® Veysəloğlu MMC: Yalnız AQTA tərəfindən sertifikatı olan məhsullar satışa çıxarılır
Veysəloğlu MMC şirkəti tərəfindən bütün növ qida və qeyri-qida məhsullarının ölkəyə idxalı zamanı satış kanallarına çıxarılmadan öncə hər partiyadan nümunələr götürülür və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) müvafiq laboratoriyasında müayinə edilməsi üçün agentliyə təqdim edilir.
AQTA tərəfindən uyğunsuzluq aşkar edildiyi andan məhsulun növündən asılı olaraq satışa yararsız kimi qeydiyyata alınır və “Utilizasiya” (məhvetmə) prosesi həyata keçirilir. Həmçinin prosesin davamı olaraq istehsalçı şirkətə məhsulun keyfiyyət göstəricilərinə ciddi riayət edilməsi ilə bağlı xəbərdarlıq edilir. Yalnız AQTA tərəfindən satışa yararlılıq sertifikatı təqdim edildikdən sonra məhsullar satışa çıxarılır.
Qeyd etmək istəyirik ki, 25 ildən artıqdır qeyri-neft sektorunda fəaliyyət göstərən və ölkə iqtisadiyyatında aparıcı mövqeyə sahib Veysəloğlu MM bir çox dünya brendlərinin, həmçinin yerli fabriklərin Azərbaycanda rəsmi distribüterliyini həyata keçirir.
Şirkətin başlıca məqsədi istehlakçıları sağlam və keyfiyyətli qida ilə təmin etməkdir.