Azərbaycan Dövlət İnformasiya Agentliyi

® Uğurlu insan olmasan, uğurlu biznesmen olmaq şansın yoxdur - Cəlal Kəngərli

- Fotoqraf, rejissor, dəb dizayneri və iş adamı Cəlal Kəngərli. Sizi bu peşələrdən hansı daha çox məmnun edir?

- Ritorik sualınıza ritorik cavab verim. Cəlal Kəngərli - dövrün nəbzini tutmağa çalışan revanşist reformator, incəsənəti sevən, iqtisadçı kimi düşünən bir iş adamıdır. Konkret cavablandırmalı olsam, bildiyiniz kimi “Kengerli company” bir neçə istiqamətdə fəaliyyət göstərir. Hər bir istiqamətdə müvafiq peşəkar mütəxəssislərin çalışmağına baxmayaraq, onların administrasiyası, idarəetmə sistemi, mühasibatı ən əsası isə nüfuzu və məsuliyyəti mənimlə bağlıdır. Yəni mənim tərəfimdən idarə olunur. Bu da istəsəm də, istəməsəm də mənə iş adamı statusu verir

- On il öncə özünüzü görmək istədiyiniz yerdəsiniz?

- Əldə etdiklərim kifayət qədər çoxdur, lakin hədəflərim də var. Arzu etdiyim istiqamətdə inkişaf edən xətlə irəliləyirəm.

- Uğurlu biznesmen, yoxsa uğurlu insan?

- Sözsüz ki, uğurlu insan. Düşünürəm ki, insan uğurlu olmasa uğurlu biznesmen də olma şansı yoxdur. Biznesdə də, uğur əldə edə bilməz. Çünki biznes ilk növbədə insanlarla ünsiyyətdir, insanlarla əlaqədir. İnsani xüsusiyyətlər yaxşı olmadıqdan sonra bu əsas iki faktorun öhdəsindən gəlmək mümkün deyil. Və onun da öhdəsindən yaxşı gəlmədikdən sonra sözsüz ki, yaxşı biznesmen, yaxşı idarəçi olmaq da mümkün olmaz

- Bildiyimiz kimi siz videoqraf kimi tanınmısınız daha sonra özünüzə məxsus geyim markası yaratdınız. Son olaraq isə memarlıq və dizayn şirkəti ilə adınızdan söz etdirdiniz. Geyim markanız dizayn şirkəti qədər iddialı deyil. Bu nə ilə bağlıdır. Bir neçə işi eyni zamanda yürütmək çətin deyil ki?

- Geyim xəttimizi aşdığımız illərdə çox iddialı idik, bu illər ərzində bütün ulduzları geyindirdik, Parisdə, Moskvada “fashion week”lərdə uğurla iştirak edib, Kengerli adından bəhs etdirə bildik. Lakin pandemiyadan sonra vəziyyət dəyişdi. Pandemiyanın zərbə vurduğu sektorlardan biri də geyim sektoru oldu. Pandemiyadan sonra dəb dəyişdi, insanlar daha sadə paltarlara üstünlük verdi. Üstəgəl online sifariş sistemləri, özəl dizaynıma ciddi ziyan vurdu. Puma sindromu bilirsiniz nədir? Quru heyvanlarının ən sürətlisi olan puma gündəlik qida istehlakı üçün çox ağıllı şəkildə ovlamalıdır. Onlar enerjisini israf etməkdən çəkinir, kiçik ov üçün enerji sərf etmir. Çünki puma kiçik ov üçün çox enerji sərf edərsə, sonrakı gün yeni ov tapmaq üçün çox səy göstərə bilməz. O ya böyük şikarın arxasınca qaçmalı, enerjisini daha böyük və daha qaneedici məqsədlər üçün istifadə etməlidir, ya da imtina edib yeni planlar qurmalıdır. Məhz buna görə də pumaların böyük əksəriyyəti bu ayrımı edir və ovlarını məharətlə tutur. Onlar vaxtını və enerjisini itirmədən planlı şəkildə hərəkət edir, hesablamalarını yaxşı aparır.

- Xüsusilə son dövrlərdə ali təhsili ilə gördüyü iş üst-üstə düşməyən insanların sayı artıb. Bu barədə nə düşünürsünüz, gördüyümüz işdə ruhumuz yoxsa biliklərimiz ön plana çıxarsa uğur qazanarıq?

- Sözünüzdə həqiqət var. Sadəcə onu da nəzərə almalıyıq ki, indi təhsil almaq, istənilən istiqamətdə maariflənmək qat-qat asan və əlçatandır. MBA, xaricdə təhsil, online təhsil və s . Odur ki, ruhuna uyğundursa iş biliklərini artırıb məhz sənə maraqlı olan, ruhunu oxşayan, sevdiyin işlə məşğul olmalısan.

- Dar məqamlarda motivasiya mənbəyiniz?

- Motivasiya mənbəyim inamım və bu günə qədər zəhmətlə əldə etdiklərimdir. Mütaliəni sevirəm, oxuduğum və oxumaq istədiyim kitabların siyahısı var. Onlar iki sütunda yer alır. Və sütunlardan biri sürətlə kiçilir. Meditasiya ilə məşğul oluram. Sizə də məsləhət görürəm.

- Kangarli and Co Memarlıq və Dizayn şirkətinin Kəngərli dəst-xəti hansı məqamlarda gizlidir. Sizi bu sahədə fərqli edən nədir?

- Mənim məşğul olduğum bütün işlər yaradıcı incəsənətə aiddir. İstər rejissor, istər geyim-libas xətti. İnteryer də həmçinin. Biz zövqümüzü interyerdə də əks etdiririk. İnteryerə sadəcə bir ev kimi, yaşayış yeri kimi deyil, bir yaşam tərzi kimi baxırıq və buna da yaradıcı yanaşırıq. Düşünürük ki, çoxlarından da fərqimiz sırf elə budur ki, yaratdığımız hər bir interyer və yaxuddakı exteryer həm individualdır, həm yaradıcıdır, eyni zamanda, rahat və funksionaldır.

- Uğur ağılın məhsuludur, yoxsa şansın ?

- Heç şübhə yox ki, qalıcı və davamlı uğur ağıl işidir! Çünki şansı dəyərləndirmək üçün yenə də ağıl lazımdır!

- İş dünyasında özünü sübut etmək istəyən gənclərə tövsiyəniz?

- Hədəfləri dəqiq və düzgün müəyyənləşdirmək, sabit fikirli olmaq, iradəli, inamlı və ədalətli olmaq.

- Yaxın gələcəkdə reputasiyanızda hansı yeniliklər gözlənilir?

- Konkret hədəflərim var. Hədəfə çatmaq üçün sağlam təməl olmalıdır. Düşünürəm ki, mən onu yaratmışam. Zaman və tələb yeni planlar üzrə addımlarımı atmağa kömək edir. Amma hazırda çarxın daha sabit dönməyi üçün şirkətimizin sistemi üzərində çalışır, özümü və komandamı inkişaf etdirirəm.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp həftəsonu İranla müharibəni davam etdirib-etdirməyəcəyinə qərar verəcək

Bu saata olan əsas xəbərlər

Pakistan ABŞ-İran sülh sazişi üzrə anlaşmada müəyyən irəliləyiş olduğunu bildirib

Sankt-Peterburqda Azərbaycan dövlətçiliyinin 108 illik tarixi qeyd olunub

ABŞ hərbi komandanlığı İran limanlarına daxil olan və çıxan 100 ticarət gəmisinin istiqamətinin dəyişdirildiyini açıqlayıb

Türkiyənin Qars şəhərində Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Qarabağda ilk dəfə beynəlxalq BMT Modeli Konfransı keçirilir

Media: Azərbaycan WUF13 platformasında dünyaya şəhərlərin inkişafına dair öz vizyonunu nümayiş etdirib

“Təbiətin fırça izi” sərgisi - gənc yaradıcılığın yeni təqdimatı

Fərid Quliyev: WUF13 çərçivəsində təşkil olunan konsertdə Azərbaycan musiqisinin zənginliyi təqdim edilib

Azərbaycan ilk dəfə “Microsoft” üzrə dünya çempionatına qatılacaq VİDEO

Azərbaycan ilk dəfə “Microsoft” üzrə dünya çempionatına qatılacaq VİDEO

Sudanın Qərbi Kordofan vilayətində vəba yayılır, onlarla insan həyatını itirib

Hakimlər Komitəsinin sədri: Şamaxıda güləşin zəngin ənənələri var VİDEO

Hakimlər Komitəsinin sədri: Şamaxıda güləşin zəngin ənənələri var VİDEO

Aysel Gülməmmədova: WUF13 yeni beynəlxalq əməkdaşlıqlar üçün imkan yaratdı VİDEO

Aysel Gülməmmədova: WUF13 yeni beynəlxalq əməkdaşlıqlar üçün imkan yaratdı VİDEO

“Qarabağ” 3 futbolçu ilə yollarını ayırıb

Ukrayna ordusunun Baş qərargahı Novorossiyskə hücumun detallarını açıqlayıb

Azərbaycan diasporu Dublində ilk dəfə geniş icma toplantısında bir araya gəlib

Premyer Liqa: “Neftçi” “Kəpəz”ə qalib gəlib

Futbol üzrə dünya çempionatının final biletləri 30 min dollara qədər yüksəlib

Braziliyada Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş konsert proqramı baş tutub

Azərbaycan Hərb Tarixi Muzeyində Beynəlxalq Muzeylər Günü qeyd olunub

Səudiyyə Ərəbistanı milyon yarımdan çox zəvvarın təhlükəsizliyi və rahatlığı ilə bağlı görülən tədbirləri açıqlayıb

Lənkəranda idarəetməni itirən sürücü piyadanı vuraraq öldürüb VİDEO

Lənkəranda idarəetməni itirən sürücü piyadanı vuraraq öldürüb VİDEO

WUF13 Azərbaycanın beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə töhfə verdi – Fəxriyyə Xələfova VİDEO

WUF13 Azərbaycanın beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə töhfə verdi – Fəxriyyə Xələfova VİDEO

Ekvadorlu tədqiqatçı: Azərbaycanın “ağıllı şəhər” təcrübələrinin Latın Amerikasında tanıdılmasında maraqlıyıq

Qətər: Hörmüz boğazından təzyiq vasitəsi kimi istifadə böhranı dərinləşdirə bilər

UZA xəbər agentliyi: Özbəkistan və Azərbaycan investisiyaların cəlb edilməsi üzrə yeni mərkəz yaradır

Yekaterinburqda Azərbaycanın Müstəqillik Günü qeyd olunub

Hərbi attaşelər Dövlət Sərhəd Xidmətində olublar

AzTU ilə Qazaxıstan universitetləri arasında əməkdaşlıq imkanları nəzərdən keçirilib

Qlobal şəhərsalma gündəliyi Bakıda formalaşdı- ŞƏRH

Milli Kitabxananın 103 illiyinə həsr olunan sərgi açılıb

Abşeronun Masazır qəsəbəsində baş verən yol qəzasında bir nəfər xilas edilib VİDEO

Abşeronun Masazır qəsəbəsində baş verən yol qəzasında bir nəfər xilas edilib VİDEO

Azərbaycan və Qazaxıstan arasında hərbi təhsil əməkdaşlığı müzakirə edilib

Zelenski: Ukrayna Rusiyanın hərbi müəssisəsinə zərbə endirib

Azərbaycan və Böyük Britaniya ali təhsildə əməkdaşlığı genişləndirir

VI “Yüksəliş” müsabiqəsinin Analitik təhlil imtahanı iki gün davam edəcək VİDEO

VI “Yüksəliş” müsabiqəsinin Analitik təhlil imtahanı iki gün davam edəcək VİDEO

Lənkəran rayonunda kompleks mülki müdafiə təlimi baş tutub

Milli Teatrda "Payız sonatası" hazırlanır

Azərbaycan millisinin Avstriya toplanışı üçün heyəti bəlli olub

MDU-nun rektoru: Malayziya ali təhsil ocaqları ilə əməkdaşlıq universitetimizin qlobal inkişaf xəttini gücləndirəcək

Gəncədə gənc xilasedicilərin zona yarışı təşkil olunub

Gənclər üçün “Microsoft World Championship Hackathon” təşkil edilib

Oleq Babaka həsr olunan kitab Ukraynada təqdim edilib

Media nümayəndələri Şamaxıda güləş zalı ilə tanış olublar

Bakı–Tbilisi qatarının bərpası turizm sektorunu canlandıracaq

Sabah Bakıda hava əsasən yağmursuz keçəcək

Beynəlxalq güləş qaydaları Azərbaycan dilinə tərcümə edilib

Bakıda Üçüncü Kəlağayı Festivalı təşkil olunub

Kimyanın müasir çağırışları adlı konfransa 200-dən çox məqalə təqdim olunub

Təkrar əlillik təyin edilmiş 60 mindən çox şəxsə həmin dövr üzrə 37,1 milyon manat ödənilib

Azərbaycanın Mavritaniyadakı səfiri etimadnaməsini bu ölkənin Prezidentinə təqdim edib

FHN-in qurumları arasında minifutbol çempionatına yekun vurulub

Nüvə silahlarının yayılmaması konfransının nəticəsiz başa çatması BMT Baş katibini məyus edib

Prezident İlham Əliyev: WUF13 Azərbaycanın daha yaxşı gələcək naminə multikulturalizmə və kollektiv fəaliyyətə verdiyi daha bir mühüm töhfədir

WUF13 qlobal şəhərsalma məsələlərində dünya ölkələrini daha məsuliyyətli olmağa təşviq etdi- ŞƏRH

Oleksandr Mişenko: Ukrayna Türkiyədə Rusiya ilə danışıqlara hazırdır

AGF-nin Hakimlər Komitəsinin sədri: Futbolun azarkeş kütləsi daha çox olduğu üçün hakimlərin məsuliyyəti artır

WUF13 çərçivəsində 179 minə yaxın sərnişin daşınıb

Londonda Qarabağın alban xristian irsinə həsr olunan interaktiv platforma təqdim edilib

Ayrı-ayrı ərazilərdə intensiv və güclü yağış müşahidə olunub - FAKTİKİ HAVA

Suriyada İŞİD terrorçuları yaxalanaraq Türkiyəyə gətirilib

Bu saata olan əsas xəbərlər

Rusiya Harri Kasparovu beynəlxalq axtarışa verib

Avropa İttifaqı və Meksika arasında yeni azad ticarət sazişi imzalanıb

WUF13 Azərbaycan xalqının mədəni simasının dünyaya tanıdılması baxımından son dərəcə əhəmiyyətli idi - ŞƏRH

FHN Sumqayıtda qanunsuz tikilini söküb VİDEO

FHN Sumqayıtda qanunsuz tikilini söküb VİDEO

Beynəlxalq Güləş Günü ilə bağlı seminar təşkil edilib VİDEO

Beynəlxalq Güləş Günü ilə bağlı seminar təşkil edilib VİDEO

Türkiyənin universitet rektoru: Türkiyə və Azərbaycanın uğurlarının təməli Çanaqqala və Qarabağda qoyulub

May ayının bütün sosial ödənişləri yekunlaşdırılıb

AZCON Holding WUF13 çərçivəsində innovativ şəhər həllərini nümayiş etdirib

NDU Beynəlxalq Kembric Məktəbinin şagirdləri HIPPO Olimpiadasında uğurlu nəticə göstərib

Çində kömür mədənində baş verən qəzada ölənlərin sayı 82-yə çatıb YENİLƏNİB-2

Milli Məclisin nümayəndə heyəti Azərbaycanın Sankt-Peterburq şəhərindəki baş konsulluğunda olub

Qubada Aşıq Ələsgərin irsi elmi-praktik müstəvidə təhlil olunub

Göydəniz Qəhrəmanov: Bakı–Tbilisi qatar xəttinin yenidən açılması regional turizmə yeni imkanlar yaradır

Yanğın söndürüldü, xilasetmə əməliyyatları yerinə yetirildi - Naxçıvan Tibb Kollecində təlim VİDEO

Yanğın söndürüldü, xilasetmə əməliyyatları yerinə yetirildi - Naxçıvan Tibb Kollecində təlim VİDEO

Qərbi Azərbaycan İcmasında tədqiqatçı Şəfəq Nasirin yeni kitablarının təqdimatı olub

Premyer Liqa: Bu gün daha iki oyun reallaşacaq

ETSN kollektivi peşə bayramını qeyd edib

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır

Pakistan və Qətər İran-ABŞ razılaşması üzrə vasitəçilik səylərini gücləndirib

Venesuelada əfv qanunundan sonra 395 məhbus azad edilib

Heydər Əliyev Sarayının Niyazi adına Dövlət Simfonik Orkestri Naxçıvanda möhtəşəm konsert proqramı ilə çıxış edib

CBS: Nyu-Yorkda zavodda baş verən partlayışda 16 nəfər xəsarət alıb

Adrian Griffiths: Azərbaycan davamlı və hərtərəfli şəhər bərpasında nümunə göstərir

Dünya mediası WUF13-ün qlobal şəhərsalma siyasətində yeni yol xəritəsinin müəyyənləşməsində rolundan yazıb

“Axios”: Tramp İrana qarşı yeni zərbələri nəzərdən keçirir

İlyas Demirci: Qarabağda itirilmiş elə mədəni irs nümunələri var ki, biz onları yenidən bərpa etməyi bacarmalıyıq

Bağdadda Şuşaya həsr olunmuş kitabın təqdimatı olub

“Tasnim”: ABŞ və İran arasında bəzi fikir ayrılıqları üzrə irəliləyiş əldə olunub

Marçin Budzinski: Bakı şəhərlərin uğurlu transformasiyası və inkişafının parlaq nümunəsidir

Konqonun milli futbol komandası dünya çempionatından kənarlaşdırıla bilər

“Trabzonspor” Türkiyə Kubokunun qalibi olub

UN-Habitat mütəxəssisi: Azərbaycan şəhər bərpasına uğurlu yanaşma nümayiş etdirir

Fransada kibertəhlükələr və şəxsi məlumat sızmaları rekord həddə çatıb: CNIL nəzarəti gücləndirir

Xarici mütəxəssis: WUF13 dayanıqlı şəhərlərin gələcəyi üçün əsas qlobal platformadır

Azərbaycanın FIFA referiləri beynəlxalq oyunlara təyinat alıblar

103 ölkədən 569 QHT WUF13-lə bağlı Bakı Bəyannaməsi imzalayıb

XIV Qlobal Bakı Forumunun elanı və “Global Policy Analysis” jurnalının 12-ci buraxılışının təqdimatı olub