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir

Hikmət Hacıyev: Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər

Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb

Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir

“ASAN xidmət”in nümayəndə heyəti "TEKNOFEST"də

Qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

“TEXNOFEST” yenilikləri: KAAN beşinci nəsil təyyarəsi və ANKA III zərbə dronu

Zəngilan filizindən molibdenin ayrılması üçün yeni metodlar sınaqdan keçirilir

Üzgüçülük üzrə Dünya Kubokunda ikinci yarış gününə start verilib

Azərbaycan nefti 5 dollardan çox bahalaşıb

UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün Belçika ilə qarşılaşacaq

Cüdo üzrə Azərbaycan millisinə ukraynalı idmançı cəlb olunub - EKSKLÜZİV

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012-ci il 18 yanvar tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Yasamal və Qaradağın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Raytheon” Pentaqona 24,4 milyard dollarlıq raket tədarük edəcək

Bakının iki rayonunda qaz təchizatında fasilə olacaq

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Qırğızıstanın ilk milli peyki orbitə buraxılıb

ABŞ Səudiyyə Ərəbistanı və Qətərə əlavə “Patriot” batareyaları yerləşdirib

Hörmüz boğazında üç BƏƏ tankeri hücuma məruz qalıb

Misir Efiopiya diplomatını ölkədən çıxaracaq

Tramp: Demokratların Konqresdə qələbəsi maliyyə böhranına səbəb ola bilər

Ukrayna Rusiya ilə münaqişədən 600 milyard dollardan çox ziyan görüb

Britaniya və Aİ dizel çatışmazlığının qarşısının alınması ilə bağlı razılığa gələ bilməyib

Eritreya Efiopiya ilə bütün diplomatik əlaqələri kəsib

Tramp Polşada ABŞ hərbi bazasının yaradılmasını istisna etməyib

“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu

“Bloomberg”: İran nüvə obyektlərinə beynəlxalq müfəttişlərin giriş şərtini açıqlayıb

Londonda II Beynəlxalq Media Dostluğu Mükafatları təqdim olunub

Almaniya, Niderland və NATO liderləri Avropanın müdafiə imkanlarını müzakirə ediblər

Pentaqon Yaxın Şərqə əlavə 10 minədək hərbçi göndərəcək

Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb

“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir

Lixtenşteyn millisinin baş məşqçisi: Azərbaycanla heç-heçə bizim üçün yaxşı nəticədir

Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşüblər

Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil

Putin: Azərbaycan “Şimal-Cənub” dəhlizi layihəsinin həyata keçirilməsini dəstəkləyir

Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclası olub

Media: Moskva vilayətində kimya zavodunda baş verən partlayış nəticəsində 7 nəfər ölüb

Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib

Azərbaycan-Aİ münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

Türkiyədə mədən uçqununun baş verdiyi ərazidə 3 işçinin axtarışları davam edir

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda qalib müəyyənləşməyib YENİLƏNİB

Ən yeni müdafiə və təhlükəsizlik texnologiyaları Bakıda bir arada - FOTOREPORTAJ

Putin: Rusiyaya birbaşa hücum olacağı təqdirdə bütün silah arsenalından istifadə məsələsi gündəmə gələcək

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Azərbaycan və Ukrayna arasında vizual sənət körpüsü: yeni art-layihələr planlaşdırılır

FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib

Rumıniyada professor Tasin Cəmilin Osmanlı tarixinə həsr edilən yeni kitabı təqdim olunub

Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib

Rumıniya Şaquli Qaz Dəhlizi layihəsini dəstəkləyir: Azərbaycan marşrutu xüsusi qeyd olunub

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

İngiltərə və Uelsdə yüzlərlə məhbusun vaxtından əvvəl azad edilməsinə başlanılıb

Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək

Azərbaycanlı üzgüçü: Dünya ulduzları ilə yarışmaq bizə böyük motivasiya verir

Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib

Almaniya hökuməti Bundesver hərbçilərinin iki missiyada iştirakının uzadılmasını təsdiqləyib

Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma

Naxçıvanda Sosial Reabilitasiya Müəssisəsinin sakinləri ilə görüş təşkil edilib

Bu saata olan əsas xəbərlər

Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib

ÇXR-in yaranmasının 77-ci ildönümü münasibətilə Tyananmen meydanında dövlət bayrağı təntənəli şəkildə qaldırılıb

Bakıda “Tashkent Content Market – 2027” beynəlxalq məzmun platformasının təqdimatı olub

Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar

AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib

Tacikistandan olan gənc sənətçi: Azərbaycan musiqisində doğma nəsə hiss edirəm

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir

Baş Prokurorluq: Laçın istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb

İssık-Kulda “Divanü Lüğat-it-Türk”ə həsr olunmuş sərginin daimi ekspozisiyası açılıb

Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Şuşakənd sakini: Həsrətində olduğum torpaqda yaşamaq böyük xoşbəxtlikdir

Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Millətlər Liqası: Azərbaycan və Lixtenşteyn yığmalarının start heyətləri açıqlanıb

Süni intellektəsaslı ağıllı sistemlər nəqliyyat problemini həll edə bilər? – AÇIQLAMA

Azərbaycan xalqının milli-mədəni irsinin inkişafına töhfələr vermiş şair: Xaqani Şirvani

Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib

“Sərhədsiz incəsənət”: “Şabran-2026” Beynəlxalq İncəsənət Simpoziumunun yekun sərgisi

Orta Dəhlizin inkişafı nəqliyyat və logistika infrastrukturuna investisiyaları artırır - ŞƏRH

Cənubi Koreyada yaşlı əhalinin payı 21,6 faizə çatıb

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

Nazir: Azərbaycanda hər il, hər ay idman sahəsində növbəti uğurlar əldə olunur

Cəlilabadda fərdi yaşayış evində yanğın olub

® Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi-praktik konfransda iştirak edib

Ülviyyə Heydərova: Sanki “İnanıram” pyesi ürəyimdə, beynimdə hazır imiş və bir təkliflə üzə çıxdı

Hərbi prokurorluq orqanları arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

“ADEX” Azərbaycanın müdafiə sənayesinin beynəlxalq təqdimat platformasına çevrilib ŞƏRH