® “Rabitəbank”dan qış bonusu – “Kartmane” əldə edən müştərilərə 21 bal keşbek
Onlayn alış-verişlərin qızğın çağında “Kartmane” sahibi olmaq üçün əsl vaxtdır. Çünki qarşıdan gələn 2021-ci il münasibətilə “Kartmane” əldə edən hər kəs 21 keşbek balı qazanacaq. Bunun üçün “Kartmane debet” və ya “Kartmane kredit” kartı sifariş edərkən kartın pulsuz əldə edilməsi üçün tələb olunan minimum ilkin mədaxili etmək kifayətdir. Bakı və Sumqayıt filiallarından əldə olunan “Kartmane” kartı üçün minimum mədaxil 250 AZN/USD/EUR, region filialları üzrə isə 100 AZN/USD/EUR təşkil edir. Sahiblərini həm ölkədaxili, həm də ölkə xaricində üstünlüklərlə yaşadan “Kartmane” kartında keşbek hesablama sistemi çox sadədir: 1 bal 1 AZN deməkdir. Bu keşbek ballarını isə “Rabita Mobile” tətbiqi ilə növbəti ayın ilk 7 iş günü ərzində kart balansına yükləmək mümkündür. Siz də hər alış-verişdə qazanmaq üçün kartmanelilərin sırasına qoşulun. “Kartmane” əldə etmək üçün banka gəlməyə ehtiyac yoxdur. Bankın rəsmi saytından (https://rbt.az/kartmane-kart), “Rabita Mobile” tətbiqindən və ya “Rabitabot” çatbotu ilə messencer və teleqram üzərindən “Kartmane”ni onlayn sifariş edə bilərsiniz. Kartın ünvana çatdırılması pulsuzdur. Dekabrın 14-dən start götürəcək kampaniya yanvarın 13-dək davam edəcək. Kampaniyanın şərtləri ilə daha ətraflı tanış olmaq üçün “Rabitəbank”ın 133 Çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.
"Rabitəbank" ASC Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 71 ATM-i, "Rabitabank Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı mərkəzi ilə müştərilərin xidmətindədir.