® Qızıl kreditini bu banka gətirənlərə endirim var
“Expressbank” qızıl təminatlı istehlak kreditləri üzrə yeni kampaniya təqdim edir.
Kampaniya çərçivəsində digər banklarda qızıl təminatı ilə götürülmüş kreditini “Expressbank”a köçürən müştərilər 3 faizədək endirim əldə edirlər.
Yeni kampaniya müştərilərə mövcud kredit öhdəliklərini daha sərfəli şərtlərlə idarə etmək, aylıq ödəniş yükünün optimallaşdırılmasına dəstək olmaq və ümumi maliyyə planlamasını daha rahat şəkildə qurmaq imkanı yaradır. 100 000 manatadək qızıl təminatlı istehlak krediti üzrə illik faiz dərəcəsi 18 faizdən başlayaraq 38 faizədək, FİFD isə 18 faizdən 39.80 faizədək dəyişir. Kreditlər üzrə komissiya haqqı 0 faizdən 3 faizədək aralıqda müəyyən olunur. Kreditin müddəti 3 aydan 48 ayadəkdir.
Qeyd edək ki, “Expressbank” 16 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə bağlı sizə ən yaxın filialdan, www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya Bankın “İnstagram”, “Facebook”, “LinkedIN” və “Telegram” sosial platformalarındakı rəsmi hesablarından tanış ola bilərsiniz.
“Expressbank” ASC ARMB tərəfindən 1992-ci il dekabrın 30-da verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.