® “OBA”da “Dəqiqənin ulduzu” kampaniyası başladı
Yaxın və qənaətli qonşu konsepsiyası ilə Azərbaycanın hər bölgəsində fəaliyyət göstərən "OBA” marketlər şəbəkəsi “Dəqiqənin ulduzu” adlı kampaniyaya start verib.
Azərbaycanın dörd bir yanında bütün “OBA” marketlərində hər dəqiqə bir müştərinin etdiyi alış-veriş məbləği tam olaraq hədiyyə edilir. Hər dəqiqə bir müştəri və hər gün mindən çox alıcı dəqiqənin ulduzu seçilərək şanslı qalib olur.
25-30 dekabr tarixlərində bütün “OBA” marketlərində keçiriləcək “Dəqiqənin ulduzu” kampaniyasının ilkin qalibləri bəlli olub.
31 dekabr tarixinədək davam edəcək kampaniyada Azərbaycanın müxtəlif bölgələrindən, hətta şirkətin yeni istifadəyə verilən “Xankəndi 1” filialından da qaliblər seçilib.
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "OBA” marketlər şəbəkəsi 7000-dən çox əməkdaşı ilə xalqa xidmət etməkdən qürur duyur.